Məhkəmə qərarları › İş №2-1(118)-338/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-338/2020

06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-338/2020 06.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “onun 55 yaşı tamam olan tarixdən, yəni 24 iyul 2005-ci ildən etibarən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı 24.06.1960-cı ildə anadan olmuş, 01.09.1977-30.06.1978-ci illərdə Sumqayıt şəhər 85 saylı Peşə məktəbində təhsil almış, 31 oktyabr 1977–ci ildən 01.07.1983–cü illərdə Sumqayıt şəhərində fəaliyyət göstərən ticarət müəssisəsində satıcı işləmiş, 11 fevral 1987-ci ildən 24 fevral 1996-cı ilə qədər Sumqayıt şəhər Ticarət İdarəsində satıcı peşəsində işləmişəm, 07 sentyabr 2000–ci ildən 01.01.2009-cu ilə qədər Sumqayıt Sanitar Təmizlik İdarəsində işləmiş, 11.07.2017–ci ildən 31.12.2018-ci ilə qədər Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsində işləmiş və 25.01.2019–cu ildən hal–hazıra qədər “X11“nin Sumqayıt şəhər Şöbəsində işləyir. Ümumi iş stajı 27 ildir və 4 övlad anasıdır. Uşaqlarından biri, yəni 01.02.1985–ci ildə anadan olmuş X7 anadagəlmə xəstə olmuş, ümumi xəstəlik səbəbindən ona 2–ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. X2 01 iyul 2009-cu ildən, 24 yaşında “qara ciyər çatışmazlığı, Ponal Sirroz” xəstəliyindən vəfat etmişdir. O, 21.04.1999-cu ildən Sumqayıt şəhər X6 qeydiyyatda olmaqla ona 6 saylı TESK tərəfindən 17.12.2008–ci il tarixində əlillik təyin olunmuşdur (Arayış SER TSE-01 N- 614594). Qeyd edilənlərə əsasən o pensiya təyini məqsədilə sənədlərini DSMF-nun Sumqayıt Şöbəsinə təqdim etmiş, onun məktubuna cavab olaraq Sumqayt şəhər Şöbəsi 08.10.2019–cu il tarixli məktubu ilə xahişini təmin etməmiş və məhkəməyə müraciət etməli olmuşdur. İmtina məktubunda qeyd edilmişdir ki, “guya o təqdim etdiyi sənədlərin içərisində X3 uşaqlıqdan əlil olması barədə sənədləri pensiya təyini orqanına təqdim etməmişdir“. O cavabdehin bu imtinası ilə razılaşmır. Beləki, digər sənədlərlə yanaşı o X3 2-ci qrup anadangəlmə əlil olması barədə sənədi cavabdehə təqdim etmişdir. Buna görə də imtinanı əsassız hesab edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonra İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, onun 1977-1978-ci illərdə Sumqayıt şəhərindəki 85 saylı Peşə məktəbində təhsil aldığı müddəti və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək, İİ qrup sağlamlıq imkanları məhdud övladı X1 yaşına kimi qulluq etdiyini nəzərə alaraq, ona 55 yaşı tamam olduğu 24.07.2005-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahaat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə 06.03.2020-ci il tarixli, **********7 nömrəli etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imklanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027–ci il iyulun 1-dək hər il altı ay artırılır. X4 uşaqlıqdan əlil olması barədə sənəd olmadığı üçün Diliş Sadıqovaya yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmənin 06.03.2020-ci ildə keçiriləcək iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakı təmin edilməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati mübahisəyə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, X2nun məxsus doğum haqqında şəhadətnamənin surətləri, DSMF-nun Sumqayıt şəhər şöbəsinin 08.10.2019-cu il tarixli, **********5 nömrəli imtina məktubu və 06.03.2020-ci il tarixli, **********7 nömrəli etiraz ərizəsi, İddiaçıya məxsus 1860 saylı, 24 iyul 1978-ci il tarixli Sumqayıt şəhər 85 nömrəli texniki məktəbin atestatının surəti, əmək kitabçasının surəti, X2nun xəstəliyi ilə bağlı sənədlər,Sumqayıt şəhər Səhiyyə şöbəsinin Psixiatriya Xəstəxanasının 23.10.2019-cu il tarixli 444 saylı arayış daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin 06.03.2020-ci il tarixli, **********7 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının və yaşının az olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı 1977-1978-ci illərdə Sumqayıt şəhərindəki 85 saylı texniki peşə məktəbində, təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanların təhsil müddəti onların iş stajına daxil edilməlidir. İddiaçının təhsil müddətlərinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquq olduğundan məhkəmə hesab edir ki, iddiaçının peşə məktəbində və texnikumda təhsil aldığı illər onun sosial sığorta stajına daxildir. Məhkəmə onu da zəruri hesab edir ki, iddiaçının sağlamlıq imkanları məhdud X2nun anadan olduğu 19.02.1985-ci il tarixdən ona qulluq etdiyi dövrü nəzərə alaraq ona yaşaya görə təyin ediləcək pensiya yaşı fərqli olmalıdır. Çünki, “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağın səkkiz yaşınadək tərbiyyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azalmaqla yaşa görəəmək pensiyası hüququ var. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, sağlamlıq imkanları məhdud olan 19.02.1985-ci il təvəllüdlü X7 anadan olduğu gündən vəfat etdiyi tarixədək anası İddiaçı himayəsindədir. Qeyd olunan qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququnu və iddiaçının təhsil müddətinin, onun sosial sığorta stajına daxil etməkdən imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur. Hesab olunur ki,Diliş Sadıqovanın təhsil aldığı illəri sığorta stajına daxil edildiyi və sağlamlıq imkanları məhdud övladının səkkiz yaşınadək tərbiyyə etdiyi nəzərə alınrsa onun yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək kitabçasına görə İddiaçı əmək stajı 25 il 7 ay 8 gün təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 61 il 6 aydır. İddiaçı sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən yaş həddinin 5 il azalmaqla əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Lakin məhkəmə iddiaçıya 55 yaşı tamam olduğu tarixdən yaşa görə pensiya təyin edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının pensiya hüququnun 24.07.2015-ci il tarixdən yaranmağına, iddiaçı ona 55 yaşı tamam olduğu 24.07.2015-ci il tarixdən pensiya təyin edilməsini tələb etməsinə baxmayaraq, ona həmin tarixlərdən deyil, pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi tarixdən son üç il üçün pensiya təyin edilə bilər. Belə ki, iddiaçı ona pensiya təyin edilməsi üçün müraciət etdiyi 01.10.2019-cu il tarixdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də iddiaçıya onun pensiya təyin edilməsi üçün müraciət etdiyi 01.10.2019-cu il tarixdən 3 il əvvəlki tarixdən, yəni 01.10.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilərək İddiaçı 1977-1978-ci illərdə Sumqayıt şəhərindəki 85 saylı Peşə məktəbində təhsil aldığı müddəti və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək, İİ qrup sağlamlıq imkanları məhdud övladı X1 yaşına kimi qulluq etdiyini nəzərə alaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 1977-1978-ci illərdə Sumqayıt şəhərindəki 85 saylı Peşə məktəbində təhsil aldığı və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək, İİ qrup sağlamlıq imkanları məhdud övladı X1 yaşına kimi qulluq etdiyini nəzərə alaraq, 01.10.2016-cı ildə etibarən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar