Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3349/2025 11.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X10 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “gediş-gəliş yerləri barədə göstəricilərin elektron bazaya yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X10 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərindəki hüquqi vəziyyətdə yaranmış uyğunsuzluğun aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, aq sahəsinin planı və ölçüsünün dövlət tərəfindən möhürlə təsdiqlənmiş sxemində əraziyə daxil olmaq üçün nəzərdə tutulmuş gediş-gəliş yerləri barədə göstəricilərin elektron bazaya yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə iddiaçı və ailə üzvlərinə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, verilən torpaq sahəsinin planı və ölçüsünün dövlət tərəfindən möhürlə təsdiqlənmiş sxeminə əsasən əraziyə daxil olmaq üçün gediş-gəliş yerləri də nəzərdə tutulmuşdur. Lakin Xaçmaz Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamələrində göstərilmişdir ki, Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN 003A seriyalı, 30206088 kodlu şəhadətnaməyə əsasən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu yoxdur və elektron baza məlumatlarına əsasən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Yəni dövlətin möhürü ilə təsdiqlənmiş və DTXK Xaçmaz rayon şöbəsinin müdiri tərəfindən imzalanmış sənəddə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ayrılmış torpaq sahəsinə gediş-gəliş yerləri göstərilmiş, lakin elektron baza məlumatlarına əsasən torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Torpaq sahəsinin ayrılması barədə verilmiş sənədlərdə və cavabdeh təşkilatın elektron bazasında olan uyğunsuzluğun aradan qaldırılması barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətinin xx.xx.2024-cü il tarixdə alınmasına baxmayaraq bu günə kimi heç bir cavab verilməmiş və problem həll edilməmişdir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərindəki hüquqi vəziyyətdə uyğunsuzluq vardır. Dövlət orqanlarının işində səhvlər və çatışmazlıqlar vətəndaşların əleyhinə işləməməlidir. Yəni, dövlət orqanlarının səhvi riskini dövlət özü daşımalı və bu səhvlər maraqlı şəxsin hesabına düzəldilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7 -ci bənd). Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı və onun ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədilə 0,10 ha torpaq sahəsi ayrılmış və onların adına torpağin mülkiyyətə verilməsinə dair JN 003A nömrəli şəhadətnamə işlənib hazırlanmışdır. İddiaçılar İddiaçı və X9 cavabdehlər X2, X5 və X3 qarşı gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişlər. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-40/2024 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı və X6 cavabdehlər X2 və X5 qarşı gediş-gəliş yolunun açılması barədə iddia tələbi rədd edilmişdir. Sözügedən mülki iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-10/9026 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN 003A seriyalı 30206088 kodlu şəhadətnaməyə əsasən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu yoxdur və elektron baza məlumatlarına əsasən gedişgəliş yolu nəzərdə tutulmamışdır. Torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunmur. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolu ona verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və elektron baza məlumatlarında nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hüquq müəyyənedici sənədlərdə və elektron baza məlumatlarında iddiaçıya məxsus torpaq sahəsinə gedişgəliş yolu nəzərdə tutulmadığından mövcud olmayan gediş-gəliş yolunun elektron baza məlumatlarına yerləşdirilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X10 5 saylı Xaçmaz Ərazi İdarəsi cavabdehlik daşımır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş etirazda da qeyd edilmişdir ki, torpaq sahəsinə gediş -gəliş yolunun açılması və elektron uçot xəritələrində düzəlişlərin aparılması qonşuların razılığı əsasında aparıla bilər. İddiaçıya izah edilsin ki, qonşu torpaq sahələrinin servitutla yüklü edilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-3349/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3349/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver