Məhkəmə qərarları › İş №2-1(118)-3329/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3329/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3329/2022 21.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X4 (Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Nəzarət və Audit şöbəsinin aparıcı mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı idia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin- əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ümumi xəstəliklə əlaqədar xx.xx.2018ci ildə 2-ci qrup əlillik təyin edilmişdir. Lakin 2021-ci ilin may ayında elektron sistemə əlillik vəziyyətimin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlillik vəziyyətim əsassız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilmişdir. Onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə etibarsız edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən də onsuz yenidən qiymətləndirilməyə ehtiyacı yoxdur, çünki o, xx.xx.2018-ci ildə qiymətləndirilmiş və 5 il müddətinə yəni xx.xx.2023-cü il tarixədək 2-ci qrup ümumi xəstəliklə əlaqədar əlilldir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi əsassız olaraq əliliyi ləğv etdiyi üçün etibarlı hesab edilməli və Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin xx.xx.2018-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 5 il müddətinə yəni xx.xx.2023-cü ilədək 2-ci qrup ümumi xəstəlik ilə əlaqədar əlilliyi bərpa edilməlidir. İddiaçı ərizə ilə məhkəməyə müraicət edərək işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı əlillik vəziyyətinə Bakı Daxili işlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Keçirilmiş QKBT davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolma tutmaları ilə. Kəllə-daxili hipertenziya. Astenonevrotik sindrom. Dəqiqləşdirilməmiş ensefalopatiya. Xoşxassəli kəllədaxili hipertenziya. Kəllə-daxili hipertenziya. Digər neqativ pozuntular. Astenonevrotik sindrom. Essensial [birincili] hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ Xroniki xolesistit. Xroniki hepatoxolesistit. Dəmir defisitli anemiya. Xroniki dəmir defisitli anemiya. Radikulopatiya. Torokolyumboişalgiya. Oynaqların kontrakturası. Sağ aşıqbaldır oynağının kontrakturası; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.11. epilepsiya. tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);” səbəbi ilə 5 ii müddətinə əlillik dərəcəsi verilmişdir.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb idarəsi 18.11 2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklər göndərişin etibarsız hesab olunması xahiş edilmişdir. Bununla bağlı iddiaçının əlilliyi etibarsız hesab edilmişdir. İş materiallarında olan : - AA № ******* seriaylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür. -TSEK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı həmin tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. - Ambulator kitabçadan görünür ki,İddiaçı xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə Saray qəsəbə xəstəxanasında müalicə almışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində əlilliyin müəyyən olunması meyarları göstərilmişdir. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya təyin edilmiş ll dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi məhz DİN Tibb İdarəsinin sözügedən məktubu olmuşdur. Halbuki, həmin məktubda hər hansı maddi hüquq normasına istinad edilməmişdir. Sadəcə, siyahıda göstərilən şəxslərion Daxili İşlər Nazirliyinə heç bir aidiyyətinin olmaması və Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlərin əsassız olaraq rəsmişlədirilməsi qeyd edilmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçının əlilliyinin etibarsız hesab edilməsi barədə ayrıca qərar (inzibati akt) qəbul edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişi əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3-Sosial Ekspertiza və X6 (TSERAS) ötürülür. Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə görə inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsidir. Cavabdeh orqan isə daxil olmuş məktubu əsas tutaraq heç bir əlavə araşdırma aparmadan,inzibati akt qəbul etmədən iddiaçının əlilliyini altsistemdə etibarsız hesab etmişdir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Balarza qızına əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun . Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar