Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-34/2021 31.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Təngaltı kəndində yerləşən Bakı şəhər sakini İddiaçı məxsus Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN 0272 saylı KOD 30329068 nömrəli xx.xx.2006-cı il tarixli 1474 saylı ilə qeydiyyata alınmış Akta əsasən Quba rayon DNK-nun xx.xx.2002-ci il tarixli 4-ə-82 saylı müqavilə əsasında satılmış torpaq sahəsinə və Quba rayonu, Təngaltı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə satılmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş, Quba rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsində qeydiyyatdan keçirilməklə aparılmış 102 kvadrat metr sahəsi olan fərdi yaşayış evinə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi öhdəliyinin DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba rayonu, Təngaltı kəndində yerləşən Bakı şəhər sakini İddiaçı məxsus Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN 0272 saylı KOD 30329068 nömrəli xx.xx.2006-cı il tarixli 1474 saylı ilə qeydiyyata alınmış Akta əsasən Quba rayon DNK-nun xx.xx.2002-ci il tarixli 4-ə-82 saylı müqavilə əsasında satılmış torpaq sahəsinə və Quba rayonu, Təngaltı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə satılmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş, Quba rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsində qeydiyyatdan keçirilməklə aparılmış 102 kvadrat metr sahəsi olan fərdi yaşayış evinə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN 0272 saylı KOD 30329068 nömrəli xx.xx.2006-cı il tarixli 1474 saylı ilə qeydiyyata alınmış Akta əsasən Quba rayonu, Təngaltı kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı və fərdi yaşayış evinin tikintisi məqsədi üçün 0,30 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsi Quba rayon DNK-nun xx.xx.2002-ci il tarixli 4-ə-82 saylı müqavilə əsasında almış və bundan əlavə Quba rayonu, Təngaltı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikilmişdir. Memarlıq planlaşdırma bölməsi hazırlanmış və “Ana-Kent Planlama YapıYatırım X1, Enerji Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən təsdiq edilmiş 102 kv.m olan fərdi yaşayış evi Quba rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsində qeydiyyatdan keçirilməklə Baş memarın imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçıya məxsus Quba rayonu, Təngaltı kəndi ərazisində yerləşən əmlaka dair reyestr çıxarışının verilməsinə köməklik göstərməsi DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsindən xahiş edilmişdir. Müraciətinə Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır, **********17 saylı xx.xx.2019-cu il tarixli məktubla cavab verilmişdir. DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəyə əlavə olunmuş JN-0272 (KOD ********) saylı “Torpaq mülkiyyət hüququna dair” Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında “ Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən , Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair ; 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq –planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfütı təyinatlı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Mələlləsinin 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin məcəllənin 13.2-ci maddəsində göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunukasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Göstərilənlərə əsasən bildirilmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində əsaslı tikinti işlərinin aparılması qanunvericiliyin tələblərinə ziddir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında “ Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3 bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmamasının müəyyən edilməsi. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada təqdim edilmiş yazılı izahatında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1 -ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Hüquqlann dövlət qeydiyyatına alınmasından imtina edilməsi hallan isə ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsində sadalanmışdır. Həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqlann dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyan olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqlann dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın hallan konkret müəyyən olunmuşdur. Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində verilən imtinaya görə hüquqların dövlət qeydiyyatına alınmasından imtina halı nəzərdə tutulmamışdır. AR Mülki Məcəllənin 139-1.1. maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; AR Mülki Məcəllənin 180.1. maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3. maddsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evi olan tikili Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmişdir. Amma həmin evin lahiyəsi göründüyü kimi Quba RİH-nin baş memarı tərəfindən təsdiq edilmişdir. Mülki Mcəllə yalnız bir halda özbaşına tikilinin mülkiyyət hüququnun tanınmasını mümkün sayır ki həmin tikili mülkiyyətdə olduğu halda yalnız məhkəmə qaydasında olsun. Həmin evin saxlanması digər şəxslərin hüquqlarmı və qanunla qorunan mənafelərini pozmur və ətrafda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması ilə bağlı iki mövqeyi formalaşmışdır. Birinci mövqe ondan ibarətdir ki, əgər özbaşına tikiliyə görə həmin tikilinin sahibinə vaxtında belə əməlin qanunvericiliyə zidd olduğu bildirilmişdirsə, buna görə xəbərdarlıq edilmişdirsə, yaxud cərimə edilmişdirsə, həmin tikiliyə mülkiyyət hüququ tanına bilməz. (X2rşı iş üzrə xx.xx.2001 -ci il tarixli qərar) İkinci mövqe Önəryıldız Türkiyəyə qarşı xx.xx.2004-cü il tarixli qərarda və digər qərarlarda əks olunmuşdur. Avropa Məhkəməsi belə hesab etmişdir ki, Önəryıldızm “davamlı surətdə və kifayət qədər uzun müddət ərzində” qanunsuz tikilidə yaşaması, ona adekvat tədbirlərin görülməməsi, onun belə vəziyyətinə dövlət orqanlarının dolayısıyla dözümlülük nümayiş etdirməsi tikilinin sahibinin həmin tikiliyə mülkiyyət hüququnun tanınmasını şərtləndirir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq ( adekvat tədbirlərin görülməməsi, belə vəziyyətə dövlət orqanlarının dolayısıyla dözümlülük nümayiş etdirməsi və sair) İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada təqdim edilmiş ərizəsində qeyd edilmişdir ki, “daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 15.1 -ci maddəsində sadalanmışdır. Həmin hallar aşağıdakılardan ibarətdir: - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15- ci maddəsində verilən imtinaya görə hüquqların dövlət qeydiyyatına alınmasından imtina halı nəzərdə tutulmamışdır.. AR Mülki Məcəllənin 139-1.1. maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; AR Mülki Məcəllənin 180.1. maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3. maddsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evi olan tikili Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmişdir. Amma həmin evin lahiyəsi göründüyü kimi Quba RİH-nin baş memarı tərəfindən təsdiq edilmişdir. Mülki Məcəllə yalnız bir halda özbaşına tikilinin mülkiyyət hüququnun tanınmasını mümkün sayır ki həmin tikili mülkiyyətdə olduğu halda yalnız məhkəmə qaydasında olsun. Həmin evin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və ətrafda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır, insan hüquqları üzrə Avropa Məhkəməsinin özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması ilə bağlı iki mövqeyi formalaşmışdır. Birinci mövqe ondan ibarətdir ki, əgər özbaşına tikiliyə görə həmin tikilinin sahibinə vaxtında belə əməlin qanunvericiliyə zidd olduğu bildirilmişdirsə, buna görə xəbərdarlıq edilmişdirsə, yaxud cərimə edilmişdirsə, həmin tikiliyə mülkiyyət hüququ tanına bilməz. (X2rşı iş üzrə xx.xx.2001 -ci il tarixli qərar) ikinci mövqe Önəryıldız Türkiyəyə qarşı 30.11,2004-cü il tarixli qərarda və digər qərarlarda əks olunmuşdur. Avropa Məhkəməsi belə hesab etmişdir ki, Önəryıldızın “davamlı surətdə və kifayət qədər uzun müddət ərzində” qanunsuz tikilidə yaşaması, ona adekvat tədbirlərin görülməməsi, onun belə vəziyyətinə dövlət orqanlarının dolayısıyla dözümlülük nümayiş etdirməsi tikilinin sahibinin həmin tikiliyə mülkiyyət hüququnun tanınmasını şərtləndirir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq (adekvat tədbirlərin görülməməsi, belə vəziyyətə dövlət orqanlarının dolayısıyla dözümlülük nümayiş etdirməsi və sair) insan hüquqlarının və əsas azadlıqlarının müdafiəqsi” haqqında Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı nümayəndəsi \/əkil Vəkil İddiaçı adına Quba rayonu, Təngəalt: kəndi ərazisində yerləşən tərdin yaşayış evinə daşınmaz əmlakın dövləi reyestrindən çıxarışın verilməsi ilə Dağlı xx.xx.2019-cu il tarixli 01/SRV6/19/S4 saylı ərizə iiə Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, ərizəyə əlavə olunmuş JN-0272 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair’ Dövlət Aktı“ 5 saylı Xaçmaz Ərazi idarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-rıın Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlaıınm qeydiyyat kitablarında qeydə alınmamışdır. Bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsəsən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair; 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planiaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Bildirirlər ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1 -ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin məcəllənin 13.2-ci maddəsində göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Göstərilənlərə əsasən bildirirlər ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində əsaslı tikinti işlərinin aparılması qanunvericiliyin tələblərinə ziddir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, "abelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı bildirir ki, Quba rayonu, Təngaltı kəndində yerləşən Bakı şəhər sakini İddiaçı məxsus Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN 0272 saylı KOD 30329068 nömrəli xx.xx.2006-cı il tarixli 1474 saylı ilə qeydiyyata alınmış Akta əsasən Quba rayon DNK-nun xx.xx.2002-ci il tarixli 4-ə-82 saylı müqavilə əsasında satılmış torpaq sahəsinə və Quba rayonu, Təngaltı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə satılmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş, Quba rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsində qeydiyyatdan keçirilməklə aparılmış 102 kvadrat metr sahəsi olan fərdi yaşayış evinə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməmiş və iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia öhdəliyin icrası barədə iddiadır və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı deyil. Belə ki, cavabdeh inzibati orqan tərəfindən müəyyən edilmişdir ki, ərizəyə əlavə olunmuş JN-0272 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi idarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-rıın Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan əlavə, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu müəyyən edilmişdir. Bununla bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(085)-1526/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, 10/2834 saylı, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, **********96 nömrəli mütəxəssis rəyinə əsasən Quba rayonu, Təngaltı kəndində yerləşən iddiaçıya məxsus 102 kv.m sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Quba rayonu, Təngaltı kəndində yerləşən iddiaçıya məxsus 102 kv.m sahəsi olan fərdi yaşayış evi bütünlükdə kənd təsərrüfatı torpaqlara aid ərazidə yerləşir. Cavabdeh inzibati orqan iddiaya etiraz edərək qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1 -ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin məcəllənin 13.2-ci maddəsində göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Göstərilənlərə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində əsaslı tikinti işlərinin aparılması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə hesab edir ki, qeyd edilənlər inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Məhkəmə hesab edir ki, ərizəyə əlavə olunmuş JN-0272 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 5 saylı Xaçmaz Ərazi idarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmaması, o cümlədən, ləğv edilmiş DTXK-rıın Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması, bundan əlavə, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunun müəyyən edilməsi inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. İddiaçı 50 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-34/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-34/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver