Məhkəmə qərarları › İş №2-1(118)-3341/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3341/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3341/2025 17.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2na iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Sumqayıt şəhər 17 nömrəli TPM-də oxumuş, xx.xx.1980-ci ildən 27 №-li Tikinti İdarəsində qaynaqçı işinə qəbul olmuşdur. xx.xx.1980xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1983-ci ildən 27 nömrəli Tikinti İdarəsində elektrik qaynaqçısı işinə qəbul olmuşdur, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək 24 nömrəli Tikinti İdarəsində, xx.xx.1995-ci ildən köçürmə yolu ilə 20 nömrəli SMDyə elektrik qaynaqçısı (5-ci dərəcəli) keçirilmiş, xx.xx.2006-cı ilədək həmin “Azərsənayetinkti” SC-nin 2 saylı müəssisəsində işləmiş, xx.xx.2006-cı ildən öz hesabına məzuniyyətdə olmuşdur. xx.xx.2009-cu ildə müəssisədən əmək kitabçasını götürmüşdür. İddiaçınln ümumi əmək stajı 27 ilə yaxın olmuşdur. İddiaçının ümumi stajı 27 ilə yaxın olmaqla pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 60 yaşda əmək pensiyasına çıxmaq hüququ verir. İddiaçı müvafiq sənədləri toplamaqla 2024-cü ilin mart ayında cavabdeh təşkilata müraciət etmiş, lakin 03 oktyabr 2024-cü il tarixli məktubunda cavabdeh ona güzəştli iş stajının 7 il 11 ay 21 gün və 4 il 10 ay olduğunu göstərərək əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı cavabdehin bu imtinası ilə razılaşmır və bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Cavabdehin hərəkətləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun deyildir, buna görə də inzibati orqanın iddiaçıya əmək pensiyasl təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

4. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 4.1, 9.8, 31.1, 32.1-ci maddələrinə, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 14, 35-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iş materiallarına əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh müraciət etmişdir. Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi filialda baxılmış və cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-154189/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı təkrar bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağr olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etd yi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitin yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təmin etmədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-c pensiyası; təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əm - pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sıgorta olunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı /əs »i1 qeydə alındığı subhesabdır.Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcədə müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və riiqm fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi l/İT-l ******* nömrəli əmək kitabçasının surətinin: 4-5-ci səhifələrində: xx.xx.1983-1995-ci il tarixləri arasındakı dövr ərzində 27 №- li Tikinti İdarəsində, 6-7-ci səhifələrin 10-11 -ci qeydlərində: xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasın iak> dövr ərzində 24 №-li Tikinti İdarəsində, 6.7 8.9-cu səhifələrin 12-17-ci qeydlərində xx.xx.1995xx.xx.2009-cu tarixlər arasındakı dövr ərzində 20 №-li Səyyar mexanikləşmiş dəstədə qaynaqç peşəs” işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı həmin səhifələrdəki qeydlərdə göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən əmək kitabçasının: 4-5-ci səhifələrində sonuncu qeydlərin tarixləri, əmrlərin tarixləri və nömrələrinin olmadığı, sözügedən səhifələrdəki qeydlərin həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edildiyi; 11-ci qeyddə təsdiqedici möhürün oxunmadığı, xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı; 01,04.1995-ci il tarixə aid olan 12-ci qeydin həmin dövrdə qüvvədə olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq olunduğu müəyyən edilmişdir. Göstərilən səbəblərdən həmin səhifələrdə qeyd olunan xx.xx.1983-xx.xx.2009cu il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də iddiaçının mübahisələndirilməyən ümumi iş stajının müddəti 25 ildən az (6 il 10 ay 7 gün (xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrləri və 2006-cı il tarixdən sonra 4 il 7 ay)) təşkil etmiş, güzəştli iş staiı isə yoxdur. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminat təminati üçün hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalənın həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 7662,39 manat təşkil etməkdədir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun olduğu tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Sözügedən etirazda İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi ilə bağlı müraciətinə münasibət bildirilmişdir. Göstərilən səbəblərdən həmin səhifələrdə qeyd olunan xx.xx.1983-xx.xx.2009- cu il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də iddiaçının ümumi iş stajı 25 ildən az (7 il 11 ay 21 gün (xx.xx.1979 - xx.xx.1980-cı il, xx.xx.1980 - xx.xx.1980-cı ii, xx.xx.1980 - xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 4 il 10 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, tərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 8673,89 manat təşkil edir. Beləliklə, iddiaçı məhkəmə iclası zamanı xx.xx.2006-ci il tarixindən sonra kifayət qədər sosial sığorta stajının olduğunu bildirsə də, X1 Sisteminin “Sığorta (hesabat)” altsistemində əks olunan məlumatlara əsasən, iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti 2019-cu ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək olan dövrü əhatə etməkdədir.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1980-cı il tarixdə əmək fəaliyyətinə başlamış və xx.xx.2009-cu il tarixədək işləmişdir.

10. Azərsənaye Tikinti Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsinin xx.xx.2025-ci il tarixli, 09/20 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1984-1995,xx.xx.1995xx.xx.1995-ci il tarixlərdə 27 №-li və 24№-li tikinti idarələrində elektrik qaynaqçısı işləmişdir. Həmin müəssisələrin özəlləşməsi ilə əlaqədar sənədlərinin həmin müəssisələrdən naməlum səbəbdən saxlanmadığı aşkar edilmişdir. Ancaq, həmin müəssisələrin (27 №-li və 24№-li tikinti idarələri) işləməsi barəsində DSMF-nin 1 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş 1-DSMF hesabatlarına əsasən sosial sığorta haqlarının ödənişləri barədə verilmiş məktubda həmin müəssisələrin həmin dövrdə işlədikləri öz təsdiqini tapır. xx.xx.1995-ci ildən xx.xx.2009-cu il tarixləri arasında 20 №-li Səyyar Mexanikləşmiş dəstədə, 2 saylı Müəssisədə qaynaqçı peşəsində işləmişdir.

11. Azərbaycan Respublikası “Azərsənaye Tikinti Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsinin xx.xx.2024-cü il tarixli 09/08 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək Azərsənayetikinti SC-nin 2 saylı müəssisəsində əl qaynaqçısı peşəsində işləmişdir. Bu peşə xx.xx.1993-cü il Nazirlər Kabinetinin qərarının 2 nömrəli siyahısının 23200000-19906 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir.

12. xx.xx.1980-ci il tarixli, 120 nömrəli attestatın surətinə əsasən iddiaçı xx.xx.1979cu il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil almışdır.

13. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

14. X2nın xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 27 saylı Tikinti İdarəsi, 24 saylı Tikinti İdarəsi və 20 saylı Səyyar Mexanikləşmiş dəstəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir.

16. Sığortaolunanın hesabından görünür ki, 2019-cu ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək cəmi 5249,07 manat sığorta haqları ödənilmiş və həmin dövr üzrə pensiya kapitalı 5848,95 manat təşkil edir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

17. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.

18. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq:

19. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin inzibati orqanın xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir.

21. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir.

22. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir.

23. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının olduğu yer Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

24. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

b) Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

28. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının: 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 2.1-ci bəndinə əsasən əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5-ci bəndinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyridəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

30. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir.

31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

33. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

34. Belə ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu tərəfindən iddiaçının müraciətinin icrasından xx.xx.2024-cü il tarixli məktubda imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Mərkəzi Filialda mövcud olan əmək kitabçasının surətinin 4-5-ci səhifələrində xx.xx.1983-cü il tarixindən 1995-ci ilədək 27 №-li Tikinti İdarəsində, 6-7-ci səhifələrin 10-11 -ci qeydlərində xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində 24 №-li Tikinti İdarəsində, 6,7,8,9-cu səhifələrin 12-17-ci qeydlərində isə xx.xx.1995-29.12,2009-cu il tarixləri arasındakı dövr ərzində 20 №-li Səyyar mexanikləşmiş dəstədə qaynaqçı peşəsində işlədiyi qeyd olunub. Araşdırma zamanı həmin səhifələrdəki qeydlərdə göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Belə ki, sözügedən əmək kitabçanızın 4-5-ci səhifələrində sonuncu qeydlərin tarixləri, əmrlərin tarixinin, nömrələrinin olmadığı və sözügedən səhifələrdəki qeydlərin həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edildiyi, həmçinin 11-ci qeyddə təsdiqedici möhür oxunmadığı müəyyən edilib. Eyni zamanda xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığından xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində də işləməyinə əsaslı şübhə yaranıb. Həmçinin xx.xx.1995ci il tarixə aid olan 12-ci qeydin həmin dövrdə qüvvədə olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq olunduğu aşkar görünür. Göstərilən səbəblərdən də, həmin səhifələrdə qeyd olunan xx.xx.1983-xx.xx.2009-cu tarixləri arasındakı dövrü sizin iş stajına daxil etmək mümkün deyil. Buna görə də ümumi iş stajı 25 ildən az (7 il 11 ay 21 gün (xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər və 2006-cı il tarixindən sonra 4 il 10 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının rtıinimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az oimayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 8673,89 manat təşkil edir.

35. Məhkəmə imtinanın birinci hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında olan 1983-1995 və 1995-2009-cu il dövrlərin həqiqiliyinə şübhə yaranması əsası ilə həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmamış, digər dövrlər nəzərə alınmaqla iddiaçının 7 il 11 ay 21 gün (xx.xx.1979xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər) və 2006-cı il tarixindən sonra 4 il 10 ay ümumi iş stajı olduğu göstərilmişdir. İddiaçının əmək kitabçasında olan dövrlər (xx.xx.2006-cı il tarixədək olan dövrlər) sosial sığorta stajı kimi nəzərə alındığı təqdirdə onun ümumi iş stajı 25 ildən artıq təşkil edir.

36. Məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

37. Məhkəmə əmək kitabçasında olan qeydlərdə Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq olunmasına münasibətdə qeyd edir ki, bu hal iddiaçının mübahisəli dövrlərdə sözügedən müəssisədə işləməsini inkar etmək üçün kifayət etmir.

38. Məhkəmə iddiaçının xüsusi iş stajı ilə bağlı qeyd edir ki, iddiaçıya verilmiş arayışda onun işlədiyi vəzifələrin xx.xx.1993-cü il Nazirlər Kabinetinin qərarının 2 nömrəli siyahısının 23200000-19906 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verdiyi qeyd olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 35-ci (ümumi peşələr) bölməsində həm əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aiddir. Həmçinin iddiaçı əmək kitabçasında qeyd olunan və hazırda fəaliyyət göstərməyən və sənədləri arxivə təhvil verilməmiş müəssisələrdə də əl qaynaqçısı vəzifəsində işləmiş və bu hal cavabdehin imtina məktubunda da mübahisələndirilməmişdir.

39. Məhkəmə sonuncu imtina səbəbinə münasibətdə qeyd edir ki, iddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur. Pensiya kapitalına aid şərti ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşmüş, həmçinin iddiaçı da 60 yaşının tamam olduğu tarixdən deyil, 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

40. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuş, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır.

41. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar