Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3404/2022 29.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “xx.xx.1961-ci ildə Zəngilan rayonu, Zəngilan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş ona məxsus doğum haqqında akt qeydində düzəliş edilməsini və adının “Kulaqa”dan “Gülağa”ya, ata adının “Haçı”dan “Seyid-Hacı”ya, anasının soyadı “Rzayev”dən “Rzayeva”ya düzəliş edilməsini və ona yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Mircəfərov Seyid-Hacı Seyidhüseyn oğlu xx.xx.2022-ci ildə vəfat etmiş və onun ölümü ilə bağlı sənədləşmə işləri ilə məşğul olarkən sənədlərində adının Hacı deyil, “Seyid-Hacı” yazıldğnı müəyyən etmişdir.Halbuki, ona məxsus sənədlərdə ata qrafasında “Hacı” kimi qeydiyyat aparılmışdı.Gələcəkdə ona məxsus rəsmi sənədlərdə ata adının düzgün göstərilməməsinin ona problem yaradacağını düşünərək, Cavabdehnə müraciət edərək, xx.xx.1961-ci ildə tərtib edilmiş ona məxsus doğum haqqında akt qeydində düzəliş edilməsini və adının “Kulaqa”dan “Gülağa”ya, ata adının “Haçı”dan “Seyid-Hacı”ya, ananın soyadının “Rzayev”dən “Rzayeva”ya düzəliş edilməsinə dair müraciət etmiş, lakin cavabdehin akt qeydində dəyişiklik etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina məktubu əsassızdır. Belə ki, təqdim olunan imtina məktubunda onun tərəfindən akt qeydində düzəliş edilməsinə dair kifayət qədər əsaslar olmadığı göstərilmişdir. Halbuki, atasına məxsus onun ölümü haqqında şəhadətnamədən görsənir ki, atasının adı Seyid-Hacıdır. Həmçinin xx.xx.2016-cı il tarixdə “ASAN 4” tərəfindən verilmiş AZE - ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, vəsiqədə adı “Gülağa”, ata adı isə “Hacı” kimi yazılmışdır. Həmçinin xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA 279937 nömrəli məcburi köçkün vəsiqəsindən də görünür ki, orada adı “Gülağa”, ata adı isə “Hacı” kimi yazılmışdır. Lakin qeyd etdiyi sənədlər cavabdeh tərəfindən akt qeydində düzəliş edilməsi üçün kifayət etməmişdir. Göründüyü kimi onun bütün səndələrində adı “Kulaqa” deyil, “Gülağa” qeyd edilmişdir, heç bir sənədində adı “Kulaqa” olmamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmədən xahiş etmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclaslarına onların nümayəndəsinin iştirakı olmadan baxılsın. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə 05/Q-78 nömrəli imtina məktubu, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub, şəxsiyyət vəsiqəsinin, ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, 8 nömrəli xx.xx.1961-ci il tarixli doğum akt qeydinin təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində xx.xx.1961ci il tarixdə Zəngilan icra nümayəndəliyində tərtib edilmiş 08 saylı doğum haqqında akt qeydində anasının soyadı “Rzayev”, adının “Kulaqa”, ata adının “Haçı” kimi qeyd edilmişdir. Halbuki, iş materiallarında olan şəhadətnamələrdə iddiaçının anasının soyadı Rzayeva, adı Gülağa və ata adı Seyid-Hacıdır. İddiaçı özünə doğum haqqında şəhadətnamə əldə etmək istəyir, lakin ona veriləcək doğum haqqında şəhadətnamədə anasının soyadının Rzayev, adı Kulaqa və ata adı Hacı kimi qeyd olunmasından ehtiyyat edir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının anasının soyadının, özünün və ata adının dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, Zəngilan rayonu, Zəngilan icra nümayəndəliyində xx.xx.1961-ci il tarixdə 8 nömrə ilə qeydə alınmış doğum akt qeydlərində iddiaçının anasının soyadının “Rzayev”dən “Rzayeva”ya soyadına, adının “Kulaqa”dan “Gülağa”ya, ata adının “Haçı”dan “Seyid-Hacı”ya dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Zəngilan rayonu, Zəngilan icra nümayəndəliyində xx.xx.1961-ci il tarixdə 8 nömrə ilə qeydə alınmış doğum akt qeydlərində İddiaçı anasının soyadının “Rzayev”dən “Rzayeva”ya soyadına, adının “Kulaqa”dan “Gülağa”ya, ata adının “Haçı”dan “Seyid- Hacı”ya dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3404/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3404/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver