Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3327/2023 16.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial ekspert komissiyasının **********1 saylı, 07 iyun 2022-ci il tarixli, 3-17-4/3-3-2606/2023 saylı, 02 may 2023-cü tarixli qərarlarının ləğv edilməsi və iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar, 28 oktyabr 2021-ci il tarixindən ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin üzərinə xx.xx.2021-ci il tarixdən iddiaçıya əlilliyin ikinci dərəcəli əlillik qrupuna dair Azərbaycan Respublikasının müdafiəsi uğrunda alınmış təyin olunmasının həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial ekspert komissiyasının **********1 saylı, 07 iyun 2022-ci il tarixli, 3-17-4/3-3-2606/2023 saylı 02 may 2023-cü tarixli qərarlarının ləğv edilməsi və iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar, 28 oktyabr 2021-ci il tarixindən ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin Q00059626VDB № li xx.xx.2023-cü il tarixli elektron göndərişinə əsasən, iddiaçıya sonuncu müayinə məlumatına əsasən əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilərək, əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi isə diaqnozun əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir - qeyd olunmuşdur. Azərbaycan Respublikasının ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasın əlilliyin təyin olunmsı ilə bağlı müraciəti kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasından sonrakı postravmatik ensefalopatiya, beyin qişalarının xoşxassəli yenitörəmələri, sol gicgah payının subaraxnoidal kistası, əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz - diaqnozu qeyd olunmaqla - 22.01,2023-cü il tarixli cavab məktubu ilə müraciətindən imtina olunmuşdur. Lakin sözügedən imtina məktubunda diaqnozu tam yazılmamışdır, epileotik forma tutmaları qeyd olunmamışdır. Xəstəliyi ilə bağlı bütün diaqnoz açıqlığı ilə tibbi arayışlarda, sənədlərdə qeyd olunmuşdur. Hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin növbəti müayinə tarixi - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilən xxxxxxx0003 nömrəli xx.xx.2016-cı il tarixli arayışda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixdə olmalı idi. Lakin müraciətlərinə hər dəfə imtina cavabı gəlmişdir. Növbəti komissiya müayinəsindən 2022-ci ilin aprel-may aylarında keçmişdir və 13 aprel 2023-cü il tarixdə ikinci dəfə Komissiyada iştirak etmişdir. Əlilliyi ilə bağlı imtina qərarı faktiki olaraq verilib xx.xx.2023-cü il tarixdə, lakin sistemə 22.01,2023-cü il tarixdə yerləşdirilib. Sonuncu müayinə barədə məlumat arayışında - 22.01,2023-cü il tarixli cavab məktubu ilə müraciətindən imtina olunmuşdur. İddiaçı xx.xx.1979-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, xx.xx.1997-ci il tarixdə hərbi xidmətə başlamışdır. 2010-cu ilədək döyüş bölgəsi olmaqla müxtəlif vəzifələrdə olmuşdur və MHH-ın HHK-nın qərarı ilə xəstəliklə ordu sıralarından kapitan rütbəsi ilə təxris olunmuşdur. 2011-ci ildən 2021 -ci ilədək ikinci qrup əlil olaraq təqaüd almışdır. xx.xx.2005-ci il tarixində hərbi xidmət dövründə avtomobil qəzası nəticəsində kəllə-beyin travması almışdır. Aldığı zərbələr xəstəlik haqqında 1710 saylı xx.xx.2010-cu il tarixli şəhadətnamədə qeyd olunmuşdur. xx.xx.2005-xx.xx.2005-ci il tarixdə Sumqayıt TTYX-da "Qapalı kəllə-beyin travması. baş beynin silkələnməsi, burun və sağ üst göz qapağının əzilmiş-kəsilmiş yaraları, burun sümüyünün sınığı” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur. xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri Mərkəzi Hərbi Hospitala göndərilmişdir. MHKH-nın otorinolorinqologiya bölməsində burun sümüklərinin yerdəyişən sınığına görə sümük fragmentlərinin repozisiyası əməliyyatı aparılmış və konservativ müalicə almışdır. Sonrakı vaxtlarda başağrısından, başgicəllənmədən, ürəkbulanmadan, əsəbilikdən əziyyət çəkdiyi üçün dəfələrlə ambulator və 7 dəfə MHKH-da "Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı serebral araxnoidal, asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı ilə" diaqnozu ilə stasionar müalicə olunmuşdur. xx.xx.2008 və xx.xx.2009- cu il taxidə MHKH-nın HHK-na təqdim edilmiş “Xəstəliklər cədvəlinin” 23c. 42c maddələrinin İİİ qrafasına əsasən şəhadətləndirilmiş, “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verimişdir. Sonrakı vaxtlarda səhhətinin pisləşməsi, başağrılarının davamlı xarakter alması, huşunun itməsi ilə müşaiyət olunan qıcolma tutmaları baş verməsi (xx.xx.2009 tarixli akt) qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar ordu sıralarından təxris olunması məqsədəuyğun sayılaraq, hərbi xidmətə yararlılıq dərəcəmi təyin etmək üçün MHKH-a göndərilmişdir. O, xəstə qismində SQ-in baş terapevti tərəfindən müayinə olunmuş, diaqnoz, ekspert qərar razılaşdırılmış və HHK-na təqdim edilməsi tövsiyyə olunmuşdur. xx.xx.2005-xx.xx.2005-ci il tarixədək, xx.xx.2008-xx.xx.2008-ci il tarixədək, xx.xx.2008xx.xx.2008-ci il tarixədək, xx.xx.2008 - xx.xx.2008-ci il tarixədək, xx.xx.2009 xx.xx.2009cu il tarixədək, xx.xx.2009-xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-xx.xx.2009-cu il tarixədək və xx.xx.2010-cu il tarixdən halhazıradək MN MHKH-da müayinədə və müalicədədir. Diaqnoz, xəsarətin və xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının şəhadətnamədə qərarı aşağıdakı şəkildədir: “Sol gicgah payının subaraxnoidal kistası (27.5x15,0 mm), epileptiform tutmalarla. Mitral qapağın ilkin prolapsı, İ (birinci) funksional sinif ürək çatışmazlığı. Dağınıq üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər, vegetativ damar davamsızlığı əlamətləri ilə müşayiət olunantravmatik araxnoidit ilə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasının (05/2005) qalıq əlamətləri. Xəstəlikdir, travmadır. hərbi xidmət dövründə alınmışdır.” “Xəstəliklər cədvəlinin” 25b, 23c, 42c maddələrinin İll qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” göstərilmişdir. Qeyd olunan hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Qərar Mərkəzi hərbi həkim konissiyası və MN MHHK-nın sədri tibb xidməti polkovniki Firudin Qarabəyov tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Cavabdehin istinad etdiyi imtina əsassızdır. Belə ki, “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə də qeyd olunmuşdur ki, əlillik dərəcəsi xəstəlik nəticəsində orqanizmin həyat fəaliyyətinin sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyətinin kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Hesab edir ki, iş dərindən araşdırılaraq ona əlillik dərəcəsinin təyin olunması inzibatı məhkəmə tərəfindən müəyyən edilə bilər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 2 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “X1 Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamuş başqa pozğunluğu; Diaqnozun mətni: Sol gicgah payının subaraxnodial kistası. Epileptik tutmlarla. Qbarıq ANS. Vegetativ damar krizlərilə; Meyar 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “X1 İİ Sinif - Xoşxassəli yenitörəmələr => D32- Beyin qişalarının xoşxassəli yenitörəmələri => D32.9 - Beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli yenitörəməsi; Diaqnozun mətni: Beyin qişalarının xoşxassəli yenitörəmələri.Sol gicgah payının subaraxnoidal kistası ( 27,5 X 15 mm) epileotik forma,tutmalarla; Meyar 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Beyin qişalarının xoşxassəli yenitörəmələri.Sol gicgah payının subaraxnoidal kistas” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-ct il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “X1 İİ Sinif - Xoşxassəli yenitörəmələr => D32 - Beyin qişalarının xoşxassəli yenitörəmələri => D32.9 - Beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli yenitörəməsi; Diaqnozun mətni: Beyin qişalarının xoşxassəli yenitörəmələri.Sol gicgah payının subaraxnoidal kistası ( 27,5 X 15 mm) epileotik forma,tutmalarla; Meyar 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Beyin qişalarının xoşxassəli yenitörəmələri.Sol gicgah payının subaraxnoidal kistası” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X1 XİX Sinif - görə "Fillepsin'-i əvvəllər hər gün qəbul edirmiş, hal hazırda günaşırı içir. Bildirir ki, ağız ətrafında, sağ yuxarı ətrafda keyimələr əmələ gəlir və qıcolması olur. Təqdim etdiyi 19.04.21 tarixli EEQ müayinənin araşdırılması zamanı müayinə dalğaları epileptik tutmaları təstiq etmədi. ” və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yaddaş pozğunluğu, yuxusuzluq, başağrıları, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında avtomobil qəzasında kəllə beyin travması aldığını, ondan sonra qıcolmalarının başladığını, tutmadan əvvəl güclü başağrıları olduğunu bildirmiş, ilk başladığı zamanlar il ərzində 3-4 dəfə, sonralar 5-6 dəfəyə qədər artdığını qeyd etmişdir. Təqdim olunmuş, müayinə və müalicə sənədlərinin son illərə aid olduğu aşkarlanmış, anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər və şikayətlər yetərsiz olmuş, epitutma üçün xarakterik olmamış, vətəndaş epitutmaları təsdiqləyən EEQ dalğalarını təqdim edəciyini bildirmişdir. xx.xx.2023-xx.xx.2023-ci il tarixinədək vətəndaş heç bir müayinə sənədlərini təqdim etmədiyindən, müvafiq qərar alınmışdır. Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1547 nömrəli çıxarışında diaqnoz “Keçirilmiş KBT sonrakı davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Tez-tez təkrarlanan qeneralizə olunmuş qıcolma tutmaları ilə. Kəllədaxili hipertenziya. Sol gicgah payının subaraxnoidal kistası. Qabarıq astenonevrotik vəziyyət. QU- tor qişanın hipertonik anqiopatiyası. Arterial hipertenziya İİİ mərhələ” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Akademik C.Abdullayev adına X2 İnstitutunun xx.xx.2022-ci il tarixli Tibbi Rəyində diaqnoz “ÜİX. Stabil gərginlik stenokardiyası İİ FS. İnfarktdan sonrakı kardiosleroz .Arterial hipertoniya İİİ dərəcə. Mitral çatışmazlıq İİİ dərəcə” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Hippokrat Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Rezidual-üzvi dəyişikliklər fonunda beyin neyronlarının epitipli labil paroksizmal vəziyyəti, funksional yüklənmə zamanı paroksizmallıq səviyyəsinin yüksəlməsi. Kliniki əlamətlər konteksində rezidual ensefalopatiya fonunda qeneralizə olunmuş epitutmalar” kimi qeyd olunmuşdur. Medera Hospitalın xx.xx.2022-ci il tarixli X5 Tomoqrafİya müayinəsinin nəticəsi “Sol tərəfdə orta kranial fossada temporal payın anteriorunda araxnoid kistə uyğun görünüş. Serebral yarımkürələrdə işemik qliotik dəyişikliyə uyğun kiçik ocağlar” kimi qeyd olunmuş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Akademik C.Abdullayev adına X2 İnstitutunun xx.xx.2022-ci il tarixli Transtorokal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik ölçüləri genişlənmişdir. Sistolik funksiya azalmışdır LVEF- 53%. So/ mədəciyin divar hərəkət qüsuru izlənilir (infero-septum, inferiro bazal hipokinetik ). Solmədəciyin diastolik disfunksiyası. Sol qulaqcıq genişlənmiş və sağ mədəcik ölçüləri normaldır. Pulmonar arteriya təzyiqi (SPAP mmHg) normaldır” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasının KT müayinəsinin nəticəsi “Bilateral kortikal atrofiyaya uyğun olaraq alın və təpə paylarında subaraxnoidal sahələr genişlənib, şırımlar dərinləşib. Silvian fissur genişliyi xəfif artıb. Orta kəllə çüxurunda solda temporal pay anteriorunda 1,5*3,5 sm aksial ölçülü araxnoidal kista lehinə dəyərləndirilən ekstraaksial likvor sıxlıqlı sahə təyin olunur. Etmoidal hücrələrdə xəfif mukozal qalınlaşmalar izlənir. Burun çəpərinin saqa yönələn deviasiyası qeyd olunur. Sağ orta konxa bulloz qörünümlüdür. Burun sümüyündə keçmiş qəlpəli sınığa xas dəyişikliklər qeyd olunur. Tomoqrammada diploe sahələri diffuz xəfif genişlənib” kimi qeyd olunmuş, klinik olanar öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1,4cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il təvəllüdlüdür. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0003 saylı, 03 oktyabr 2016-cı il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək “beyiş qişasının xoşxassəli yenitörəmələri, sol gicgah payının subaraxnodial kistası (27.5 x 15 mm) epileptik forma tutulamalarla” diaqnozu, “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - 10 iyun 2010-cu il tarixli, 1710 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” diaqnozu təyin edilmişdir. - Cavabdehnin “Tibbi-Sosial Ekspert komissiyasının 07 dekabr 2021-ci il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıya göndərişin natamam doldurulmasl səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Cavabdehnin “Tibbi-Sosial Ekspert komissiyasının 28 aprel 2022-ci il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıya “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasından sonrakı postravmatik ensefalopatiya, dağınıq üzvi nevrooji nişanələr, davamlı asteno-nevrotik təzahürlər, vegetativ damar davamsızlığı əlamətləri ilə müşayiət olunan travmatik araxnoidit ilə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasının əlamətləri” diaqnozları ilə “diaqnozun əlillik təyin etməməsi” səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Cavabdehnin “Tibbi-Sosial Ekspert komissiyasının 22 yanvar 2023-cü il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıya “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasından sonrakı postravmatik ensefalopatiya, beyin qişalarının xoşxassəli yenitörəmələri, sol gicgah payının subarxnoidal kistası, əvvəllər keçirilən miokard inkfarktı, infarktdan sonrakı kardioskleroz” diaqnozları ilə “diaqnozun əlillik təyin etməməsi” səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial ekspert komissiyasının **********1 saylı, 07 iyun 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. - Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial ekspert komissiyasının 3-17-4/3-3-2606/2023 saylı 02 may 2023-cü tarixli qərarından görünür ki, İddiaçı “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qəbul edilmiş Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial ekspert komissiyasının **********1 saylı, 07 iyun 2022-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 T533/2023 saylı, 19 iyul 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi xx.xx.2021-ci iljtarixli göndərişi əsasında müəyyən edilmiş “Kəllədaxili travmalarm nəticələri, keçirilmiş kəllə-beyin travmasmdan sonrakı posttravmatik ensefalopatiya, dağınıq üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər, vegetativ damar davamsızlığı əlamətləri ilə müşayiət olunan travmatik araxnoidit ilə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasmın əlamətləri” diaqnozu onun hazırkı real xəstəlik vəziyyətini əks etdirir. İddiaçıya 2016-2021-ci illər aralığında əlillik təyin edilərkən onun Forma 088-də qeyd edilmiş (beyin qişasının xoşxassəli yenitörəmələri; sol gicgah payının subaraxnoidal kistası 27,5x15 mm) epizodik forma, tutmalarla; 2.2 İkinci dərəcəli əlillik - digər beyin qişalarının xoşxassəli yenitörəmələri, sol, gicgah payınm subaraxnoidal kistası, İİ sinif xoşxassəli yenitörəmələr - D32-lıeyin qişalarının xoşxassəli yenitörəmələri - D32.9-beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli törəmələri) diaqnozundakı xəstəliklər onda hazırda tam şəkildə müşahidə olunmur. Belə ki, beyin qişalarının xoşxassəli yeni törəmələri instrumental (KT, MRT) müayinələrin nəticələri ilə öz təsdiqini tapmamışdır. Bu da 2016-2021-ci illər aralığında ikinci dərəcə əlillik təyin edilərkən qoyulmuş diaqnozda və xəstəliklər ilə İddiaçı hazırki vəziyyəti arasında olan fərqdir. Vətəndaş İddiaçı hazırda əziyyət çəkdiyi əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar əlavə müalicəsinə ehtiyac yoxdur, xəstəliklər tam reabilitasiya olunmurlar. Əgər xəstəliklər kəskinləşərsə müalicəyə cəlb edilə bilər.”
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digər isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən **********1 saylı, 07 iyun 2022-ci il tarixli, 3-17-4/3-3-2606/2023 saylı 02 may 2023-cü tarixli qərarlar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək “beyiş qişasının xoşxassəli yenitörəmələri, sol gicgah payının subaraxnodial kistası (27.5 x 15 mm) epileptik forma tutulamalarla” dianozu, “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı, 28 oktyabr 2021-ci il tarixli Forma № 88 saylı arayış əsasında əyani müayinə edilən zaman iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi “diaqnoz əlillik əlaməti təyin etmir” olmasını qeyd etmişdir və buna dair **********1 saylı, 07 iyun 2022-ci il tarixli qərar qəbul edilmişdir. Daha sonra cavabdeh özünün 3-17-4/3-3- 2606/2023 saylı 02 may 2023-cü tarixli qərarı ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə **********1 saylı, 07 iyun 2022-ci il tarixli qərarı qüvvədə saxlamışdır. İddiaçı hal-hazırda cavabdeh orqanın ona əlilliyin təyin edilməməsinə dair **********1 saylı, 07 iyun 2022-ci il tarixli, 3-17-4/3-3-2606/2023 saylı 02 may 2023-cü tarixli qərarlarının ləğv edilməsini və ona hərbi xidmət dövrü ilə əlaqədar, 28 oktyabr 2021-ci il tarixdən ikinci qrup əlillik dərəcəsinin təyin edilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-cü maddəsinə əsasən, 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İnzibati iş materiallarında olan sənədlərin surətindən görünür ki, iddiaçıya ilkin olaraq “beyiş qişasının xoşxassəli yenitörəmələri, sol gicgah payının subaraxnodial kistası (27.5 x 15 mm) epileptik forma tutulamalarla” dianozu, “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)- 3327/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 T533/2023 saylı , 19 iyul 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi xx.xx.2021-ci iljtarixli göndərişi əsasında müəyyən edilmiş “Kəllədaxili travmalarm nəticələri, keçirilmiş kəllə- beyin travmasmdan sonrakı posttravmatik ensefalopatiya, dağınıq üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər, vegetativ damar davamsızlığı əlamətləri ilə müşayiət olunan travmatik araxnoidit ilə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasmın əlamətləri” diaqnozu onun hazırkı real xəstəlik vəziyyətini əks etdirir. İddiaçıya 2016-2021-ci illər aralığında əlillik təyin edilərkən onun Forma 088-də qeyd edilmiş (beyin qişasının xoşxassəli yenitörəmələri; sol gicgah payının subaraxnoidal kistası 27,5x15 mm) epizodik forma, tutmalarla; 2.2 İkinci dərəcəli əlillik - digər beyin qişalarının xoşxassəli yenitörəmələri, sol, gicgah payınm subaraxnoidal kistası, İİ sinif xoşxassəli yenitörəmələr - D32-lıeyin qişalarının xoşxassəli yenitörəmələri - D32.9-beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli törəmələri) diaqnozundakı xəstəliklər onda hazırda tam şəkildə mücahidə olunmur. Belə ki, beyin qişalarının xoşxassəli yeni törəmələri instrumental (KT, MRT) müayinələrin nəticələri ilə öz təsdiqini tapmamışdır. Bu da 2016-2021-ci illər aralığında ikinci dərəcə əlillik təyin edilərkən qoyulmuş diaqnozda <ı xəstəliklər ilə İddiaçı hazırki vəziyyəti arasında olan fərqdir. Vətəndaş İddiaçı hazırda əziyyət çəkdiyi əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar əlavə müalicəsinə ehtiyac yoxdur, xəstəliklər tam reabilitasiya olunmurlar. Əgər xəstəliklər kəskinləşərsə müalicəyə cəlb edilə bilər.” Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü maddəsində tibbi göstəriş olan xüsusi hallarda üçüncü dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2.9-cu maddəsinə əsasən, qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9 göstərişləri) olan hallarda ikinci qrup əlillik təyin edilir. Göründüyü kimi, iddiaçıda ekspertiza zamanı müəyyən edilmiş “vərəmin sovrularaq yerində fibroz yaranması” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində üçüncü dərəcə əlilliyin təyin edilmə halı kimi birbaşa nəzərdə tutulmuşdur. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona 14 mart 2022-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi- Sosial ekspert komissiyasının **********1 saylı, 07 iyun 2022-ci il tarixli, 3-17-4/3-3- 2606/2023 saylı 02 may 2023-cü tarixli qərarlarının ləğv edilməli və İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar, 28 oktyabr 2021-ci il tarixindən ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial ekspert komissiyasının **********1 saylı, 07 iyun 2022-ci il tarixli, 3-17-4/3-3-2606/2023 saylı, 02 may 2023-cü tarixli qərarları ləğv edilsin. İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar, 28 oktyabr 2021-ci il tarixdən ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva