Məhkəmə qərarları › İş №2-1(118)-3336/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3336/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3336/2022 15.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-xx.xx.2020-ci illər əqli əməklə məşğul və həmçini fəaliyyət göstərdiyi üçün sosial sığorta stajına daxil edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-xx.xx.2020-ci illər əqli əməklə məşğul və həmçini fəaliyyət göstərdiyi üçün sosial sığorta stajına daxil edilməsi”-nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx.xx.1991-ci il tarixdən Sumqayıt şəhər kitabxana və filiallarına üzv olmuşdur. xx.xx.2001-ci il tarixində kitabxananın fəal oxucusu kimi fıxri fərmanla mükafatlandırılmışdır. xx.xx.2005-ci ildən Azərbaycan Praktik Psixoloqlar Assosiyasının üzvü olmuşdur. xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Təhsil” RİM-in Sumqayıt fililalının direktoru F.S.İsmayılovun dəvəti ilə həmin məktəbin “Cüdo” idman bölməsinin yığma komandasının idmançılara psixoloji köməklik etmişdir. (xx.xx.2009-cu il tarixdən) xx.xx.2010-cu ildə Sumqayıt şəhər UGİM-2də Cüdo idman növü üzrə məşqçi işələyən Sahib İsmayılovun dəvəti ilə xx.xx.2010xx.xx.2010-cu ilədək cüdoçulara yarışlar ərəfəsi və yarışlar günü psixoloji köməklik etmişdir. Respublika Çempionatında iştirak etmişdir. 4 nəfər 2 qızıl, 1 gümüş, 1 bürünc . İdmanın digər növləri üzrə də fəaliyyət göstərmişdir. Sumqayıt şəhər 38 saylı məktəbdə 12-13 gün ərzində 5-ci sinifdən 11-ci sinifədək şagirdlərə psixoloji-tərbiyəvi mövzuda dərslər keçmişdir. Pandemiya ilə əlaqədar olaraq xx.xx.2020-ci ildə kitabxanalarda fəaliyyətini dayandıranadək Sumqayıt şəhər S.Vurğun adına kitabxananın oxu zalında əqli əməklə müntəzəm məşğul olmuşdur. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddiasını müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı, xx.xx.1991-xx.xx.2020-ci illər əqli əməklə məşğul və həmçinin fəaliyyət göstərdiyi üçün sosial sığorta stajına daxil edilməsini istəyir. Məhkəmə qeyd edir ki, iddiaçı pensiya təyinatı aparılan zaman həmin dövrlərin sosial sığorta stajına daxil edilməsini tələb edə bilər. Hazırda belə bir iddiaya inzibati qaydada baxılması mümkün deyildir. Hazırki iddia tələbi mahiyyəti etibarı ilə faktın təsdiqi ilə bağlı olan tələbdir. Faktın təsdiq edilməsinin məhkəmədən tələb edilməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. İnzibati orqanın qanunsuz hərəkətlərindən isə inzibati məhkəmə icraatı qaydasında şikayət verə bilər. Həmçinin iddiaçıya izah edilsin ki, pensiya təyinatı ilə bağlı mübahisə yaranarsa bu hallar məhkəmə araşdırmasının predmeti ola bilər. Eyni zamanda iddiaçıya izah edilsinki, sosial sığorta stajının yaranma əsasları qanunvericiliklə tənzimləndiyinə görə, qaldıracağı iddiaların uğurluluq ehtimalının qeyd etdiyi halların nörmativ tənzimləmələrə uyğunluğundan asılı olacağını nəzərə alması məqsədəmüvafiq hesab edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar