Məhkəmə qərarları › İş №2-1(118)-336/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-336/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-336/2020 12.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək ona vurulmuş 87.000 manat maddi zərərin və 100.000 manat məbləğdə mənəvi zərərin ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddiası təmin olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.N17-ci il tarixli qərarı ilə xx.xx.N08-ci il tarixdə aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasınının müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qeyd olunan qərardan cavadeh apelyasiya şikayəti vermiş apellyasiya instansiya məhkəməsində qərar qəyişdirilmədən saxlanılmışdır. Həmçinin cavabdehin verdiyi kassasiya şikayəti də təmin olunmamışdır. İddiaçı sonradan qanuni qüvvəyə minmiş məhkəmə qərarının izahının verilməsi barədə məhkəməyə müraciət etmiş, Sumqayıt-İnzibati İqtisadi Məhkəməsinin xx.xx.N19cu il tarixli qərardadı ilə aşağıdakı izah verilmişdir: "Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 noyabr tarixli 2-1(85)- 2513/N17 saylı qərarına əsasən İddiaçı aldığı hərbi travmaya mühasibətdə Hərbi əlil statusunun hansı müddətdən hesablanması və bu statusa görə imtiyazlardan istifadə etmək hüququnun hansı dövrdən nəzərdə tutlması dedikdə xx.xx.N08-ci il tarixindən travmaya münasibətdə hərbi əlil satausunun hesablanması və bu statusa görə imtiyazlardan istifadə etmək hüququnun həmin tarixdən nəzərə alınması kimi başa düşülsün". Bununla da iddiaçının aldığı travmaya uyğun N08-ci ildən istifadə etmədiyi qanunvericiliklə müəyyən edilmiş bütün imtiyazlarda istifadə etmək hüququ yaranmışdır. Cavabdeh təşkilatın məsuliyyətsizliyinin nəticəsi olaraq o, ipoteka krediti özünə yaşayış sahəsi almış və nəticədə kredit borcunu ona hesablanmış faizlərlə ödəyərək maddi zərər çəkmişdir. Halbu ki, cavabdeh təşkilat əsassız yerə məhkəmə çəkişmələrində iştrak etməsə idi dövlət tərəfindən o, təmənnasız olaraq mənzil ilə təmin olunacaqdı.Hal hazırda onun cavabdeh təşkilata qarşı tələbi maddi və mənəvi tələb ilə bağlıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat iddia ərizəsinə xx.xx.N19-cu il tarixli etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir, MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə orqandır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası İddiaçı aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsini təyin edərkən məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" heç bir tələbini pozmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.N17-ci il tarixli 2-1(85)-2513/N17 saylı qərarında və həmin qərarı qüvvədə saxlamış Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarlarında İddiaçı olan travmanın səbəb əlaqəsini təyin edərkən MHHK tərəfindən (xx.xx.N08-ci il tarixli 965 saylı şəhadətnamə üzrə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" hər hansı maddəsinin tələbini pozması göstərilməmişdir. İddiaçı inzibati aktı (xx.xx.N08-ci il tarixli 965 saylı şəhadətnamə) aldıqdan 9 il keçdikdən sonra N saylı hərbi hissə komandirindən xx xxxx N17-ci il tarixli 314 saylı arayış almış və onu məhkəməyə təqdim etmişdir. İddiaçı tərəfindən 9 İl müddətin buraxılması onun öz günahıdır və heç bir halda üzürlü sayıla bilməz. Göstərilənlərə əsasən iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası olmadığından onun iddiası rədd olunmalıdır. Məhkəmə iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq baxımından həyata keçirilməlidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7) da öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-34.1, ikinci cümlə), həmin növ iddianın mümkünlük şərtləri bu iddia növü üçün də eynilik təşkil edir. İş materiallarını iddianın mümkünlük şərtləri baxımından araşdıran məhkəmə hesab edir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil.Belə ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.2-ci maddəsinə görə, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə bildirir ki, inzibati iddiaların ümumi mümkünlük şərtlərindən biri kimi iddiaçının öz hüquqlarının pozulmasını əsaslandırması xüsusi əhəmiyyət kəsb edir. İnzibati mühakimə icraatında iddianın əsaslandırılmasının prosessual-hüquqi önəmi ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması irəli sürülərkən konkret hüquqi faktlara istinad olunsun. Mövcud mübahisədə isə iddiaçının pozulduğunu iddia etdiyi hüquqları qanunvericiliklə müəyyən edilmiş mötəbər sübutlarla təsdiq olunmur. Digər tərəfdən İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə qaydasında baxıldığı qeyd olunmuşdur. Hazırkı iş üzrə iddianın məzmunundan da göründüyü kimi, iddiaçı inzibati orqanın faktiki olaraq qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiya tələbi ilə deyil, mülki hüquqi anlamda maddi və mənəvi zərərə görə ona əvəz ödənilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin birinci yarımbəndində həmçinin inzibati orqandan əmlak tələbi nəzərədə tutulmuşdur. Nəzərə alınmalıdır ki, hazır ki, iddia tələbi üzrə Vüsal Nəzərəvun iddia tələbi inzibati orqandan əmlak tələbi ilə (yəni mənzil,avtomobil və sair) deyil maddi və mənəvi zərər ilə bağlıdır. Qanunvericiliyin tələbləri baxımından mövcud və gözlənti hüququ ilə əldə oluna biləcək mülkiyyət hüququ anlayışı mövcuddur. Tələb edilən maddi və mənəvi tələb isə məhz gözlənti hüququ ilə əldə oluna biləcək mülkiyyətə aid edilir. Ona görədə hesab olunur ki, İPM-in 2.2.7-ci maddəsinin birinci yarımbəndində qeyd olunan “inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə” dair müddəasınıda hazırki iddia tələbinə tətbiq edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən hesab olunur ki,hazır ki, iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Qanunla başqa aidiyyət qaydası isə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» xx.xx.N15-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə Plenumun tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, hazırkı iddia tələbilə bağlı mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.N15-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “ona vurulmuş 87.000 manat maddi zərərin və 100.000 manat məbləğdə mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar