Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-334/2022 18.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X3 qarşı “19 aprel 1991-ci il tarixdə adına tərtib olunmuş əmək kitabçasında, həmçinin 11 may 1988-ci ildən 15 oktyabr 2003-cü ilə qədər olan dövrlərin sosial sığorta stajına daxil edilərək pensiyanın təyin olunması vəzifəsinin cavabehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı Regional Ərazi Filialına qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialının 03 sentyabr 2021-ci il tarixli **********2 saylı məktubu(qərarı) etibarsız sayılmasına, 19 aprel 1991-ci il tarixdə adına tərtib olunmuş əmək kitabçasında, həmçinin 14 iyun 2021-ci il tarixdə verilmiş Müayinə Aktından 01 nömrəli çıxarışda göstəriilən iş dövrünün sosial sığorta stajına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Reginal Ərazi Filialının üzərində öhdəlik qoyulması”-na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək 19 aprel 1991-ci il tarixdə adına tərtib olunmuş əmək kitabçasında, həmçinin 11 may 1988-ci ildən 15 oktyabr 2003-cü ilə qədər olan dövrlərin sosial sığorta stajına daxil edilərək pensiyanın təyin olunması vəzifəsinin cavabehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1958-ci il tarixdə Qusar rayonun Piral kəndində anadan olmuş, rəsmi nikaha daxil olaraq Qusar rayonun Yasab kəndinə köçmüşdür, hazırda Qusar rayonun Yasab kəndində ailəsi ilə birlikdə yaşayır. Əmək fəaliyyətinə 1975-ci ildə başlamış, 28 may 1975-ci il tarixli 55 saylı əmrə əsasən Qusar "xxxx" İstehsalat Müəssisəsinə toxucu işinə qəbul olunmuş, 19 aprel 1991ci il tarixə kimi həmin müəssisədə işləmiş, 19 aprel 1991-ci il tarixli 37 saylı əmrə əsasən "xxxx" İstehsalat Müəssisəsindən işdən azad olunmuşdur. Şərh olunan iş stajı 19 aprel 1991-ci il tarixdə adına tərtib edilmiş AT-V ******* saylı əmək kitabçasında əks olunmuşdur. Ailə üzvlərindən 11 may 1988-ci il təvəllüdlü doğma oğlu X8 uşaq serebral iflici xəstəliyindən əziyyət çəkmiş və həmin uşağın başqasının köməyinə ehtiyacı olmuşdur. X8 adlı uşağa “uşaq serebral iflici, bütün ətraflarında hərəkətin kəskin məhdudlaşması İlə gedən tetraparez, əhəmiyyətli dərəcədə nəzərə çarpan kəskin imbesillik ” xəstəlik diaqnozu qoyulmuş və 03 iyun 1994-cü ildən 19 oktyabr 2003-cü il tarixə kimi, əlillik müddətinə iddiaçı, yəni uşağın anası İddiaçı uşağa qulluq etmişdir. Həmin dövr iş stajı kimi hesablanmalıdır. 2021-ci ilin avqust ayında müvafiq sənədləri təqdim etməklə cavabdeh təşkilata yaşa görə əmək pensiyasının hesablanmasını xahiş etmişdir, cavabdeh, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialı 03 sentyabr 2021-ci il tarixli **********2 saylı məktubla ( Qərarla ) yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. İddiaçı cavabdeh təşkilatın 03 sentyabr 2021-ci il tarixli **********2 saylı Qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, “ Sumax ” İstehsalat Birliyində digər müəssisə və təşkilatlardan fərqli olaraq əmək haqqı aybaay ödənilmir, əmək fəaliyyətinin nəticələrindən asıllı olaraq il ərzində bir neçə dəfə ödənilir. Həmin xüsusat Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli 253 saylı Arxiv arayışında əksini tapmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə , şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı əmək kitabçasında və arxiv arayışında qeyd edilən, həmçinin uşağa qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun 2 saylı regional ərazi filialına müraciət etmişdir. Təqdim edilən sənədlərə əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İddaçının yaşa görə ümumi əsaslarla əmək pensiyası hüququ 05.03.2019-cu il tarixdə yaranmışdır. Ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı 25 ildir. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 05.03.2013-cü il tarixdə yaranmışdır. İddiaçının “Əmək pensiyaları haqqında" Qanunun 8-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ yaranan zaman tələb edilən sosial sığorta stajı 10 ildir. İddiaçının ümumi sığorta stajı 19 il, 11 ay, 9 gündür. Mübahisələndirilməyən sosial sığorta stajı 1 il, 5 ay, 8 gündür. Mübahisələndirilən sığorta stajı 18 il, 6 ay, 1 gündür. Mübahisələndirilən sosial sığorta stajı iki dövrü əhatə edir: 1975-1986-ci illərə aid arxiv sənədlərində və əmək kitabçasında qeyd olunan iddiaçının adında uyğunsuzluq mövcuddur. Bu əsasla mübahisəli olan sosial sığorta stajl 9 il, 1 ay, 14 gündür. İddiaçının sağlamlıq imkanları məhdud övladı X8 19.10.2003-cü il tarixdə vəfat etdiyindən “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib etmək mümkün olmamışdır. Bu əsasla mübahisəli olan sosial sığorat stajı 9 il, 4 ay , 17 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. İşin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə 19 noyabr 2021-ci il tarixli **********8 nömrəli sorğu ilə Milli Arxiv İdarəsi Qusar rayon Dövlət Arxivinə müraciət edilmişdir. Dövlət Arxivinin 05 dekabr 2021-ci il tarixli 471/61 nömrəli məktubuna əsasən İddiaçı arxiv sənədləri təqdim edilmişdir. Həmin arxiv sənədlərinin “Qeyd” hissəsinə əsasən əmək haqqı cədvəllərində 1975,1976,1978,1979-cu illərdə Ağadadaşova Hinayət, 1977-ci ildə Ağadadaşova Hamiyat, 1980-1986-ci illərdə Ağadadaşova Haniyat və 1987- 1991-ci illərdə Əmirəhmədova Həniyat kimi qeyd olunmuşdur. Beləliklə, iddia olunan dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir. Digər mübahisəli dövr olan sağlamlıq imkanları məhdud uşağa qulluq edilməsi ilə bağlı iddiaçı tərəfiindən məhkəməyə akt təqdim edilmişdir. Lakin həmin xidmətin faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib edilərkən cavabdeh orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.3.3-cü bəndinə əsasən 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur: qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı və yaşı təsdiq edən sənəd. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və şöbələrin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur. Analoji iş ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)-1989/2020 nömrəli qərarına əsasən şəhər (rayon) icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən tərtib olunmuş aktın mötəbər sübut kimi qəbul edilməli olduğu barədə kassatorun dəlilini məhkəmə kollegiyası əsassız sayır. Çünki bu faktın müəyyən olunması üçün qanunla konkret qaydalarla yanaşı, aktı tərtib etməli olan səlahiyyətli orqanlar müəyyən olunmuş və bu orqanların komissiya kimi birgə hərəkət etməsi nəzərdə tutulmuşdur. Aktın tərtibində DSMF orqanı nümayəndəsinin iştirakının zəruriliyi, bu sahədə idarəetməni həyata keçirən orqan olmasından irəli gəlir. Komissiya kollegiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Komissiyanın tərkibində DSMF-nin nümayəndəsinin olmaması, bu komissiyanın səlahiyyətli olmamasına gətirib çıxarır. Ona görə də DSMF-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş akt qanuna uyğun hesab oluna bilməz. Həmçinin iddiaçının bu cür akt tərtib olunması üçün DSMF orqanına müraciət etməsi də müəyyən olunmur. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh isə iddiaçının müraciətinin təmin edilməsindən aşağıdakı əsaslarla imtina edir: İddaçının yaşa görə ümumi əsaslarla əmək pensiyası hüququ 05.03.2019-cu il tarixdə yaranmışdır. Ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı 25 ildir. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 05.03.2013-cü il tarixdə yaranmışdır. İddiaçının “Əmək pensiyaları haqqında" Qanunun 8-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ yaranan zaman tələb edilən sosial sığorta stajı 10 ildir. İddiaçının ümumi sığorta stajı 19 il, 11 ay, 9 gündür. Mübahisələndirilməyən sosial sığorta stajı 1 il, 5 ay, 8 gündür. Mübahisələndirilən sığorta stajı 18 il, 6 ay, 1 gündür. Mübahisələndirilən sosial sığorta stajı iki dövrü əhatə edir: 1975-1986-ci illərə aid arxiv sənədlərində və əmək kitabçasında qeyd olunan iddiaçının adında uyğunsuzluq mövcuddur. Bu əsasla mübahisəli olan sosial sığorta stajı 9 il, 1 ay, 14 gündür. İddiaçının sağlamlıq imkanları məhdud övladı X8 19.10.2003-cü il tarixdə vəfat etdiyindən “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib etmək mümkün olmamışdır. Bu əsasla mübahisəli olan sosial sığorat stajı 9 il, 4 ay , 17 gün təşkil edir. İşin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə 19 noyabr 2021-ci il tarixli **********8 nömrəli sorğu ilə Milli Arxiv İdarəsi Qusar rayon Dövlət Arxivinə müraciət edilmişdir. Dövlət Arxivinin 05 dekabr 2021-ci il tarixli 471/61 nömrəli məktubuna əsasən İddiaçı arxiv sənədləri təqdim edilmişdir. Həmin arxiv sənədlərinin “Qeyd” hissəsinə əsasən əmək haqqı cədvəllərində 1975,1976,1978,1979-cu illərdə Ağadadaşova Hinayət, 1977-ci ildə Ağadadaşova Hamiyat, 1980-1986-ci illərdə Ağadadaşova Haniyat və 1987- 1991-ci illərdə Əmirəhmədova Həniyat kimi qeyd olunmuşdur. Beləliklə, iddia olunan dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir. Digər mübahisəli dövr olan sağlamlıq imkanları məhdud uşağa qulluq edilməsi ilə bağlı iddiaçı tərəfiindən məhkəməyə akt təqdim edilmişdir. Lakin həmin xidmətin faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib edilərkən cavabdeh orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, arxiv arayışının mötəbər sübut kimi qəbul edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin sübutun mötəbərliyi ilə bağlı şübhələr olduğu halda inzibati icraat zamanı müvafiq sorğular edilməli, sənədin mötəbərliyinə olan şübhələr öz təsdiqini tapdığı halda əsaslandırılmış imtina verilməli idi. İnzibati İcraat haqqında Qanunun 19.2-ci maddəsinə əsasən; 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Belə ki, arxiv arayışındakı adlar üzrə qeydlərdə mövcud uyğunsuzluqlar iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Piral kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12.01.2022-ci il tarixli 28 saylı arayışında da qeyd edilir ki, Ağadadaşova (Əmirəhmədova) Həmiyat Dəvrişəli qızının əmək kitabşasına əsasən 28 may 1975 -ci ildən 19 aprel 1991 ci ilə qədər Qusar Sumax xalça müəssisəsində işlədiyi müddətdə onun adı arxiv arayışlarında Həneyat kimi qeyd olunmuş, lakin şəxsiyyət vəsiqəsinə əsasən onun adı İddiaçı kimi qeyd olunmalıdır. Bu qeyd edilənlər cavabdeh inzibati orqanın qeyd edilən arxiv arayışlarının nəzərə almamasının əsaslı olmadığını göstərir. Bundan başqa cavabdeh qeyd edir ki, digər mübahisəli dövr olan sağlamlıq imkanları məhdud uşağa qulluq edilməsi ilə bağlı iddiaçı tərəfiindən məhkəməyə akt təqdim edilmişdir. Lakin həmin xidmətin faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib edilərkən cavabdeh orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Cavabdehin bu dəlilinə isə münasibətdə məhkəmə qeyd edir ki, Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarıının 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Doğruluğu Yasab kənd İƏD nümayəndənin müavini Rövşən İsrafılov , qonşusu X2 ,Yasab kənd sakini, qonşusu X11, Yasab kənd sakini,qonşusu X4 , Yasab kənd sakini mərhumun anası İddiaçı tərəfindən təsdiq edilmiş 15 dekabr 2021-ci il tarixli Akta əsasən həqiqətən Yasab kənd sakini 11 may 1988 ci il təvəllüdlü X8 anadangəlmə fiziki qüsurlu olmuş, anası İddiaçı vəfat etdiyi günə kimi qulluq göstərmişdir. X8 15 oktyabr 2003-cü ildə vəfat etmiş və Yasab kəndində dəfn olmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, 11 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təsdiq edilmiş 14.06.2021-ci il tarixli, №01 Müayinə aktından çıxarışdan görünür ki, 11.05.1988-ci il təvəllüdlü X8-uşaq serebral iflici- Bütün ətraflarda hərəkətin kəskin məhdudlaşması ilə gedən tetraparez- Əhəmiyyətli dərəcədə nəzərə çarpan kəskin imbesillik- Diaqnozu üzrə əlillik dərəcəsi: Sosial müavinət (3.1-3.3), əlillik səbəbi SM (3.1-3.3) , əlilliyin başlama tarixi 03.06.1994-cü il, əlilliyin müddəti 11.05.2004cü il olmaqla başqasının köməyinə ehtiyacı olmuşdur. (Anası: İddiaçı) Habelə Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən təsdiq edilmiş 18.12.2019-cu il tarixli 145736 saylı Arayışa əsasən X8 19.10.2003-cü il tarixdə Qusar rayon, Yasab kəndində vəfat etmişdir. Ölüm səbəbi Ağciyər və beyin ödəmi olmaqla bu barədə 20.10.2003-cü il kitabın 15 №li səhifəsində qeydiyyat aparılmışdır. Göründüyü kimi X5 əlilliyi və köməyə ehtiyacı olan uşaq kimi əlillik müddətində anası tərəfindən uşağa qulluq edilməsi iş materialları ilə öz təsdiqini tapır. Cavabdehin mübahisəli aktın tərtibində iştirak etməməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarıının 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Göründüyü kimi qaydalardada müvafiq aktın tərtib olunmasında həm şəhər (rayon) icra hakimiyyəti orqanlarına həmdə müvafiq şöbənin və ya İdarənin nümayəndələrindən ibarət yaradılacaq komissiyaya səlahiyyət verilmişdir. Yuxarıda qeyd olunduğu kimi müvafiq icra hakimiyyəti orqanının aktı ilə iddiaçının əlil uşağına qulluq etməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsinə bildirilmişdir ki, cavabdeh inzibati orqanın aktda qeyd edilənlərin həqiqiliyinə şübhəsi olduğu halda özü qanunvericiliyin göstərişi üzrə inzibati araşdırma funksiyasını yerinə yetirə bilər və bununla bağlı sübutları məhkəməyə təqdim edə bilər. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hazırki halda məhkəməyə təqdim edilmiş sənədlərin mötəbərliyinə münasibətdə hərhansı şübhə müəyyən olunmur. Əmək pensiyaları haqqında qanunun 8.2-ci maddəsinə əsasən Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçıda sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyinə görə həmin normada müəyyən edilən güzəştdən istifadə etmək hüququ qazanmışdır. Beləliklə, məhkəməyə təqdim edilmiş pensiya iş materialları ilə və iddiaçının əmək kitabçası və yuxarıda qeyd edilən digər sübutları nəzərə alanda və Əmək pensiyaları haqqında qanunun 8.2-ci maddəsini hazırkı işə tətbiq edəndə müəyyən olunur ki, iddiaçının yaşa görə pensiya hüququ 05.03.2014-cü il tarixdən yaranmışmışdır. Lakin, iddiaçı cavabdeh orqana 03.09.2021-ci il tarixdə müraciət etmişdir. Bu halda iddiaçıya pensiya təyin edilərkən hazırda qüvvədə olan Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi nəzərə alınmalıdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının hüququ 05.03.2014-cü il tarixdən yaransa da, onun pensiyası inzibati orqana müraciətindən əvvəlki üç il nəzərə alınmaqla hesablanmalı və ödənilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı 19 aprel 1991-ci il tarixdə adına tərtib olunmuş əmək kitabçasındakı dövrlər və sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi 15 oktyabr 2003-cü ilə qədər olan dövrlər onun sosial sığorta stajına daxil edilərək 05.03.2014-cü il tarixdən pensiya təyin olunması və 03.09.2018-ci il tarixdən hesablanmaqla yaşa görə əmək pensiyası ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 19 aprel 1991-ci il tarixdə adına tərtib olunmuş əmək kitabçasındakı dövrlər və sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi 15 oktyabr 2003-cü ilə qədər olan dövrlər onun sosial sığorta stajına daxil edilərək 05.03.2014-cü il tarixdən pensiya təyin olunması və 03.09.2018-ci il tarixdən hesablanmaqla yaşa görə əmək pensiyası ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-334/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-334/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver