Məhkəmə qərarları › İş №2-1(118)-3389/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3389/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3389/2023 19.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı qızının cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “xx.xx.1994-cü il təvəllüdlü X3 iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 27 saylı evin 12 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciə etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 11-ci mkr, 27 saylı evin, 12 saylı mənzilini xx.xx.2018-ci il tarixində AN-İ № ******* alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Həmin mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxs xx.xx.1994-cü il təvəllüdlü X6 həmin mənzildə qeydiyyatdadır. Üçüncü şəxsin qeydiyyatda olmasına baxmayaraq həmin mənzilin alqı-satqı müqaviləsindən sonra həmin mənzildə yaşamır. Üçüncü şəxsin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Üçüncü şəxsin Sumqayıt şəhəri, 11-ci mkr, 27 saylı evin, 12 saylı mənzili olan qeydiyyatının ləğvi İlə bağlı rəsmi qaydada Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-58/2-A- 149xx/xx/2023 saylı imtina məktubunda qeyd olunur : “sizin Sumqayıt Şəhər Polis İdarəsinə ünvanladığınız ərizənizə X2 baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq üçüncü şəxsin yaşayış yeri qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğundur. Odur ki, ərizənizdə göstərilən məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi qismində onun xalası kimi özünü təqdim edən şəxs gəlmiş və bildirmişdir ki, evi iddiaçının verdiyi etibarnamə əsasında başqa şəxsə satmışdır, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına söz verdiyi üçün hazırkı iddianı qaldırmışdır. Həmin şəxs proses iştirakçısı kimi qəbul edilməmiş, məhkəmə tərəfindən izah edilmişdir ki, iddiaçını məhkəmədə təmsil etməsinə səlahiyyət verən etibarnamə təqdim edilmədiyindən nümayəndə kimi qəbul edilə bilməz. İddia iddiaçının özü tərəfindən vəya qanunvericiliyin səlahiyyət verdiyi şəxslər tərəfindən qaldırıla bilər, eyni zamanda məhkəmədə təmsil oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi qanunvericilik nümayəndə kimi təmsil olunacaq şəxslərin dairəsini müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Bundan əlavə məhkəmə araşdırması zamanı elektron məhkəmə informasiaya sisteminə daxil olan məlumatlarda İddiaçı qızının adına Sumqayıt şəhəri, 11-ci mikrorayon, 27 saylı evin 12 saylı mənzilin olması müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçi dəyişildiyi halda üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını yeni mülkiyyətçi tələb edə bilər, əvvəlki mülkiyyətçinin belə bir iddia qaldırmaqda subyektiv hüququ itirilmiş olur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İzah edilsin ki, iddiaçı özü və ya qanunvericiliyə uyğun olaraq etibar etdiyi yaxın qohumu və ya vəkili vasitəsi ilə məhkəmədə iddia qaldıra və məhkəmədə həmin şəxslər vasitəsi ilə təmsil oluna bilər. Həmçinin izah edilsin ki, mövcud tələblə mənzilin hazırki mülkiyyətçisinin məhkəmədə iddia qaldırması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar