Məhkəmə qərarları › İş №2-1(118)-3392/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3392/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3392/2023 14.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X13 oğlunun katibliyi ilə, İddiaçı X2 iştirakı ilə İddiaçı X2 Cavabdehna qarşı “2016-cı il tarixindən nəvələri-xx.xx.2013-cü il təvəllüdlü X16 və 01,06.2014-cü il təvəllüdlü X6 iddiaçının himayəsində olmaları və yanında yaşamalarını nəzərə alaraq nəvələri üzərində qəyyum təyin edilməyinə dair müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X1 Ülviyyə Hakim qızı ilə 2011ci ilin oktyabr ayından faktiki nikah münasibətlərinə girməklə ailə qurmuş və 2016- cı ilə kimi yaşamışlar. Onların birgə faktiki nikahdan 2 övladları-xx.xx.2013-cü il təvəllüdlü nəvəsi X15 və xx.xx.2014-cü il təvəllüdlü nəvəsi X14 anadan olmuşlar. Sonradan onların xasiyyətləri tutmamış və birgə yaşamaqlarının davamı mümkün olmamışdır. Belə ki, uşaqların anası X11 2016-cü ildən evdən çıxıb getmiş və uşaqlara baxmamışdır. X10 da 2019-cu ildən yaşadığı evi tərk edib getmiş və hər ikisinin olduqları yer də məlum deyildir. Faktiki olaraq 2016-cı ildən də, xx.xx.2013-cü il təvəllüdlü nəvəsi X15 və xx.xx.2014-cü il təvəllüdlü nəvəsi X14 iddiaçının himayəsində olduğu üçün üzərində qəyyum təyin edilməlidir. X3 bu barədə etibarnamə də vermişdir. Qeyd olunan faktlar Sumqayıt şəhər məhkəməsinin qanuni qüvvədə olan 26 fevral 2019-cu il tarixli, iş N-2(060)-752/2019 saylı qətnaməsi, Azərbaycan Respublikası ƏN-niın 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 05 oktyabr 2022-ci il tarixli, 05/09İS/028884-22 saylı arayışı ilə də tam təsdiq olunmuşdur. Həmçinin həmin faktı Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 19 saylı MKS-nin arayışı və aşağıdakı şahidlərim də təsdiq edir: X7, Şəxsiyyət vəsiqəsinin seriyası, (FİN) Seriya və №: AZE 19163165, FİN- 8YTUL0V, Ünvan: Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 74., Mobil telefon- *** *** ** **. 2. X8,Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və (FİN) Seriya və №: AZE 15029624, FİN- 3DXDY2U, Ünvan: Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 73., Mobil telefon- *** *** ** **. 3. X12, Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və (FİN) Seriya və №: AZE 16770184, FİN- 4RESGUV, Ünvan: Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 30., Mobil tel.: *** *** ** **. Hal-hazırda, nəvələri iddiaçının himayəsindədirlər. Dövlət orqanları onların aztəminatlı ailəsi kimi hüquqlarına məhəl qoymadan özlərinin məlum münasibətləri ilə iddiaçının konstitusion hüquqlarını pozaraq kömək etmirlər. Sumqayıt şəhərində məskunlaşmağına baxmayaraq indiyə kimi Sumqayıt şəhərindəki inzibati polis idarə binasından hal-hazırda yaşadığı evə qeydiyyatda olmağına baxmayaraq nəvələrinə şəxsiyyət vəsiqəsi ala bilmir. Səbəb də o olmuşdur ki, nəvələri rəsmi qaydada iddiaçının himayəsinə verilməmişdir. Ona görə də, ona təcili nəvələrixx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X5 üzərində qəyyum təyin edilməyinə dair müvafiq sərəncam verilməsi üçün Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh 02 may 2023-cü il tarixli məktubla ərizəni rədd edərək bildirmişdir ki, narazı qaldığı halda məhkəməyə müraciət edə bilər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Çünki iddiaçının nəvələrinin doğum haqqında şəhadətnaməsi var və doğum faktı təsdiqdir və şəxsiyyət vəsiqələri almalıdırlar. Lakin cavabdehin təqsiri üzündən, yəni uşaqların onun qəyyumluğuna verilməməsi üzündən onlara şəxsiyyət vəsiqəsi də ala bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, ona mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddiaçının dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mövcud iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid deyil. Belə ki, inzibati məhkəmə icraatını xarakterizə edən xüsusiyyətə görə bu icraatda bütün hallarda tərəfin biri kimi və bir qayda olaraq cavabdeh qismində inzibati orqan çıxış edir. Azərbaycan Rəspublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə “inzibati orqanların Təsnifatı” təsdiq edilmişdir ki, həmin təsnifatda Cavabdeh inzibati orqan kimi müəyyən olunmamışlar. Eyni zamanda yaranmış mübahisə ailə münasibətlərindən irəli gələn publik olmayan hüquq münasibətlərinə aiddir. O halda məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, bu kateqoriya mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasının formalaşmış məhkəmə təcrübəsidə mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd edilən halları və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.3-cü maddəsində müəyyən edilmiş hüquqi əsası nəzərə alanda iddiaçının tələbinin uğurluluq ehtimalı yüksək görsənir. Lakin iddiaçı müvafiq ümumi məhkəməyə müraciət etməli olduğu halda, əsassız olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.3cü maddəsinə əsas götürərək, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, nəvələrinin onun himayəsinə verilməsi tələbi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar