Məhkəmə qərarları › İş №2-1(118)-337/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-337/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-337/2023 20.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X1 iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavadehin Daxili Təhqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəyində düzəlişlər edilməsi və ona sığorta ödənişlərini ödənilməsi üçün müvafiq sənədlərin aidiyyəti üzrə göndərilməsi (Sığorta şirkətinə) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavadehin Daxili Təhqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəyində düzəlişlər edilməsi və ona sığorta ödənişlərini ödənilməsi üçün müvafiq sənədlərin aidiyyəti üzrə göndərilməsi (Sığorta şirkətinə) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəsarət almağı ilə bağlı sığorta verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tələbə dəqiqləşdirmə verərək, iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsində də qeyd etdiyi kimi o xidmətdə olduğu zaman xəsarət almışdır. Xəsarət almağı ilə bağlı sığorta verilməsi barədə DİN-nə ünvanladığı müraciətinə cavab olaraq bildirilmişdir ki, Daxili işlər orqanlarında qanunçuluğa və xidməti vəzifələrin icrası zamanı əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasına nəzarət, əməkdaşların qanunazidd hərəkətlərindən ərizə, şikayətlər və məlumatlar üzrə xidməti təhqiqatın aparılması funksiyasım həyata keçirən orqan (DİN, Daxili Təhqiqatlar İdarəsi) tərəfindən aparılmış xidməti təhqiqatla xidmət zamanı ehtiyyatsızlıqdan yıxılaraq xəsarət almağı və guya bunun vəzifələrinin icrası ilə bağlı olmadığı müəyyən olunmuşdur, bununla bağlı DİN Daxili Təhqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəy tərtib edilmiş və həmin rəyin əsasında ona sığorta ödənişlərinin ödənilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın rəyi tamamilə qanusuz və əsassızdır. Belə ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 15 mart 2021-ci il tarixli 84 saylı Xəstəlik haqqında şəhadətnaməsindən də görünür ki, onun aldığı Travma DİO-da xidmətkeçmə dövründə alınmışıdır. Ona görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin ötən prosesində iştrak edən iddiaçının vəkili və nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı barəsində aparılan daxili təhqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, onun aldığı xəsarət xidməti vəzifələrinin həyata keçirilməsi zamanı deyil ehtiyatsızlıqdan əmələ gəlmişdir. Qeyd olunanlar ilə bağlı DİN tərəfindən müvafiq imtina xarakterli arayış qəbul edilmişdir. Həmin arayış qüvvədə olduğu halda iddiaçının xahişinin təmin edilməsi mümkün deyil. İddiaçı həmin arayışın ləğv və ya dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh təşkilata müraciət etməmiş, yəni pretenziya qaydalarına riayət etməmişdir. Ona görə də cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh təşkilatın əməkdaşı X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan arayış mübahisə predmeti olmamışdır. Belə ki, onun tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq iddiaçının xəsarətinin ehtiyatsızlıq nəticəsində əldə edildiyi müəyyən edilmişdir. Daxili qaydalara uyğun olaraq DİN-nin əməkdaşına xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı xəsarətə görə qərar, xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olmayan xəsarətlər ilə bağlı isə arayış verilir. Qeyd olunanları qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 023-5796-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, polis nəfəri İddiaçı aldığı xəsarətin xidməti vəzifələrinin icrası ilə bağlı hesab edilməmiş və toplanmış materiallar Daxili Təhqiqatlar İdarəsinə göndərilmişdir. Yəni iddiaçının almış olduğu xəsarət xidməti vəzifələrinin icrası ilə alınmış olsaydı, müvafiq komissiya həmin faktı qeydiyyata alıb qərar şəklində daxili təhqiqatlar idarəsinə göndərərdi. Göründüyü kimi iddiaçı barəsində çıxarılan arayışın məhkəməyə müraciət etməzdən öncə ləğv edilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etməməsi onun pretenziya qaydalarına riayət etməməsi anlamına gəlir. Qeyd olunan imtina xarakterli arayış qüvvədə olduğu tədqirdə isə İddiaçı barəsində sığorta ödənişinin ödənilməsi tələbinin təmin edilməsi mümkün olmur. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, xəsarət alımış DİN əməkdaşlarına sığorta və digər ödənişləri almaq hüququ yalnız onların xəsarətlərinin xidməti vəzifələrinin icrası zamanı aldığı tədqirdə alınması mümkündür. Başqa sözlə desək İddiaçı həmin ödənişləri almağa subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavadehin Daxili Təhqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəyində düzəlişlər edilməsi və ona sığorta ödənişlərini ödənilməsi üçün müvafiq sənədlərin aidiyyəti üzrə göndərilməsi (Sığorta şirkətinə) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar