Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-334/2021 03.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ağarəsul oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Cavabdeh tərəfindən X2 adına verilmiş 19.04.2014-cü il tarixli RX seriya ******* saylı çıxarış və texniki pasportun qismən, dəhliz hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması"na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X2 adına verilmiş 19.04.2014-cü il tarixli RX seriya ******* saylı çıxarış və texniki pasportun qismən, dəhliz hissəsində ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılır ki, Sumqayıt şəhər, 12 m\n, 2 saylı binada yerləşən keçmiş bərbərxana olan sahəsi 40,25 kv.metr olan qeyri yaşayış sahəsi özəlləşdirilməyə çıxarılmış, bu zaman Dövlət Əmlak Nazirliyinin məktubu əsasında Sumqayıt Texniki İnventarlaşdırma İdarəsi tərəfindən 1997-ci ildə texniki pasport tərtib edilmiş,məhz bu texniki ölçülərdə qeyri yaşayış sahəsi hərraca çıxarılmış, AR Dövlət Əmlak Nazirliyinin keçirdiyi auksion nəticəsində iddiaçı tərəfindən alınmış və bu əsasla ona «Mülkiyyət hüququ haqqında» şəhədətnamə verilmişdir. İddiaçının sahəsi ilə qonşuluqda olan Hüseynağa Bağıyev mülkiyyətində olan dəhlizin yarısını qanunsuz olaraq zəbt etmiş və divar çəkərək oradan özbaşına istifadə etməyə başlamışdır.Onun bu qanunsuz hərəkətləri barədə Sumqayıt şəhər məhkəməsində iddia qaldırmış və Sumqayıt şəhər məhkəməsinin 10.09.2015-ci il tarixli qətnaməsinə əsasən, dəhliz iddiaçının mülkiyyətində hesab edilərək H.Bağıyevin onaə məxsus 40,25 kv.metr olan qeyri yaşayış sahəsinin dəhlizində inşa etdiyi divarın onun öz hesabına sökülməsi,dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi, dəhlizdən və sanitar qovşaqdan istifadəyə olan məneənin ona qadağan edilməsi qət edilmişdir.Həmin qətnamə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən də qanuni hesab edilərək qüvvədə saxlanılmışdır. Hazırda həmin qətnamə icra olunmuş, iddiaçıya məxsus dəhlizdə H.Bağıyevin inşa etdiyi divar onun öz hesabına sökülmüş, dəhlizin əvvəlki vəziyyəti demək olar ki, bərpa edilmişdir. Lakin H.Bağıyev hələ də həmin dəhlizin bir hissəsindən qeyri qanuni olaraq öz məqsədləri üçün istifadə edir. İcra zamanı iddiaçıya məlum olmuşdur ki, məhkəmə mübahisələri gedən dövrdə H.Bağıyev saxta yollarla, 2 saylı Ərazi İdarəsinin əməkdaşlarını aldadaraq və yaxud onların səhlənkarlığından istifadə edərək texniki pasportda iddiaçının sahəsi kimi göstərilmiş və 1997-ci ildən onun mülkiyyətində olan dəhlizin yarısını öz sahəsi kimi mülkiyyətinə daxil etmiş və bunu öz sahəsinin texniki sənədlərinə daxil etmişdir və Ərazi İdarəsi ona bu barədə çıxarış və texniki pasport vermişdir. İddiaçı bu barədə 2 saylı Ərazi İdarəsinə və AR ƏMDK-ya rəsmi ərizə ilə müraciət etmişdir.Bu ərizə nəticəsində ona öz sahəsinə dair mülkiyyət hüququna dair çıxarış vermişdirlər,lakin texniki pasport verməmişdirlər və bildirmişdirlər ki, H.Bağıyevə məxsus çıxarış və texniki pasport qismən etibarsız hesab edilmədən iddiaçıya texniki pasport verə bilməzlər. Ona görə də iddiaçı bu barədə iddia ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Məhkəmə zamanı ona verilmiş çıxarış və texniki pasportun qanunsuzluğu təsdiq edilmişdir,Cavabdeh idarənin nümayəndəsi də bildirmişdir ki,əvvəlki qətnamələrlə dəhlizin ümumi istifadədə olması sübut edildiyi halda H.Bağıyevin adına verilmiş çıxarış və texniki pasport səhv olmuşdur və bu barədə qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən H.Bağıyevin adına verilmiş çıxarış və texniki pasport qismən,dəhliz hissəsində etibarsız hesab edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən də qanuni hesab edilərək qətnamə qüvvədə saxlanılmışdır.Lakin işə Ali Məhkəmədə baxılanda məlum olmuşdur ki, mübahisə inzibati orqana qarşı verildiyi üçün bu işə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır.Ona görə də qətnamələr ləğv edilmiş və işə yenidən baxan Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin qərardadı ilə işə xitam verilmiş və göstərilmişdir ki, bu işə inzibati məhkəmədə baxılmalıdır. İnzibati məhkəməyə müraciət etmək üçün hüquqi əsasların yaranması üçün iddiaçı cavabdeh təşkilata müraciət edərək H.Bağıyevin adına olan çıxarışın qismən, iddiaçının dəhlizinə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdehin cavab məktubu ilə iddiaçıya bundan imtina edilmişdir.Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. H.Bağıyevin adına verilmiş çıxarış və texniki pasportun qismən, dəhliz hissəsində qanunsuz olması tam təsdiq edilmiş faktdır və ona görə də həmin çıxarış və texniki pasportu qismən, dəhliz hissəsində dəyişməli və H.Bagıyevə məxsus texniki pasportdan və çıxarışdan həmin dəhliz hissəsini çıxarmaqla ona yeni texniki pasport və çıxarış verməsi vəzifəsi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X10 iştirak etmiş, iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Ağarəsul oğlu Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən, sahəsi 40.25 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarış və texniki pasportda düzəlişlərin edilməsi ilə bağlı 07 iyul 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı Ağarəsul oğluna bildirilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmışdır. Həmçinin bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyi İddiaçı Ağarəsul oğluna bildirilmiş və bu barədə ona 30 iyul 2020-ci il tarixli **********39 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Cavabdeh etiraza əlavəsində qeyd edir ki, Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində yerləşən sahəsi 40.25 kv.m olan qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlər-Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş daşınmaz əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş sxem və təsnifat əsasında həmin qeyriyaşayış sahəsi (5 saylı gön-dəri emalatxanası) üzərində X2 hüquqları qeydiyyata alınmışdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddiaçı X2 adına verilmiş 19.04.2014-cü il tarixli RX seriya ******* saylı çıxarış və texniki pasportun qismən, dəhliz hissəsində ləğv edilməsini istəyir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, İddiaçı X2 adına verilmiş 19.04.2014-cü il tarixli RX seriya ******* saylı çıxarış və texniki pasportun qismən, dəhliz hissəsində ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməmiş və iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia öhdəliyin icrası barədə iddiadır və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı deyil. Belə ki, iddiaçı iddianın təmin əsası kimi qeyd edir ki, Sumqayıt şəhər, 12 m\n, 2 saylı binada yerləşən keçmiş bərbərxana olan sahəsi 40,25 kv.metr olan qeyri yaşayış sahəsi özəlləşdirilməyə çıxarılmış, bu zaman Dövlət Əmlak Nazirliyinin məktubu əsasında Sumqayıt Texniki İnventarlaşdırma İdarəsi tərəfindən 1997-ci ildə texniki pasport tərtib edilmiş, məhz bu texniki ölçülərdə qeyri yaşayış sahəsi hərraca çıxarılmış, AR Dövlət Əmlak Nazirliyinin keçirdiyi auksion nəticəsində iddiaçı tərəfindən alınmış və bu əsasla ona «Mülkiyyət hüququ haqqında» şəhədətnamə verilmişdir. İddiaçı qeyd edir ki, iddiaçının sahəsi ilə qonşuluqda olan Hüseynağa Bağıyev mülkiyyətində olan dəhlizin yarısını qanunsuz olaraq zəbt etmiş və divar çəkərək oradan özbaşına istifadə etməyə başlamışdır. Onun bu qanunsuz hərəkətləri barədə Sumqayıt şəhər məhkəməsində iddia qaldırmış və Sumqayıt şəhər məhkəməsinin 10.09.2015-ci il tarixli qətnaməsinə əsasən, dəhliz iddiaçının mülkiyyətində hesab edilərək H.Bağıyevin ona məxsus 40,25 kv.metr olan qeyri yaşayış sahəsinin dəhlizində inşa etdiyi divarın onun öz hesabına sökülməsi,dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi, dəhlizdən və sanitar qovşaqdan istifadəyə olan məneənin ona qadağan edilməsi qət edilmişdir. Həmin qətnamə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən də qanuni hesab edilərək qüvvədə saxlanılmışdır. Hazırda həmin qətnamə icra olunmuş, iddiaçıya məxsus dəhlizdə H.Bağıyevin inşa etdiyi divar onun öz hesabına sökülmüş, dəhlizin əvvəlki vəziyyəti demək olar ki, bərpa edilmişdir. Lakin H.Bağıyev hələ də həmin dəhlizin bir hissəsindən qeyri qanuni olaraq öz məqsədləri üçün istifadə edir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində yerləşən sahəsi 40.25 kv.m olan qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlər-Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş daşınmaz əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş sxem və təsnifat əsasında həmin qeyriyaşayış sahəsi (5 saylı gön-dəri emalatxanası) üzərində X2 hüquqları qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən sahəsi 40.25 kv.m olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 17.09.1996-cı il tarixli, ******* nömrəli Dövlət Əmlakının Hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə, Əmlak Məsələləri Dövlət Komitəsi Arxivinin təqdim etdiyi sxem və təsnifat əsasında X2 adına qeydiyyata alınmış və 19.04.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş sənədlər əsasında 40.25 kv.m olan qeyriyaşayış sahəsini X2 adına qeydiyyata almışdır. Belə ki, cavabdehin hərəkətlərində hərhansı qanunsuzluq aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanıda müəyyən olundu ki, cavabdeh inzibati orqan mübahisələndirilən qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş sənədlər əsasında aparmışdır. Bu halda isə cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanunsuzluq müəyyən olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. Hazırkı iddianın təmin edilməməsi iddiaçının digər hüquq müdafiə vasitələrindən istifadə etməsini istisna etmir. Mahiyyəti etibarı ilə hazırkı iddia mümkün idddia olsada, idddianın uğurluluğu baxımından düzgün olmayan hüquqi müdafiə yolu seçmişdir. İddiaçınınn maraqlarına toxunan müvafiq sənədləri Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi verdiyi üçün iddiaçı həmin orqana qarşı tələblər irəli sürə bilərdi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-334/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-334/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver