Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-335/2023 26.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli, 0215003AAC69 nömrəli göndərişə əsasən 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “xx.xx.2021-ci il tarixli, 0215003AAC69 nömrəli göndərişə əsasən 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Müdaafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində hərbi xidmət keçmişdir. xx.xx.1993-cü ildə aldığı xəsarətlərlə bağlı xx.xx.2015-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı ilə təmin edilmişdir. xx.xx.2016-cı ildə ona 5 il müddətinə ikinci dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmişdir. Bir çox vaxtlar o tibb müəssisələrində müayinə və müalicələrdə olmuşdur, səhhətində olan ağır nevroloji və psixoloji xəstəliklərlə bağlı ona təkrar əlillik təyin edilməsi üçün xx.xx.2021-ci ildə tibb müəssisəsinin göndərişi əsasında cavabdehə müraciət edilib, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci ildə əlillik təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin 0215003AACC69 nömrəli göndərişinə əsasən iddiaçıya əlillik təyinatı aparılmalıdır. Belə ki, o ağır xəstədir, bu səbəbdən də cavabdeh tərəfindən ona əlillik təyinatı aparılmalı və ikinci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98- Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90- Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, orta ağırlıqda kəllə beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş posttravmatik hidrosefalsiya. Xroniki posttravmatik baş ağrısı.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> T90-T98- Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90- Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya sadə oarsial tutulmalarla müşahidə olunan lokalizə olunmuş, genaralizə olunmuş qıcolma tutmaları nevrasteniya,; Mərkəzə göndərilmənin / imtina edilmənin səbəbi: diqnoz əlillik əlaməti təyin etməməsi –səbəb: diqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş ‘'Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"na əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ********** nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müayinə zamanı iddiaçıya əllliyin təyin edilməsindən imtina edilmişdir. - AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Qazax rayonu, Fərəhli kəndində anadan olmuşdur. - 25 dekabr 2015-ci il tarixli, 1264 nömrəli Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarının surətindən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANDİ ALİNMİŞDİR” diaqnozu təyin edilmişdir. - TSEK-in xx.xx.2016-cı il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıda X1: XİX Sinif : - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90 – başın...; Kəllədaxili travmaların nəticələri, orta ağırlıqda kəllə beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya, dəqiqləşdirilməmiş posttravmatik hidrosefaliya, xroniki posttravmatik baş ağrısı; 2.2 ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çarışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” müəyyən edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0001 saylı, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” (kəllədaxili travmaların nəticələri, orta ağırlıqda kəllə beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya, dəqiqləşdirilməmiş posttravmatik hidrosefaliya, xroniki posttravmatik baş ağrısı diaqnozları; 2.2 İkinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vesibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyasının pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri meyarları ilə) ikinci dərəcəli əlillik təyin edilmişdir. - TQS № 88, 0215003AAC69 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surətindən görünür ki, iddiaçıda “Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya; Ağırlaşma: G40.1 Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş genarizilə olunmuş qıcolma tutmaları; Yanaşı xəstəliklər: F48.0 Nevrasteniya; F45.3 Vegetativ sinir sisteminin somatoform disdunksiyası, kardionevroz; H52.4 Presbiopiya; İ10 Essensial (birincili) hipertenziya, arterial hipertenziya; K26 Onikibarmaq bağırsağın xorası, xroniki pankreativ; F07.0 Üzvü mənşəli şəxsiyyət pozğunluğu, kəllə beyin travması nəticəsində əmələ gələn yaddaş pozulması xəstəlikləri müəyyən edilmişdir. - TSEK-in xx.xx.2021-ci il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıda X1: XİX Sinif : - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90 – başın...; Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya, sadə parsial tutulmalarla müşahidə olunan lokalizə olunmuş, genarilizə olunmuş qıcolma tutmaları, nevrasteniya müəyyən edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surətindən görünür ki, iddiaçıda “Əsas diaqnoz: “Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya; Ağırlaşma: G40.1 Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş genarizilə olunmuş qıcolma tutmaları; Yanaşı xəstəliklər: F07.0 Üzvü mənşəli şəxsiyyət pozğunluğu, kəllə beyin travması nəticəsində əmələ gələn yaddaş pozulmaları; K26 Onikibarmaq bağırsağın xorası, xroniki pankreativ; İ10 Essensial (birincili) hipertenziya, arterial hipertenziya; H52.4 Presbiopiya; İ10 Essensial (birincili) hipertenziya, arterial hipertenziya; F48.0 Nevrasteniya diaqnozları müəyyən edilmişdir. - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 T99/2023 saylı rəyindən görünür ki, İddiaçıson tibbi sənədlərinə əsasən ona “X8”nin nevrologiya şöbəsində stasionar müalicədə olarkən müəyyən edilmiş “G93-keçirilmiş qapalı kəlləbeyin travmasının davamlı qalıq əlamətləri, T90.5 kəllədaxili hipertenziya ilə təzahür edən posttravmatik ensefalopatiya, G40.2 tez-tez təkrarlanan ikincili epileptik qıcolma tutmaları ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları, İ10- hipertoniya xəstəliyi İİ mərhələ, F98.0 asteno-nevrotik sindrom, İ67.2 baş beynin atrofik xəstəliyi, H90.7, H52.0 – ikitərəfli koxlear nevrit, sensonevral ağıreşitmə İV dərəcə, OUhipermetriya”, Sumqayıt şəhər Psixiatriya xəstəxanasında həkim-psixiatr komissiyasında isə “üzvi (keçirilmiş qapalı kəllə beyin travması) emosional-labil pozuntu- F06.6” diaqnozları müyyən edilmişdir, qeyd edilən diaqnozlar şəxsin hazırki vəziyyətini əks etdirir; tibbi sənədlərdə əsas xəstəliyin ağırlaşmalarında olan patofunksional dəyişikliklər (yaddaş zəifliyi, emosional labillik, vestibulyar pozuntular, görmə pozutuları, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyası pozuntuları) hazırda da rast gəlinir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” (kəllədaxili travmaların nəticələri, orta ağırlıqda kəllə beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya, dəqiqləşdirilməmiş posttravmatik hidrosefaliya, xroniki posttravmatik baş ağrısı diaqnozları; 2.2 İkinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vesibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyasının pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri meyarları ilə) ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya əlillik təyin edilərkən növbəti müayinə zamanı xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı, xx.xx.2022-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi “diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” qeyd etmişdir. İddiaçı hal-hazırda ona əlilliyin təyin edilməsi məqsədi ilə Həkim Məsləhət Komissiyasında müayinəsinə dair göndərişin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixindən ona ikinci dərəcə müddətsiz, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü maddəsinə əsasən, tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). İnzibati iş materiallarında olan TQS № 88, 0531003AAKC3 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surətindən görünür ki, iddiaçıya cavabdeh orqan tərəfindən12 aprel 2016-cı il tarixdə Abşeron Rayon Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98- Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90- Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, orta ağırlıqda kəllə beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş posttravmatik hidrosefalsiya. Xroniki posttravmatik baş ağrısı.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” diaqnozlarə ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)- 2198/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 T99/2023 saylı rəyində qeyd edilmişdir ki, İddiaçıson tibbi sənədlərinə əsasən ona “X8”nin nevrologiya şöbəsində stasionar müalicədə olarkən müəyyən edilmiş “G93keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, T90.5 kəllədaxili hipertenziya ilə təzahür edən posttravmatik ensefalopatiya, G40.2 tez-tez təkrarlanan ikincili epileptik qıcolma tutmaları ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları, İ10- hipertoniya xəstəliyi İİ mərhələ, F98.0 asteno-nevrotik sindrom, İ67.2 baş beynin atrofik xəstəliyi, H90.7, H52.0 – ikitərəfli koxlear nevrit, sensonevral ağıreşitmə İV dərəcə, OU- hipermetriya”, Sumqayıt şəhər Psixiatriya xəstəxanasında həkim-psixiatr komissiyasında isə “üzvi (keçirilmiş qapalı kəllə beyin travması) emosional-labil pozuntu- F06.6” diaqnozları meyyən edilmişdir, qeyd edilən diaqnozlar şəxsin hazırki vəziyyətini əks etdirir; tibbi sənədlərdə əsas xəstəliyin ağırlaşmalarında olan potofunksional dəyişikliklər (yaddaş zəifliyi, emosional labillik, vestibulyar pozuntular, görmə pozutuları, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyası pozuntuları) hazırda da rast gəlinir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki , iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”ndə tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin müddətsiz təyin edilmə halları qeyd edilmişdir. Həmin maddənin 9.1-ci bəndinə əsasən qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri H60-H95 arası, o cümlədən 9.1.4-cü bəndinə əsasən eşitmə zəifliyi İV dərəcə, ikitərəfli göstərişləri olan hallarda ikinci qrup əlillik müddətsiz olaraq təyin edilir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 T99/2023 saylı rəyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 9.1.4-cü maddəsinə əsasən, ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər qeyd edilməsinə, iddiaçının iş materiaları ilə öz təsdiqini tapan uzun müddət stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozun diaqnostik müayinələrdə təsdiq olunmasına baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona xx.xx.2021-ci il tarixdən ona Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə “Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar” olaraq müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə “Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar” olaraq müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva