Məhkəmə qərarları › İş №2-1(118)-3367/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3367/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3367/2022 14.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 ("xxxx" BOKT ASC-də hüquqşünas işləyən) iştirakı ilə İddiaçı BOKT ASC-nin cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı X10 və X4 ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı BOKT ASC cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X10 və X4 ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin e-2(012)-879/ 2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X5 cəmi 27072 (iyirmi yeddi min yetmiş iki manat) manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan X6 məxsus ünvan 1-də 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 205,1 kv.m ümumi, 125.4 kv.m yaşayış, 79,7 kv.m yardımçı sahəsindən ibarət 6 otaqlı 3 nömrəli evə yönəldilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində cavabdeh X4 ipoteka predmetindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq cavabdeh X6 məxsus ünvan 1-də 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 205,1 kv m ümumi, 125.4 kv m yaşayış, 79.7 kv m yardımçı sahəsindən ibarət 6 otaqlı 3 nömrəli ev satılması üçün ilkin satış qiyməti 100 000 manata açıq hərraca çıxarılmışdır. Keçirilmiş ilkin və təkrar hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka haqqında’’ Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, 26 saylı, 18 iyun 2021-ci il tarixli protokola və həmin tarixdə bağlanan alqısatqı müqaviləsinə əsasən “FİNOKO" BOKT ASC tərəfindən əldə edilmiş və sözügedən mənzilə dair dövlət reyestrindən çıxarış almışdır. Daha sonra sözügedən məhkəmə qətnaməsi mənzilin boşaldılması hissəsində tam icra olunmuşdur. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru və İddiaçı BOKT ASC-nin nümayəndəsinin iştirakı ilə boşaldılmış və həmin tarixdə bu barədə akt tərtib edilmişdir. Lakin üçüncü şəxslərun qeydiyyatı hazıradəh həmin ünvanda qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - **********95-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil İddiaçı BOKT ASC xüsusi mülkiyyətindədir. - “Elektron Notariat” X1 çıxarışdan görünür ki, X10 və X2 rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsi, döngə 3 ünvanında yerləşən 3 saylı mənzildən ünvanında qeydiyyatdadırlar. -Abşeron rayon Məhkəməsinin e-2(012)-879/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X5 cəmi 27072 (iyirmi yeddi min yetmiş iki manat) manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan X6 məxsus ünvan 1-də 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 205,1 kv.m ümumi, 125.4 kv.m yaşayış, 79,7 kv.m yardımçı sahəsindən ibarət 6 otaqlı 3 nömrəli evə yönəldilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində cavabdeh X4 ipoteka predmetindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. -xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Y.Əsgərova ünvan 1 ünvanında yerləşən 3 saylı mənzili Finoko” BOKT ASC-nin nümayəndəsinə təhvil vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Həmin sənədlər təqdim olunmadığı üçün vətəndaşın göstərilən ünvandan qeydiyyatdan çıxarılması mümkün deyil. Bununla bağlı iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəasinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X10 və X4 İddiaçı BOKT ASC –yə məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X10 və X4 İddiaçı BOKT ASC–yə məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar