Məhkəmə qərarları › İş №2-1(118)-3379/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3379/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3379/2025 08.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: çıxarış, plan və ölçünün verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2nə qarşı “torpağın dövlət reyestrində qeydiyyata alınması, çıxarış, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon X3 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı və 19 oktyabr 2007-ci il tarixli torpaqların alqı- satqısına dair aktına əsasən İddiaçı satılmış Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınıb adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə həmin torpaq sahəsinə dair İddiaçı hüquqlarının dövlət reyestrində qeydiyyata alınıb çıxarış və plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon X3 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Köhnə-Xudat bələdiyyəsinin xx.xx.2007-cı ıl tarixli, 12 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı bələdiyyənin ehtiyat fondundan 0,10 ha torpaq sahəsinin satılmasına icazə verilmişdir. Həmin qərar əsasında İddiaçı Köhnə-Xudat bələdiyyəsinin sədri A.Babayev və DT və XK Xaçmaz rayon şöbəsinin müdiri Ş.Aslanov arasında 19 oktyabr 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt bağlanmış, həmin akt İddiaçı, bələdiyyənin sədri və torpaq şöbəsinin müdiri tərəlmdən imzalanmaqla, göstəlilən idarələrin möhürləri ilə təsdiq edilmişdir. Alqı-satqısına dair aktda qeyd olunur ki, akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 19 oktyabr 2007-ci il tarixdə 5360 saylı qeydə alınmışdır. Torpaq sahəsinin dəyəri olan 1110 000 manat İddiaçı tərəfindən Köhnə-Xudat bələdiyyəsinin hesabına ödənilmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqlarımın dövlət reyestrində qeydiyyata alınıb müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün bütün sənədləri əlavə etməklə xx.xx.2024-cü il tarixdə rəsmi ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin rəisi Qərib Həsənovun imzası ilə X1 xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-15953/2024 saylı məktubla rədd cavabı verilmişdir. Məktubda qeyd olunur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi 0,10 ha torpaq sahəsi üçün tərəfinizdən Xaçmaz rayonu, Köhnə-Xudat bələdiyyəsinin xx.xx.2007- ci il tarixli, 12 saylı qərarı və torpaqların alqı-satqısına dair akt təqdim edilmişdir. Xaçmaz rayonu, X3 xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı- satqısına dair akt ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bu səbəbdən də Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş Xaçmaz rayonu, X3 xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı, torpaqların alqı-satqısına dair aktın Xaçmaz rayon Dövlət Arxivinə təqdim edilib-edilməməsi barədə məlumatın verilməsini və təqdim edildiyi halda həmin sənədlərin arxiv surətlərinin Ərazi İdarəsinə göndərilməsi baıədə sorğu göndərilmişdir. Sorğuya verilmiş cavab məktubuna əsasən bildirilmişdir ki, Xaçmaz rayonu X3 sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilməyib. Bundan əlavə, ərizənizə əlavə olunmuş 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışda isə torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Cavabdehin məktubunda göstərilən əsaslarla torpaq sahəsinə dair İddiaçı adına çıxaıışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsindən imtinası tamamilə əsassızdır. Belə ki, torpaqların alqı-satqısına dair 19 oktyabr 2007-ci il tarixli aktın özündə qeyd olunur ki, həmin akt DT və XK-nin Xaçmaz rayon şöbəsində 19 oktyabr 2007-ci il tarixdə 5360 saylı qeydə alınmışdır. Ona görə də cavabdehin imtina məktubunda həmin aktın ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsinin göstərilməsi başa düşülən deyildir. Əgər həqiqətən də akt alqı-satqı aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmiş olsa belə bu vətəndaş olaraq İddiaçı təqsiri ucbatından baş verməmişdir. Bundan da əlavə cavabdehin imtina məktubunda qeyd olunur ki, Xaçmaz rayonu X3 sənədləri mühafizə olunması üçün arxivə təhvil verilməmişdir və buna görə torpaq sahəsi ilə bağlı sənədlərin arxiv surətlərini ala bilməmişlər. Bələdiyyə sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilməsi vətəndaş olaraq İddiaçı səlahiyyətlərinə aid məsələ deyildir. Buna nəzarət edən müvafiq dövlət qurumları vardır. Ona görə də göstərilən səbəbdən İddiaçı ərizəsinin icrasından cavabdehin İmtinası tamamilə əsassızdır. Xaçmaz rayonu X3 yerquruluşu sxemindən 1:2000 miqyaslı xəritəsindən çıxarışında bələdiyyə tərəfindən İddiaçı satılmış torpaq sahəsinin ölçüləri göstərilmişdir. X3 sədri F.R.Savziyev 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli, 121 nömrəli arayışı təqdim etmişdir ki, həmin arayışda Köhnə Xudat kənd sakini İddiaçı X3 ərazisində olan bələdiyyənin 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə 0,10 ha fərdi ev tikilmək üçün satılmış torpaq sahəsinin qərarının qüvvəsində olması, həmin torpaq sahəsinə dair çıxarışın verilməsinə etirazın olmaması təsdiq olunur. İddia ərizəsinə əlavə edilmiş Xaçmaz RİH-nin baş memarı V.Vəliyevin xx.xx.2007-ci il tarixli, 1786 saylı rəyində göstərilir ki, DT və XK-nin Xaçmaz rayon şöbəsi bildirir ki, Xaçmaz rayonu Köhnə Xudat kənd sakini İddiaçı fərdi mənzil tikintisi məqsədilə satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsi X3 mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi X3 perspektiv inkişaf tondu torpaqlarına aid olmaqla satılması məqsədə müvafiqdir. İddia ərizəsinə əlavə edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsinin müdiri Ş.Aslanovun xx.xx.2007-ci il tarixli, 1031/5 saylı rəyində göstərilir ki, DT və XK-nin Xaçmaz rayon şöbəsi bildirir ki, Xaçmaz rayonu Köhnə Xudat kənd sakini İddiaçı fərdi mənzil tikintisi məqsədilə satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsi X3 mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi X3 perspektiv inkişaf fondu torpaqlarına aid olmaqla satılması məqsədə müvafiqdir. İddia ərizəsinə əlavə edilmiş və DT və XK-nin Xaçmaz rayon şöbəsinin müdiri Ş.Aslanovun və X3 sədri A.Babayevin imzaları ilə və təmsil etdikləri idarələrin möhürləri ilə təsdiq edilmiş Xaçmaz rayonu X3 yerquruluşu sxemindən, bələdiyyənin ərazi xəritəsindən çıxarışlarında iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin ölçüləri qeyd olunmaqla göstərilmişdir. Xaçmaz rayon X3 sədri F.Savziyevin 20 noyabr 2024-cü il tarixli 164 nömrəli arayışda qeyd olunur ki, Köhnə Xudat kənd sakini İddiaçı həqiqətən də, Xaçmaz rayonu Köhnə Xudat kəndində 0,10 ha həyətyanı torpaq sahəsi vardır, torpaq sahəsi 2007-ci ildən onun istifadəsində olmaqla, torpaq vergisini ödəmiş və bu torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 157.1 maddələrinə, prosesual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 2.2, 33.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Xaçmaz rayon X3 xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçməmişdir. Xaçmaz rayon X3 sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilməyib. Bundan əlavə 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışda isə torpaq sahəsinin ölçüləri göstərilməmişdir.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər.

7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. Xaçmaz rayonu X3 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

10. Xaçmaz rayonu X3 yerquruluşu planından çıxarışlarda İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin yerləşmə vəziyyəti göstərilmişdir.

11. Torpaqların alqı-satqısına dair aktla müəyyən olunur ki, X3 xx.xx.2007-ci il tarixli qərarı ilə həmin bələdiyyənin ərazisində 0,10 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. İddiaçı tərəfindən ******* manat haqq ödənilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

12. DTXK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2007-ci il tarixli rəyində qeyd edilmişdir ki, fərdi mənzil tikintisi məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi X3 mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi X3 perspektiv inkişaf fondu torpaqlarına aid olmaqla satılması məqsədə müvafiqdir.

13. xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən X3 bank hesabına ******* manat məbləğində ödəniş edilmişdir.

14. Xaçmaz rayonu X3 xx.xx.2024-cü il tarixli, 121 nömrəli arayışında qeyd edilmişdir ki, Xaçmaz rayonu X3 xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə satılmış 0,10 ha torpaq sahəsinin qərarı qüvvədədirvə çıxarış verilməsinə bələdiyyənin etirazı yoxdur.

15. Xaçmaz rayonu X3 xx.xx.2024-cü il tarixli, 164 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 0,0 ha həyətyanı torpaq sahəsi vardır və torpaq sahəsi 2007-ci il tarixdən onun istifadəsində olmaqla torpaq vergisini ödəmiş və torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,10 ha torpaq sahəsi üçün tərəfinizdən Xaçmaz rayonu X3 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı və torpaqların alqı-satqısına dair akt təqdim edilmişdir. Xaçmaz rayonu, X3 xx.xx.2007 -cı il tarixli 12 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqısatqısına dair akt ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bundan əlavə 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışda isə torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Bu səbəbdən də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 və 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

17. Məhkəmənin sorğusuna cavab olaraq Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsi tərəfindən bələdiyyənin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı və digər sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

19. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

27. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

28. Belə ki, Xaçmaz rayonu X3 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı fərdi ev tikintisi məqsədi ilə 0,10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Daha sonra iddiaçı tərəfindən X3 bank hesabına ******* manat məbləğində ödəniş edilmiş, torpaqların alqı-satqısına dair akt tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı 0,10 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,10 ha torpaq sahəsi üçün tərəfinizdən Xaçmaz rayonu, X3 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı və torpaqların alqı-satqısına dair akt təqdim edilmişdir. Xaçmaz rayonu, X3 xx.xx.2007 -cı il tarixli 12 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bundan əlavə 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışda isə torpaq sahəsinin ölçüləri göstərilməmişdir.

29. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Xaçmaz rayonu X3 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə iddiaçıya 0,10 ha torpaq sahəsi satılmış, sonuncu tərəfindən bələdiyyənin bank hesabına müfaviq qaydada ödəniş edilmişdir və bununla bağlı qəbz iş materiallarına əlavə edilmişdir. Hazırkı halda cavabdeh orqanın etirazı alqı-satqı aktının ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsinə əsaslanır. Həmin aktın qanunvericiliyə uyğun şəkildə tərtib olunması ilə bağlı öhdəlik iddiaçının deyil, bələdiyyənin vəzifəsi olmaqla onun üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı qanunvericiliyə və alqı-satqı müqaviləsinin tələblərinə cavab verməklə müvafiq qaydada ödənişi həyata keçirmişdir ki, bu da öz növbəsində onun etibarlı olmasına dəlalət verir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır.

30. Məhkəmə digər imtina səbəbi olan 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışda isə torpaq sahəsinin ölçüləri göstərilməməsinə münasibətdə qeyd edir ki, yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. İddiaçıya müvafiq qərarla torpaq sahəsi ayrılan zaman yerquruluşu planından çıxarışda torpaq sahəsinin ölçülərinin göstərilməməsində iddiaçının təqsiri yoxdur. Həmin çıxarışda torpaq sahəsinin yerləşdiyi yer qeyd edilmişdir. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair yerquruluşu planından çıxarışda ölçülərin göstərilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır. Həmçinin Xaçmaz rayonu X3 müvafiq qərarı arxivə təhvil verilməsə də, məhkəmənin sorğusuna cavab olaraq Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsi tərəfindən bələdiyyənin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı və digər sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir.

31. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.

34. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).

35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xaçmaz rayonu X3 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Xaçmaz rayonu X3 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar