Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3376/2022 14.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə qarşı “onun və ailə üzvlərin, övladları X6, X7, və X2 Abşeron rayonu, Məmmədli kəndi, yeni yaşayış massivində daimi qeydiyyatsız yaşadıqları yaşayış sahəsinə pasport qeydiyyatına alınmaları”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsinə əsasən onun və 3 övladının Abşeron rayonu Məmmədli kəndində mərhum həyat yoldaşı X1 inşa etdirdiyi yaşayış sahəsində yaşamaq hüququ tanınmışdır. Lakin, inşa etdiyi yaşayış sahəsi dövlət reyestrində qeydiyyatdan keçmədiyindən iddiaçı və ailə üzvlərini həmin yaşayış sahəsinə pasport qeydiyyatına almaqdan Abşeron rayon Polis İdarəsi imtina edir və bu imtinanı onların qeydiyyata alınmalarının məqsədə müvafiq olmaması ilə izah edir. İddiaçı və ailə üzvləri bu vaxtadək Sabunçu rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatında olmuş və bir müddət öncə onlara məlum olmayan səbəblərdən qeydiyyatdan çıxarılmışdırlar. Heç bir yerdə qeydiyyatda olmamaları onları seçib-seçilmək hüququndan məhrum etməklə onlar üçün həlli mümkün olmayan digər problemlər yaradır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, qeydiyyatının olmaması onun üçün şəxsiyyət vəsiqəsi baxımından problemlər yaradır. Övladlarının müvafiq olaraq 19, 25, 26 yaşları vardır. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İlkin olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İddiaçının hazırki iddianı övladlarına aid hissədə qaldırmaqda subyektiv hüquq yoxdur. Belə ki, iddiaçı izahatında da qeyd edir ki, övladlarının 19,25, 26 yaşları vardır. Həmin şəxslər özlərinin pasport qeydiyyatı ilə bağlı tələblərini özləri tələb edə bilərlər. Eyni zamanda iddiaçı yetkinlik yaşına çatmayan uşaqların hüquqları ilə bağlı iddia qaldıra bilər. Hazırkı halda isə onun övladları yetkinlik yaşına çatmış şəxslərdir, məhkəmədə özləri iddia qaldırmaq hüququna malikdirlər. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-483/2022 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı Əlirza qızına qarşı “İddiaçı və azyaşlı uşağı X2 onun mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.025 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsindən çıxarılmaları ” barədə iddia ərizəsi rədd edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, sübutların tədqiqatı zamanı işin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisə predmeti olan daşınmaz əmlakın torpaq sahəsinə dair iddiaçının hüquqlar 18 dekabr 2018-ci il tarixdə rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçsədə, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə dair iddiaçıya məxsus hər hansı bir sənəd mövcud deyildir və həmin tikili özbaşına tikilidir. Bundan başqa məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin özbaşına tikilidə yalnış iddiaçının ögey anası, yəni cavabdeh 2015-ci il tarixdən fasiləsiz olaraq 2003-cü il təvəllüdlü qızı Ləman Məcidova ilə birgə yaşayır.Sözügedən fərdi yaşayış evinin cavabdeh mərhum əri X8 ilə nikah dövründə olduğu müddətdə birgə tikdiklərini və həmin tikilini 2015-ci İ tarixdə yekunlaşdıqlarını bildirmiş, lakin idddiaçı tərəfindən bu halı təkzib edən hər hansı bir sübut təqdim edilməmiş, əksinə olaraq iş materiallarında olan Abşeron rayon icra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli,2064 saylı arayışla cavabdehin 2015-ci i tarixdən övladı ilə birlikdə həmin özbaşına tikili olan fərdi yaşayış evində yaşamasını tam təstiqini tapır və bu hal da məhkəməyə cavabdehin izahatının daha mötəbər olmasına dələlət edir. Ona görə də məhkəmə hesab edir ki, baxmayaraq ki,fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, yuxarıda qeyd olunan işin faktiki halları cavabdeh həmin daşınmaz əmlakdn çıxarılmasına dair hazırkı iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə qətanməsində də qeyd edildiyi kimi iddiaçı və onun övladları faktiki olaraq mübahisə predmetini təşkil edən tikilidə yaşayır. Lakin həmin tikiliyə dair hüquqmüəyyənedici sənədlər olmadığından cavabdeh orqanın iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaq səlahiyyəti yoxdur. Bundan əlavə məhkəmə araşdırması və iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı daha əvvəl Bakı şəhəri üzrə polis idarəsində qeydiyyatda olmuş, daha sonra qeydiyyatdan çıxarılmışdır. Bu da onun üçün şəxsiyyət vəsiqəsi ilə bağlı problemlər yaratmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeydiyyatdan çıxarılması onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Bu baxımdan iddiaçıya izah edilsin ki, o, şəxsiyyət vəsiqəsinin aktivliyi baxımından məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3376/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3376/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver