Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-333/2022 27.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı ölkədən getmək hüququna dair məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ölkədən getmək hüququna dair məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı iddiaçının sabiq rəhbəri olduğu "xxxx" MMC-nin 11.06.2019-cu il tarixdə dövlət büdcəsinə yaranmış ümumilikdə 17825,25 manat məbləğində vergi borcu ilə bağlı barəsində plkdənə getmək hüqüqunun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 11.07.2019-cu il tarixli 2(067)-215/2019 saylı qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İddiaçının həmin qətnamədən xəbəri olmamışdır. Onun MMC-nin rəhbəri olması formal xarakter daşımışdır. Hazırda o, rəsmi şəkildə də direktor vəzifəsini icra etmir. Cəmiyyətin hazırki direktoru və qanuni təmsilçisi X2r. Hazırda onun həmin cəmiyyətlə arasında heç bir əlaqə yoxdur. Bunumla bağlı o, vergi orqanına ərizə ilə müraciət edərək məhdudlaşdırmanın götürülməsinə dair qərar çıxarılmasını xahiş etmiş, lakin onun ərizəsinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak etdən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5i iddianı qəbul etmədi. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının qeydiyyat yeri ddia ərizəsində göstərildiyi kimi Xaçmaz rayonu, Dağıstan küçəsi ev 16 mənzil 4 deyil, Bakı şəhəri, Sabunçu rayonu, F.B.Köçərli küçəsi ev 14 mənzil 1-dir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qıəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə iddiaçının Bakı şəhərində yaşadığını və hazırki iddianınm məcburetmə növündə baxılan iddialara aid olduğunu nəzərə alaraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı ölkədən getmək hüququna dair məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(118)-333/2022 saylı iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-333/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-333/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver