Məhkəmə qərarları › İş №2-1(118)-3406/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3406/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3406/2025 23.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X12 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X12 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X12 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli X2 adına **********40 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın JN-112 nömrəli dövlət aktına əsasən bizə məxsus 1,69 ha torpaq sahəsi hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlаk Мəsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli X2 adına **********40 rеуеstr, ********** qeydiyyat nömrəli çıxarışın, həmin çıxarış əsasında cavabdeh оrqап tərəfindən X3 xx.xx.2020-ci il tarixli, **********4 rеуеstr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli X4 **********04 rеуеstг nömrəli, ********** qeydiyyat nömrəli, X5 xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********4, qeydiyyat nömrəsi ********** olan çıxarışların JN-112 nömrəli dövlət aktına əsasən onlara məxsus 1,69 ha torpaq sahəsi hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayon AİK-nın qərarı ilə onlara JN- 112 saylı Torpağa mülkiyyət hququna dair Dövlət Aktına əsasən 1.69 ha pay torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən bir müddət istifadə etmiş, lakin torpaq sahəsinin yaşayış evlərindən xeyli aralı məsafədə olması səbəbindən istifadə etməkdə səmərəli olmadığından, digər paylı mülkiyyətçilər kimi qonşu kənd sakini X1 təsərrüfatı yararlı vəziyyətində saxlamaq üçün əvəzsiz istifadəsinə veriblər. Həzrətqulu pay torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsalı ilə məşqul olmuşdur. Keçən müddət ərzində torpaq sahəsini əvəzsiz istifadyə vermələrinə baxmayaraq Həzrətqulu istehsal etdiyi buğda, arpa məhsulundan onlara da pay vermişdir. X2 xahişi ilə onlara məxsus olan dövlət aktını da istifadə müddətində ehtiyac olduğu üçün ona veriblər. Vəliyev Həzrətqulu bir müddət bundan qabaq vəfat etmişdir. İddiaçılar onlara məxsus torpaq sahəsindən onun vərəsələri və yaxud vərəsəsi qanunsuz istifadə etməsinə görə cavabdeh orqana müraciət edərək JN-112 saylı Dövlət Aktının təsdiq edilən surətinin verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli cavabdan məlum olub ki, onlara məxsus torpaq sahəsinə başqa şəxsin adına çıxarış var. İddiaçıların mülkiyyət hüquqlarına müdaxilə olunub və iddiaçılar hesab edir ki, bu müdaxilə əsassızdır, nəticə etibarilə, iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranıb. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3406/2025 nömrəli qərardadı ilə X7 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3406/2025 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin X7 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi barədə xx.xx.2025-ci il tarixli, 2-1(118)- 3406/2025 nömrəli qərardadı ləğv edilmiş və X6 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7 -ci bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd).Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddia tələbindən göründüyü kimi, iddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X12 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli X2 adına **********40 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın JN-112 nömrəli dövlət aktına əsasən bizə məxsus 1,69 ha torpaq sahəsi hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlаk Мəsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli X2 adına **********40 rеуеstr, ********** qeydiyyat nömrəli çıxarışın, həmin çıxarış əsasında cavabdeh оrqап tərəfindən X3 xx.xx.2020-ci il tarixli, **********4 rеуеstr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli X4 **********04 rеуеstг nömrəli, ********** qeydiyyat nömrəli, X5 xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********4, qeydiyyat nömrəsi ********** olan çıxarışların JN-112 nömrəli dövlət aktına əsasən onlara məxsus 1,69 ha torpaq sahəsi hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunan iddia tələbi ilə cavabdehə müraciət edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunan iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçılar tərəfindən hazırkı tələblə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar