Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3393/2024 09.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 01 yanvar 1994-cü il tarixdən 28 dekabr 2005-ci il tarixədək "xxxx" zavodunda (ASC-də) işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasını əsassız hesab edərək “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi nəzərə alınmaqla, ona xx.xx.2018-ci ildən, 52 yaşından əmək pensiyası təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 01 yanvar 1994cü il tarixdən 28 dekabr 2005-ci il tarixədək "xxxx" zavodunda (ASC-də) işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı ildə Ermənistan SSR Amasiya rayonunda anadan olmuşdur. xx.xx.1984-cü ildən xx.xx.1986-cı illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1988-ci ildə "Sumqayıt Superfosfat” zavodunda əmək şəraiti xüsusilə ağır və zərərli sahəyə aid sulfat turşusu sexində əmək fəaliyyətinə başlamaqla xx.xx.2005-ci il tarixədək eyni müəssisədə zərərli əmək şəraitində fasiləsiz işləmişdir. İşlədiyi islehsalat sahəsi kimya sənayesinə aid olunmaqla işlədiyi peşə xüsusilə ağır və zərərli peşə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə və vəzifələrin 1 №-li Siyahısı”nda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin şərtlərinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti ağır və zərərli sahələrdə çalışan şəxslər yuxarıda qeyd edilən 1№-li siyahıda nəzərdə tutulmuş peşələrdə çalışdıqda kişilər 52 yaşından 20 il ümumi və bu müddətin azı 10 ilini adı çəkilən siyahıdakı peşələrdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olurlar. Pensiya hüququnu zəruri edən vacib şərtlər təvəllüdünün xx.xx.1966-cı ildən anadan olduğu şəxsiyyət vəsiqəsilə, ümumi iş stajının Əmək Məcəlləsinin 87-ci maddəsində də deyildiyi kimi iş ştajını təsdiq edən əsas sənəd olan adına açılmış İT- 1- 0922692 seriya nömrəli əmək kitabçası ilə, işlədiyi peşənin xüsusilə ağır və zərərliliyinə dair AR NK-nin xx.xx.1993-cü il tarixli 320 №-li Qərar ilə təsdiq edilmiş 1 №-li siyahısınd və işlədiyi kimya sənayesi müəssisəsi tərəfindən verilmiş arayışla təsdiq olunur. Qeyd etdiyi əsaslar mövcud olduğundan əmək pensiyası hüququnu reallaşdırmaq məqsədilə təyinat üçün tələb olunan zəruri sənədlərini ərizə ilə birlikdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də, cavabdeh orqan əsassız və qanunsuz bəhanələrlə pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçının əmək kitabçasına baxış keçirilən zaman onun xx.xx.1996-cı il tarixdə işdən azad olunması ilə bağlı olan 8-ci qeydin həmin tarixdə etibarsız sayıldığı göstərilən düzəlişi təsdiq edən möhür ilə xx.xx.2005-ci il tarixdə işdən azad olunma ilə bağlı 10-cu qeydini təsdiq edən möhürün rənglərinin eyni olduğu və ardıcıl vurulduğu aşkar edilmişdir. Əsaslı şübhələr yarandığından, Mərkəzi filialın mütəxəsisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi həyata keçirilmişdir. Nəticədə iddiaçının barəsində əmək haqqı cədvəlləri yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçının işlədiyini iddia etdiyi bütün dövrlər üzrə ona yalnız xx.xx.1988 - xx.xx.1994-cü il tarixləri arasındaki dövr üzrə əmək haqqı ödənilmişdir. Bununla bağlı ‘‘Sumqayıt Superfosfat” ASC-nin əməkdaşlarının da iştirakı ilə akt tərtib edilmişdir. Yekun olaraq məlum olmuşdur ki, iddiaçının əmək kitabçasındaki 8, 9, 10-cu qeydlər güzəştli və ümumi iş stajının artırılması üçün yazılmışdır. Ona görə də iddiaçıya yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (10 il 19 gün (xx.xx.1983-xx.xx.1988-ci il və xx.xx.1988-xx.xx.1993-cü illər arasındaki dövr), güzəştli iş stajı isə 12 il 6 aydan az (5 il 4 ay 23 gün(xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındaki dövrlər)) təşkil edir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsasları da yoxdur. İş materiallarında olan: - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1966-cı il təvəllüdlüdür. - iddiaçının adına açılmış AT-V № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1988-xx.xx.2005-ci illərdə Sumqayıt Supoerfosfat zavodunda sulfat turşusu istehsalatının sexində qazan maşinisti (müxtəlif dərəcələrlə) işləmişdir. xx.xx.1996-cı il tarixdə onun işdən azad edilməsi barədə qeyd aparılmış (8-ci qeyd), lakin daha sonra həmin qeydin etibarsız hesab edilməsi və Azərbaycan Respubikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 241 saylı sərəncamına əsasən Sumqayıt Superfosfat zavodunun bazasında "xxxx" ASC-nin yaradıldığı, iddiaçının xx.xx.2002-ci il tarixdən sulfat turşusu sexində 6-cı dərəcəli qazan maşinisti keçirildiyi göstərilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 24 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1988-xx.xx.2005-ci il tarixlərdə Azərbaycan Respublikası Nazirlər Kabintinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının Vİİİ bölməsinin 1 №-li bəndində göstərilmiş istehslatlara uyğun olaraq Kod 1080A010 Sulfat turşusu sexində soba maşinisti, qazanxana maşinisti və qazan maşinisti vəzifəsində işləmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 25 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt Superfosfat zavodunda 08 Avqust 1988-ci il tarixlidən (519-k nömrəli 05 Avqust 1988-ci il tarixli işə qəbul Əmri ) 02 İyun 1996-ci il tarixinə kımı 03/240 saylı Sulfat Turşysu sexinində Qazan-maşinist vəzifəsində (28 Dekabr 2005-ci il tarixli 157-k nömrəli işdən çıxma Əmri- Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsi) işləmişdir (Tabel № 9007), xx.xx.1984-cü il-xx.xx.1986-cı il Sovet Ordu sıralarında olmuşdur. xx.xx.1988-ci il-240 nömrəli Sulfat turşusu seinə (SKS)4-cü dədəcəli maşinist vəzivəsinə işə qəbul edilmişdir. xx.xx.1991-ci il-240 nömrəli Sulfat turşusu seinə (SKS) 5-ci dədəcəli qazan maşinisti ixtisası verilmişdir. xx.xx.1992-ci-cü il tarixdə 03 nömrəli Sulfat turşusu sexinə (SKS) 5-ci dədəcəli qazan maşinisti işinə keçirilmişdir. xx.xx.1992-ci il İxtisası üzrə 6-ci dərəcəli qazan maşinisti ixtisası verilsin. xx.xx.1996-cı il-240 nömrəli Sulfat turşusu seinə (SKS) 6-cı dədəcəli qazan maşinisti ixtisası verilmişdir. xx.xx.1996-cı il Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 60 saylı qərarına əsasən vahid tarif dərəcələrinə müvafıq olaraq, Sulfat turşusu sexinin Absorbsiya və kontakt şöbəsinə 8-ci dərəcəli Qazan maşinisti keçirilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 27.Xİ.2001-ci il tarixli 241 saylı sərəncamına əsasən "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2002-ci il sulfat turşusu sexinə 6-cı dərəcəli qazan maşinisti keçirilmişdir. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. - Sumqayıt Dövlət Texniki Kolleci tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixli 93 c nömrəli əmrlə Sumqayıt Kimya- Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin azərbaycan bölməsinə tam orta (10 illik) təhsil bazasında “Sintetik kauçukun texnologiyası” ixtisasına (qrup-108) daxil olmuşdur. Həqiqi hərbi xidmətə çağırıldığı üçün xx.xx.1984-cü il tarixli 46-ct nömrəli əmrlə akademik məzuniyyət verilmiş,hərbi xidmətdən tərxis olunduqdan sonra xx.xx.1986-cı il tarixli 151-ct nömrəli əmrlə Sumqayıt Kimya-Texnologiya Texnikumunun gündüz şöbəsinin “Sintetik kauçukun texnologiyası” ixtisasına (qrup-136) bərpa edilmişdir. xx.xx.1988-ci il tarixli 108-ct nömrəli əmrlə Sumqayıt Kimya-Texnologiya Texnikumunu bitirmişdir. Ə.L.Hüseynov MT-İ seriyalı 281209 nömrəli diplom almışdır.(qeyd.№ 1642). - "xxxx" ASC-nin Baş mühasibi X4,Baş enetgetiki-Elektrik və Enerji sexinin rəisi X1,Elektrik sexinin elektriki X5,Kadrlar şöbəsinin rəisi X6 və Elektrik sexinin elektriki X7 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixi, 01 №-li aktdan görünür ki, 2019-cu uiin Avqust ayında zavodun 53-cü korpusunda əsaslı təmir işləinin aparılması məqsədi ilə işlərin görülməsi zamanı ustaların səhlənkarlığı nəticəsində Zavod Arxivi olan otağın dağılması səbəbindən Kadrlar şöbəsinə və Mühasibatlığa aid (illəri məlum olmayan) müxtəlif bəzi Arxiv kitablarlnın(Əmr kitabları,T-2 kitabları,Əmək haqqı kitabları və s.) müəyyən hisssələri dağıntı altında qaldığını və toplanmış zibillə birlikdə daşınaraq,zibilxanaya atılmasını müəyyən edilmişdir. Komissiya üzvləri belə qənaətə gəir ki,gələcəkdə lazım olan sənədlərin araşdırılması zamanı,hər-hansı illərə aid sənədlərin olmaması və yaxud tapılmaması müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının xx.xx.2006-cı il tarixədək 10 ildən artıq xüsusi iş stajına malik olması mübahisələndirilmir. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.2006-cı ilədək 20 il ümumi iş stajına malik olmamasıdır. Belə ki, cavabdeh iddiaçının xx.xx.1990-xx.xx.2006-cı illər ərzində işlədiyi dövrdə ümumlikdə 5 ay 6 gün ödənişsiz məzuniyyətdə olduğunu və xx.xx.1989-xx.xx.1990-cı illərdə Goranboy (keçmiş Q.İsmayılov) rayon Dmitrov adına kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil etməkdən imtina edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. Təqdim edilmiş əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.1988-xx.xx.2005-ci illərdə Sumqayıt Supoerfosfat zavodunda sulfat turşusu istehsalatının sexində qazan maşinisti işləmişdir. Cavabdeh iddiaçının 1994-2005-ci illərdə aldığı əmək haqqı cədvəllərinin olmamasına və əmək kitabçasında möhürün rənglərinin fərqli olmasına istinad edərək həmin dövrü onun ümumi və xüsusi iş stajına daxil etməmişdir. Bununla bağlı iddiaçı zavodun rəhbərliyi və əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş aktı təqdim etmişdir. həmin aktın məzmununa görə 2019-cu ilin avqust ayında zavodun 53-cülorpusunda əsaslı təmir işlərinin aparılan zaman ustaların səhlənkarlığı nəticəsində kadrlar şöbəsinə aid bzi sənədlərin və arxiv kitabların(əmrlər kitabları, əmək haqqı cədvəlləi və s.) müəyyən hissələri dağlntı altnda qalmış və toplanmış tullatntılarla brilikdə zibilxanaya atılmışdır. Bununla bağlı müəyyən sənədlərin tapılması çətinlik yaratmışdır. Əmək kitabçasında iddiaçının işdən çıxması barədə xx.xx.1996-cı il tarixə aid əmrin sonradan etibarsız hesab edilməsi barədə qeydlə bağlı iddiaçı izah etdi ki, həmin vaxt zavod rəhbərliyi dəyişilmiş və kütləvi şəkildə işçilərin işdən çıxması barədə əmr verilmişdir. Daha sonra çoxsaylı müraciətlərdən sonra işçilərin hamısı öz yerlərinə bərpa edilmiş və əmək kitabçasında müvafiq qeyd aparılmışdır. Məhkəmə möhürün rənglərinin fərqli olması ilə bağlı dəlili əsassız hesab edir və qeyd edir ki, əmək kitabçasının doldurulması qaydasına cavabdeh işçi deyil, işəgötürəndir və möhürün rənginin fərqli olması iddiaçının uzun illər ərzində ağır şəraitdə işləməsini şübhə altına alınması üçün yetərli deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq efdilmiş 1 nömrəli Siyahıya əsasən ona 52 yaşdan əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq cavabdeh onun ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajından az staja malik olmasını bildirərək ona imtina cavabı vermişdir. Halbuki, iddiaçıya 52 yaşından əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006cı il tarixədək ən azı 20 il ümumi və 10 il güzəştli iş stajının toplaması tələb olunur və mübahisələndirilənd dövr onun sosial sığorta stajına daxil edilərsə, tamamlanmış olur. İddiaçının işlədiyi “qazan maşinisti” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın “Kimya istehsalatı” adlanan Vİİİ bölməsinin 1-ci bəndində 1080A010 kodu altında nəzərdə tutulmuşdur. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” : 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
21. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
22. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 10 il güzəştli və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixdə yaransa da, pensiyanın təyini üçün xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan iddia təmin edilməli, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 01 yanvar 1994-cü il tarixdən 28 dekabr 2005-ci il tarixədək "xxxx" zavodunda (ASC-də) işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova