Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3403/2025 04.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Xantəmirov Qeysəddin Minayət oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı (Xantəmirov Qeysəddin Minayət oğlu üçüncü şəxs qismində cəlb edilməklə) “sərəncamın və mənzilə verilmiş orderin ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 25 saylı mənzilə Xantəmirov Qeysəddin Minayət oğluna yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə 20 sentyabr 2021-ci il tarixli, 537 saylı sərəncamın, həmin mənzilə verilmiş orderin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 25 saylı mənzildə otuz ildən artıq yaşayır. Mənzilə heç bir şəxsin qeydiyyatı olmamış və ailə üzvlərindən başqa heç kim həmin mənzildə yaşamamışdır. Lakin yaxınlarda məlum olur ki, mənzildə yaşaya-yaşaya heç bir şəxsin həmin mənzilə hüquq müəyyənedici sənədlər olmadan istifadə edir. Cavabdeh orqan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 25 saylı mənzilə Xantəmirov Qeysəddin Minayət oğluna mübahisəli mənzilin ayrımasına dair protokolun, sərəncamın, Xantǝmirov Qeysəddin Minayət oğluna mübahisəli mənzilin verilməsinə dair protokol qanunsuzdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsal Birliyinin 20 saylı Mənzil-Kommunal sahəsinin 189 saylı, xx.xx.2024-cü il tarixli ətraflı arayışında iddiaçı Xantəmirov Qeysəddin Minayət oğlunun xx.xx.1995-ci il tarixli protokolunun qərarına əsasən 47-ci məhəllədə yerləşən 12 saylı evin 25ci mənzili onun adına verilmişdir. Sözügedən mənzil 3 otaqlıdır və sahəsi 39,60 kvadrat metrdir. Mübahisəli mənzil xx.xx.2022-ci il tarixində iddiaçı Xantǝmirov Qeysəddin Minayət oğlunun adına özəlləşdirilmişdir. Hal-hazırda mənzildə Qubadlı rayonundan məcburi köçkün olan İddiaçı və X1 yaşayır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2- 1(118)-673/2021 saylı qətnaməsinə əsasən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 25 saylı mənzilə dair “Azərikimya Tikinti” trestinin xx.xx.1995-ci il tarixli 37 saylı protokolunun təsdiq edilməsi öhdəliyinin şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(118)- 673/2021 saylı qərarının əsaslandırma hissəsinin sonuncu abzasında və nəticə hissəsində iddia tələbinin “Azərikimya Tikinti trestinin xx.xx.1995-ci il tarixli 37 saylı protokolunun təsdiq edilməsi“ göstərilməsinin aşkar yazı səhvi hesab edilməsi, qərarın həmin hissələrinin “orderin verilməsi” kimi oxunması qərara alınmışdır. Müəyyən olunmuşdur ki, dövlət mənzil fonduna aid olan yaşayış sahəsi 39,6 kvadratmetrdən ibarət 3 otaqlı ünvan 3 “Azərikimya Tikinti” trestinin HİK və MMK-nın xx.xx.1995-ci il tarixli, 37 saylı protokoluna əsasən Xantəmirov Qeysəddin Minayət oğlunun 5 nəfərdən ibarət ailə üzvünə ayrılmışdır. Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 537 saylı sərəncamı ilə yaşayış sahəsi 39,6 kvadratmetrdən ibarət 3 otaqlı ünvan 3- dair Xantəmirov Qeysəddin Minayət oğlu ilə kirayə müqaviləsi bağlanmışdır. Göstərilən səbəbdən İddiaçı iddia tələbinin təmin edilməsinə qarşı etiraz olunur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-7228/2024 nömrəli qərardadı ilə Xantəmirov Qeysəddin Minayət oğlu hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddianın mümkün sayılması üçün əsas şərtlərdən biri iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun qanunvericilikdən irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd). Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar (5.2-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İş materiallarından görünür ki, “Azərikimyatikinti” trestinin 02.05..1995-ci il tarixli, 37 nömrəli protokolu ilə ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi Xantəmirov Qeysəddin Minayət oğlu və onun ailə üzvlərinə ayrılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-673/2021 nömrəli qərarı ilə ünvan 3 ünvanında yerləşən mənzilə dair “Azərikimyatikinti” trestinin 02.05..1995-ci il tarixli, 37 nömrəli protokolunun təsdiq edilməsi öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 537 saylı sərəncamı ilə yaşayış sahəsi 39,6 kvadratmetrdən ibarət 3 otaqlı ünvan 3-ə dair Xantəmirov Qeysəddin Minayət oğlu ilə kirayə müqaviləsi bağlanılması qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə Qeysəddin Xantəmirovla dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)- 653/2022 nömrəli qərarına əsasən Xantəmirov Qeysəddin Minayət oğlunun ünvan 3-də yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərara əsasən Q.Xantəmirovun sözügedən mənzil üzərində mülkiyyət hüquqları qeydə alınaraq ona xx.xx.2022-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsal Birliyinin 20 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli, 189 nömrəli arayışında qeyd edilmişdir ki, 47-ci məhəllədə yerləşən 12 saylı evin 25-ci mənzili xx.xx.1995-ci il tarixli, 37 saylı protokolun qərarına əsasən Xantəmirov Qeysəddin Minayət oğlunun adına verilmişdir. xx.xx.2022-ci il tarixində Xantǝmirov Qeysəddin Minayət oğlunun adına özəlləşdirilmişdir. Hal-hazırda mənzildə Qubadlı rayonundan məcburi köçkün olan İddiaçı və X1 yaşayır. Göründüyü kimi, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi deyil, mənzil ona ayrılmamış və o, həmin mənzildə məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-3403/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3403/2025
04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver