Məhkəmə qərarları › İş №2-1(118)-335/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-335/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-335/2021 18.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd Ərazi nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 0,1 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindəqeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd Ərazi nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28N-li sərəncamına əsasən ona fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 0,1 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması vəzifəsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd Ərazi nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 N-li sərəncamına əsasən fərdi yaşayış evi tikdirmək üçün 0,1 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan da mövcud torpaq sahəsi onun istifadəsində və sahibiiyindədir. Lakin torpaq sahəsinə mülkiyyət hüququ əldə edə bilməmişdir. Sənədləri toplayıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsinə müraciət etsə də, müsbət cavab almamışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısı Masazır kəndi üzrə Ərazi nümayəndəliyinin 06 avqust 1996-cı il sərəncamında Xırdalan Südçülük-tərəvəzçilik sovxozunun 26 aprel 1995-ci il tarixli iclas protokolundan çıxarışın Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq Şöbəsi ilə razılaşdırıldıqdan sonra kənd yeri üçün tövsiyyə olunmuş lahiyə üzrə sovxozda işləyən fəhlə və qulluqçulara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayrılmış o, cümlədən iddiaçı da həmin dövr sovxozda işlədiyinə görə adı 26 aprel 1995-ci il tarixli protokola salınmış, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyi tərəfindən 06 avqust 1996-cı il tarixli, 28 N-li sərəncam verilmişdir. Protokola əlavə olunmuş siyahı üzrə məlum sərəncamla torpaq sahələri ayrılmış vətəndaşların hamısı mülkiyyət hüququ əldə etmişlər. O, isə səhhəti ilə bağlı müəyyən səbəblərdən vaxtında sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, sözügedən torpaq sahəsi səlahiyyətsiz şəxs, yəni Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə İcra Nümayəndəliyinin sərəncamı əsasənda ayrıldığından iddiaçıya imtina cavabı verilmişdir. Həmin sərəncama torpaq sahəsinin ilkin bas planı və va təsdiq edilmiş ayrıc aktı əlavə edilməmişdir. sərəncam verilən vaxt qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs icra kənd nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozulması deməkdir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və xitam edə bilər ki, o bu əqdi bəyənmiş olsun. Hazırki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. İş materiallarında olan : -Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd Ərazi nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 N-li sərəncamından görünür ki, iddiaçı X2 fərdi evi tikintisi üçün 0.1 ha torpaq sahəsi ayrılmışdır. - Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı məxsus 0.10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -Torpaq sahəsinin yerləşmə planından görünür ki, həmin sənəd İddiaçı istifadəsində olan 0.10 ha torpaq sahəsinin orthophoto görünüşü əsasında tərtib olunmuşdur. - Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-1462 nömrəli 06.12.2019-cu il tarixli arxiv arayışından görünür ki, Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun 26 aprel 1995-ci il tarixli məktubuna əsasən, aşağıda adları qeyd olunan vətəndaşların hər birinə, o cümləədn İddiaçı 0.1 ha torpaq sahəsinin naturada bölgüsünü rayon memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə ev tikdirilməsini məqsədəuyğun hesab edilir. - Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş H-15 nömrəli 09.02.2021-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron rayonu Masazır kənd İN- nin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamı ilə İddiaçı adına 0,10 ha torpaq sahəsi ayrılmışdır. Xırdalan südçülük tərəvəzçilik sovxozunun 26 aprel 1995-ci il 84 saylı məktubu saxlanılması üçün Abşeron rayon dövlət Arxivinə verilməmişdir. -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 03.09.2020-ci il tarixli **********45 saylı məktubdan görünür ki, aparılan araşdırma zamanı 0.10 ha torpaq sahəsinin Abşeron rayon RİH başçısının Masazır kənd nümayəndəliyi üzrə 06 avqust 1996-cı il tarixli 28 nömrəli sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13.01 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 03.09.2020-ci il tarixli **********45 saylı məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmasının əsası kimi Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin İddiaçı Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsini ayırmaq səlahiyyətinin olmaması göstərilmişdir. Məhkəməyə təqdim olunmuş Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır ləndi üzrə nümayəndəliyinin 06.08.1996-cı il tarixli 28 saylı sərəncamından görünür ki, Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84 saylı məktubuna əsaslanaraq Masazır kənd nümayəndəliyi bir sıra vətəndaşlara, o cümlədən İddiaçı 0.10 ha torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün ayırmışdır. Mübahisəli torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt, yəni 1996-cı ildə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Məhkəmə qeyd edir ki, 0.1 ha ölçüdə torpaq sahəsinin iddiaçıya ayrılmasına dair sərəncam qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Cavabdeh inzibati orqana isə həmin sərəncamı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamına əsasən ayrılmış 0.1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İcra Başçısı Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 0,1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar