Məhkəmə qərarları › İş №2-1(118)-336/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-336/2024

18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-336/2024 18.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından, üçüncü şəxs X2 və onun azyaşlı övladları, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə birlikdə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. 15 mart 2024-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən iddiaçı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə qeyd edilir ki, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından, üçüncü şəxs X2 və onun azyaşlı övladları, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə birlikdə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati iş Abşeron rayon Məhkəməsinin icraatında olan e-2(012)-2364/2023 saylı iş üzrə yekun qərar qəbul edilib qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. X1 ilə üçüncü şəxs-gəlini X4 ilə barışmış, ailəsi ilə birgə hazırki iddia predmeti olan ünvan 2 ünvanında yerləşən mənzildə yaşayırlar. Bir ana kimi hər zaman istəyirdi ki, oğlu ailəsini bərpa etsin, arvadı və az yaşlı uşaqları ilə birgə sözügedən mənzildə yaşasınlar. Hazırda da oğlunun ailəsi ilə birgə həmin mənzildə yaşamalarına etiraz etmir. Bu səbəbdən də hazırki iddia tələbindən imtina edir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcələnin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının istisna edir. Həmin Məcəllənin 55.5-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən hesab edir ki, hazırki inzibati iş üzrə iddiadan imtina etdiyindən, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işin hallarını və iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçı iddiadan imtina etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinə əsasən icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinə əsasən: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X7 şikayətinə dair 08 iyul 2013-cü il tarixli Qərardadı ilə İnzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından, üçüncü şəxs X2 və onun azyaşlı övladları, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə birlikdə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması”na dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar