Məhkəmə qərarları › İş №2-1(118)-3354/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3354/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3354/2023 06.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “Quba rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2021-ci il tarixli, 76 nömrəli sərəncamında onun barəsində "Mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin qeydiyyata götürülməsi barədə" çıxardığı qərara əsasən, onun yaşayış sahəsi ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməli) təmin olunmağı barədə Quba Rayon İcra Hakimiyyətinin üzərinə öhdəliyin qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir İddia onunla əsaslandırılır ki, İddiaçı 12 il 10 ay (xx.xx.2006-xx.xx.2007 (həqiqi hərbi xidmət), xx.xx.2010-xx.xx.2010 (kursant), xx.xx.2010-xx.xx.2021 (gizir)) Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. Xidməti dövründə nümunəvi xidmətlərinə görə dəfələrlə təltif olunmuşdur. 2016-cı il “Aprel döyüşləri’nin iştirakçısı olmuş, baş-beyin qəlpə yaralanması xəsarətləri almışdır. Ali-Baş Komandan, prezident İlham Əliyevin başladığı və rəhbərlik etdiyi “Dəmir yumruq” əməliyyatı zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüş əməliyyatı zamanı yaralanmışdır. Ona xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının qərarı ilə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) sağ təpə nahiyəsənin kor qəlpə yaralanması, təpə sümüyünün qəlpəli basımış sınığı, baş beynin təpə payının yüngül dərəcəli əzilməsinə görə aparılmış sağ təpə sümüyünün rezeksion- dekompression trepanasiya əməliyyatı nəticəsində kəllə tağı sümüklərinin plastik materialla əvəz edilməmiş 3.5 sm2 sümük defekti. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi, təpə payının yüngül dərəcədə əzilməsindən sonrakı vegetativ damar davamsızlığı. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş posttravmatik stress pozuntusu. Astiqmalizm, hər 2 gözün sadə miotik asliqmatizmi Em və M1,5D nəticəsində görmə itiliy inin 0,3-ə qədər azalması, kiorreksiyası ilə 1,0 olmaqla.” diaqnozu ilə 2-ci dərəcə əlillik verilmişdir. Hazırda, müharibə iştirakçısı, əlil kimi ailəsi və uşaqları ilə birlikdə kirayədə yaşayır. Kirayə pulunu verə bilmir, ev tikmək üçün torpaq sahəsi ala bilmir. 6 nəfərdən ibarət ailə üzvlərilə kirayədə qalır. Aldığı əlillik pensiyasının çox hissəsini dərman və preparatlara sərf edir. İş qabiliyyəti yoxdur. İşləmir. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Quba RİH-nə rəsmi müraciət etmiş, lakin, xx.xx.2023-cü il tarixli, 5-61/2-2-B-6xx/xx/2023 nömrəli məktubla imtina cavabı verilmişdir. İmtina cavabında "’Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə (“Yaşma, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərfəgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər) ) istinad edərək, qanunlara söykənilmişdir. Digər tərəfdən, Quba RİH başçısı 16 avqust 2021-ci il tarixli, 76 nömrəli sərəncamında iddiaçının "Mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin qeydiyyata götürülməsi barədə" qərar verilmişdir. İddiaçı, hərbi xidmətdən öz xoşu, öz ərizəsi ilə ayrılmamışdır. Döyüş əməliyyatı zamanı yaralandığından Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız (sülh və müharibə dövrü üçün) hesab olunmuş, təxris olunmuşdur. Cavabdeh Quba RİH-nin ona Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə təmin edilməli (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməli) olduğu halda, imtinası ilə razılaşmır, hesab edir ki, ərizənin icrasının qeyri-mümkün hesab edilməsi əsassızdır. Belə ki, iddiaçı yuxarıda qeyd etdiyi kimi, hərbi xidmətdən öz xoşu ilə ayrılmamışdır. Sağlamlığı imkan versəydi, bu gün də hərbi sahədə Vətənə xidmət edərdi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı 30 yanvar 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, ona müvəqqəti mənzil kirayə haqqının verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya rəsmi cavab verilərək bildirilmişdir ki, hərbi xidmət keçdiyi müddət 15 ildən az olduğuna görə onun kirayə haqqı ilə təmin edilməsi mümkün olmamışdır. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən Rayon İcra Hakimiyyətinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 28 saylı arayışdan görünür ki, İddiaçı hərbi xidmət keçmə müddəti 15 təqvim ilindən az olmuşdur. Eyni zamanda İddiaçı imtiyazlı şəxs kimi Quba Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli. 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə əhatə olunan imtiyazlı şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəratinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia öhdəliyin icrasıdır, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə iddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı qeyd edir ki o, 12 il 10 ay (xx.xx.2006-xx.xx.2007 (həqiqi hərbi xidmət), xx.xx.2010-xx.xx.2010 (kursant), xx.xx.2010-xx.xx.2021 (gizir)) Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. Xidməti dövründə nümunəvi xidmətlərinə görə dəfələrlə təltif olunmuşdur. 2016-cı il “Aprel döyüşləri’nin iştirakçısı olmuş, baş-beyin qəlpə yaralanması xəsarətləri almışdır. Ali-Baş Komandan, prezident İlham Əliyevin başladığı və rəhbərlik etdiyi “Dəmir yumruq” əməliyyatı zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüş əməliyyatı zamanı yaralanmışdır. Ona xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının qərarı ilə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) sağ təpə nahiyəsənin kor qəlpə yaralanması, təpə sümüyünün qəlpəli basımış sınığı, baş beynin təpə payının yüngül dərəcəli əzilməsinə görə aparılmış sağ təpə sümüyünün rezeksion- dekompression trepanasiya əməliyyatı nəticəsində kəllə tağı sümüklərinin plastik materialla əvəz edilməmiş 3.5 sm2 sümük defekti. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi, təpə payının yüngül dərəcədə əzilməsindən sonrakı vegetativ damar davamsızlığı. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş posttravmatik stress pozuntusu. Astiqmalizm, hər 2 gözün sadə miotik asliqmatizmi Em və M1,5D nəticəsində görmə itiliy inin 0,3-ə qədər azalması, kiorreksiyası ilə 1,0 olmaqla.” diaqnozu ilə 2-ci dərəcə əlillik verilmişdir. İddiaçının qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İddiaçı hazırda onun yaşayış sahəsi ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməli) təmin olunmağını istəyir. Cavabdeh isə qeyd edir ki, "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən Rayon İcra Hakimiyyətinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 28 saylı arayışdan görünür ki, İddiaçı hərbi xidmət keçmə müddəti 15 təqvim ilindən az olmuşdur. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və aşağıda qeyd edilənləri iddianın təmini üçün əsas hesab edir : Belə ki, işin hallarından görünür ki, iddiaçı həm aprel döyüşlərində, həm də 44 günlük Vətən Müharibəsi zamanı yaralanmış və ona müəyyən edilmiş diaqnozlar əsasında 2-ci dərəcə əlillik təyin edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən : Maddə 1.1 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 41. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ....xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda (maddə 41.0.3); “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 5-ci bəndinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara — qadınlar və «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər — əsgərlər, matroslar və çavuşlar aiddirlər. 7-ci bəndinə əsasən Gizir və miçmanlara könüllü həqiqi hərbi xidmət keçən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərbi rütbələr verilən aşağıdakı hərbi qulluqçular aiddir: Azərbaycan Respublikasının Silahlı Qüvvələrində (Azərbaycan Ordusunun və sərhəd mühafizə orqanlarının hərbi gəmiləri (katerləri) və bu gəmilərin (katerlərin) döyüş təminatını həyata keçirən sahil hissələri istisna olmaqla) və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) - kiçik gizir, gizir, baş gizir; Azərbaycan Ordusunun və sərhəd mühafizə orqanlarının hərbi gəmilərində (katerlərində) və bu gəmilərin (katerlərin) döyüş təminatını həyata keçirən sahil hissələrində - kiçik miçman, miçman, baş miçman. 146-cı bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. -156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci hissəsinə əsasən: Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində – 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində – 55 manat. Göründüyü kimi Nazirlər Kabinetinin qeyd edilən qərarı ilə xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay nağdsız qaydada kompensasiya ödənilməli olması müəyyən etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı – gizir motoatıcı İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə- xx.xx.2020-ci il tarixdə Fizuli istiqamətində gedən döyüşlər zamanı yaralanmış, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, ona 14 aprel 2021-ci il tarixdən ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş şəxs işin müvafiq qaydada təsdiq edilmiş kserosurətində qeyd edilən hallar öz təsdiqini tapır. Eyni zamanda cavabdeh qeyd edir ki, İddiaçı imtiyazlı şəxs kimi Quba Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli. 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə əhatə olunan imtiyazlı şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəratinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddianın təmin edilməsi üçün əsas təşkil edir. Bundan başqa “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, .....Qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlarla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri çərçivəsində baxılan hər bir işin konkret halları ətraflı araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının mümkünlüyü də istisna edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin inzibati orqan tərəfindən təmin edilməməsi bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İddiaçının ehtiyata buraxılması onun iradəsindən asılı olmamış, müharibədə qazanılmış əlilliklə bağlı olmuşdur. Bu halda iddiaçının tələbinin təmin olunmaması onun İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya ilə qorunan hüquqlarınında pozulması ilə nəticələnə bilər. “Vuçkoviçin və başqalarının Serbiya Respublikasına qarşı” işində iddiaçılar 1999cu ildə NATO-nun Serbiyaya hərbi müdaxiləsi zamanı Yuqoslaviya Ordusunun ehtiyatda olan və dövlətdən gündəlik məvacib alan hərbiçiləri idi. Lakin dövlət öz öhdəliklərini icra etməkdən imtina etmişdir. Əksər hallarda polisin müdaxiləsilə müşahidə olunan bir sıra nümayişlərdən sonra dövlət əsasən inkişaf etmədiyinə görə seçilən bələdiyyələrdə yaşayan və buna görə də yoxsul vəziyyətdə olmaları hesab edilən ehtiyatda olan hərbiçilərlə razılığa gəlmişdir. Məvaciblərin müvafiq bələdiyyələr vasitəsilə 6 ay ərzində hissələrlə ödənilməsi barədə zəmanətin verilməsi müqabilində ehtiyatda olan əlaqədar hərbiçilər mülki məhkəmələrdə hələ də baxılmamış və hərbi xidmətlərilə bağlı iddialarının geri götürülməsinə razılıq vermişdilər. Ehtiyatda olan başqa (siyahıya alınmış bələdiyyələrdə qeydiyyatdan keçməyən) hərbiçilər belə razılaşmadan faydalana bilməmişdir. Yaranmış vəziyyətlə bağlı mülki iddia qaldırılmışdır. Birinci instansiya Məhkəməsi bu iddianı təmin etməmişdir, Apellyasiya məhkəməsi isə belə bir qərarı qüvvədə saxlamışdır. Bu işə Konstitusiya Məhkəməsi tərəfindən hələ də baxılmayıb. AİHM-ə əsasən dövlət yalnız yaşadıqları yerə əsasən seçilmiş ehtiyatda olan hərbiçilərlə razılığa gəlmişdir, lakin onların yoxsul vəziyyətdə olması ilə bağlı heç bir dəlil təqdim olunmamışdır. Belə olduqda ehtiyatda olan digər hərbiçilərlə fərqli rəftar hansısa obyektiv və məntiqli əsaslandırmadan irəli gəlmir. Bununla əlaqədar olaraq, AİHM dövlətin tətbiq etdiyi qiymətləndirmə çərçivələrinə baxmayaraq, AİHK-nın 14-cü maddəsilə birgə 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşayış sahəsi ilə, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşayış sahəsi ilə, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməsi öhdəliyi Quba Rayon İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar