Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3411/2025 06.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X2nə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X2nə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh “X2nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Digah kəndi ərazisində yerləşən 17598,01 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Torpağa Mülkiyyət Hüququna dair JN-412 KOD 30307038 saylı Dövlət Aktına əsasən Quba rayonu Digah kəndində yerləşən 2,42 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X13, X19, X4, X14 və X8 məxsus olmuşdur. Həmin torpaq sahəsi iki hissədən ibarət olmuşdur. Planşet ölçü 412N hissədə göstərilən hissə 6578 m2, 412 hissədə göstərilən torpaq sahəsi isə 17598,01 m2 hissədən ibarətdir. Mülkiyyətçilər həmin torpaq sahəsinin planşet 412-də göstərilən 17598,01 m2 hissəsini iddiaçıya satmışlar. Bu barədə aralarında Quba rayon Notariat Kontorunda 04 mart 2006cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsi reyestrdə 4-İ/53 nömrə ilə qeyd edilmişdir. Həmin alqı-satqı müqaviləsi Dövlət Notariat Arxivində vardır. Bundan başqa iddiaçı başqa bir şəxsdən də torpaq sahəsini alqısatqı qaydasında almışdır. Hər iki alqı-satqı müqavilələrini o vaxt mövcud olan X18 Komitəsinin Quba rayon Şöbəsinə təqdim etmişdir. Həmin şöbədən iddiaçıya hər iki torpaq sahəsini birləşdirərək cəmi 2,66 ha torpaq sahəsinə Torpağa Mülkiyyət Hüququna dair JN- 0697 KOD 30307038 saylı Dövlət Aktı verilmişdir. X29 əsasında iddiaçı torpaq sahəsini həmin vaxtdan istifadə etməyə davam edir. İddiaçı alqı-satqı müqaviləsində əsasında aldığı torpaq sahəsinə dair hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyd etdirərək çıxarış alınması üçün cavabdeh təşkilata rəsmi şəkildə müraciət etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən ona alqı-satqı müqaviləsində qeyd edilən torpaq sahəsinin 1,7598 ha miqdarında qeyd edildiyini satıcı tərəf kimi yalnız bir mülkiyyətçinin "X23” qızının adının qeyd edildiyini, müqavilədə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən adambaşına düşən pay torpaq sahəsindən artıq satıldığını qeyd edildiyi kimi əsas gətirərək ərizəmin icrasının mümkün olmadığı bildirilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin cavabı əsassızdır. Ona görə ki, alqı-satqı müqaviləsində bir nəfər şəxsin imzası olsa belə, digər şəxslər müqaviləni bəyənmiş və alqı-satqıya razı olmuşlar. Hətta Dövlət aktında göstərilən mülkiyyətçilərdən X13 28 yanvar 2011-ci ildə, X12 isə 2006-cı ildə vəfat etmişdir. Onların vəfatından sonra Quba regional Asan Xidmət Notariat ofisində açılmış xx.xx.2012-ci il tarixli, V-660 reyestr nömrəli vərəsəlik işinə əsasən X4 20 may 2006-cı ildə vəfat etmiş X12 vərəsəsi, 20 sentyabr 2024-cü il tarixli, V-853 reeystr nömrəli vərəsəlik işinə əsasən X9 və X10 xx.xx.2011-ci ildə vəfat etmiş X6 vərəsələri sırasına daxildir. Onların etibarnamə əsasında nümayəndəsi tərəfindən Quba regional Asan Xidmət Mərkəzinin Notariat ofisində notarial qaydada təsdiq edilmiş ərizədən də göründüyü kimi Torpağa Mülkiyyət Hüququna dair JN-0697 KOD 30307038 saylı Dövlət Aktının 412 planşetində göstərilmiş 1,759 ha torpaq sahəsinin xx.xx.2006-cı il tarixdə İddiaçı Cəlalədin oğluna satılmasına təsdiq edirlər və müqavilənin ləğv edilməsi ilə bağlı müraciət etməmişlər, həmin torpaq sahəsi ilə heç bir tələb və şikayətləri yoxdur. Cavabdeh təşkilat iddiaçıdan əsassız olaraq “Daşınmaz əmlakın dövlət reyestr haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən əlavə sənədlər, yəni alqı-satqı müqaviləsində başqa bütün mülkiyyətçilərin imzasının olması ilə bağlı tələbi irəli sürməklə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olur. Eyni zamanda hal-hazırda iddiaçıya cavabdeh təşkilat tərəfindən verilən imtina “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamaqla əsassızdır. Belə ki iddiaçının alqı-satqı müqaviləsi üzrə torpağı satın almağının heç bir şübhəli tərəfi yoxdur əgər olsaydı, yəqin ki, bununla bağlı mübahisələr olardı. İddiaçı uzun illərdir yəqin ki, əqd olmadan başqa şəxslərin torpağından qanunsuz istifadə edə bilməzdi. İddiaçı cavabdeh təşkilatla arasında yaranan mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3, 157.1, 222, 355.2, 357, 358, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.2, 8.0.3, 10.2.1, 15, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddələrinə istinad olunmuşdur.
4. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-7236/2024 nömrəli qərardadı ilə Sultanova (Kəlbeliyeva) Reyhan Rafiq qızı, Sultanova (Qəhrəmanova) Sevinc Rafiq qızı, X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş sənədlərdə uyğunsuzluqlar mövcuddur. Daşınmaz əmlakın xx.xx.2006-cı il tarixli 4-Ə/53 reyestr nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsi JN-412 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən 2.42 ha təşkil edir və 5 mülkiyyətçinin hər birinə 0.484 ha ölçüdə məxsusdur. Müqavilədə alqı-satqı olunan torpaq sahəsi 1.7598 ha miqdarında qeyd olunub və satıcı tərəf kimi yalnız 1 mülkiyyətçinin, “X6“ adı qeyd edilmişdir. Sözügedən müqavilədə “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına” əsasən adambaşına düşən pay torpaq sahəsindən artıq satılmışdır.
6. Üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
b) Tərəflərin iştirakı və izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Üçüncü şəxslər ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
10. JN-412 kod: 30307038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarı ilə X13 və onun ailə üzvlərinə (X19, X4, X14 və X15) ümumilikdə 2,42 ha (412 nömrəli planşet üzrə 17598,01 m2 və 412n nömrəli planşet üzrə 6578 m2) torpaq sahəsi ayrılmışdır.
11. Quba rayon Notariat Kontorunun 04 mart 2006-cı il tarixli AN-İ ******* nömrəli alqısatqı müqaviləsinə əsasən Quba rayon Digah kəndində yerləşən 17598,01 m2 torpaq sahəsi X13 tərəfindən X1.
12. JN-0697 kod: 30307038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3 Quba rayon Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 4-ə-1335 nömrəli və xx.xx.2006-cı il tarixli, 4-ə-53 saylı müqavilələri əsasında ümumilikdə 2,66 ha torpaq sahəsi ayrılmışdır.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixli, 4-ə-53 reyestr nömrəli müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır.
14. xx.xx.2006-cı il tarixli AZ-İ 195631 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2006-cı il tarixində vəfat etmişdir.
15. xx.xx.2011-ci il tarixli AZ-İ 456410 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2011-ci il tarixində vəfat etmişdir.
16. xx.xx.2006-cı il tarixli, 233175 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 və X14 arasında nikah bağlanmış və nikah bağlandıqdan sonra arvadın soyadı Qəhrəmanova olaraq dəyişdirilmişdir.
17. xx.xx.2008-ci il tarixli, 447455 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 və X15 arasında nikah bağlanmış və nikah bağlandıqdan sonra arvadın soyadı Kəlbəliyeva olaraq dəyişdirilmişdir.
18. Quba regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin 29 sentyabr 2024-cü il tarixli, 3897 nömrəli məktubundan məlum olur ki, xx.xx.2012-ci il tarixli V-660 reyestr nömrəli vərəsəlik işinə əsasən X4 xx.xx.2006-cı il tarixdə vəfat etmiş X12 qanun üzrə vərəsəsi sırasına daxildir.
19. Quba regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin 29 sentyabr 2024-cü il tarixli, 3896 nömrəli məktubundan məlum olur ki, xx.xx.2024-cü il tarixli V-853 reyestr nömrəli vərəsəlik işinə əsasən isə X9 və X10 xx.xx.2011-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsəsi sırasına daxildir.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaçı tərəfə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş sənədlərdə uyğunsuzluqlar mövcuddur. Daşınmaz əmlakın xx.xx.2006-cı il tarixli 4-Ə/53 reyestr nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsi JN-412 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən 2,42 ha təşkil edir və 5 mülkiyyətçinin hər birinə 0,484 ha ölçüdə məxsusdur. Müqavilədə alqı-satqı olunan torpaq sahəsi 1,7598 ha miqdarında qeyd olunub və satıcı tərəf kimi yalnız 1 mülkiyyətçinin, “X6“ adı qeyd edilmişdir. Sözügedən müqavilədə “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına” əsasən adambaşına düşən pay torpaq sahəsindən artıq satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
21. Üçüncü şəxslər X4, X10 və X5 etibarnamə üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrində qeyd edilmişdir ki, onlara məxsus olan JN-412 kod:30307038 nömrəli Dövlət Aktında göstərilən 412 planşet nömrəli 1,759 ha torpaq sahəsini xx.xx.2006-cı il tarixdə İddiaçı satmışlar və ləğv olunması barədə müraciət etməmişlər. Həmin torpaq sahəsi ilə bağlı heç bir şikayət və tələbləri yoxdur.
22. Üçüncü şəxslər X4, X10 və X9 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, həqiqətən torpaq sahəsinin 1,759 ha hissəsi xx.xx.2006-cı il tarixdə iddiaçı X1. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. İddianı qəbul edirlər. İddiaçıya qarşı heç bir şikayət və tələbləri yoxdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
24. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
27. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
32. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
33. Belə ki, JN-412 kod: 30307038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarı ilə X13 və onun ailə üzvlərinə (X19, X4, X14 və X15) ümumilikdə 2,42 ha (412 nömrəli planşet üzrə 17598,01 m2 və 412n nömrəli planşet üzrə 6578 m2) torpaq sahəsi ayrılmışdır. Quba rayon Notariat Kontorunun 04 mart 2006-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayon Digah kəndində yerləşən 17598,01 m2 torpaq sahəsi X13 tərəfindən X1. Bundan sonra İddiaçı adına JN-0697 kod: 30307038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlanmışdır. İddiaçı 17598,01 m2 torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş sənədlərdə uyğunsuzluqlar mövcuddur. Daşınmaz əmlakın xx.xx.2006-cı il tarixli 4-Ə/53 reyestr nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsi JN-412 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən 2,42 ha təşkil edir və 5 mülkiyyətçinin hər birinə 0,484 ha ölçüdə məxsusdur. Müqavilədə alqı-satqı olunan torpaq sahəsi 1,7598 ha miqdarında qeyd olunub və satıcı tərəf kimi yalnız 1 mülkiyyətçinin, “X6“ adı qeyd edilmişdir. Sözügedən müqavilədə “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına” əsasən adambaşına düşən pay torpaq sahəsindən artıq satılmışdır.
34. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, 17598,01 m2 torpaq sahəsi nova Səringül Əli qızı tərəfindən X2 və sonuncunun adına JN-0697 kod: 30307038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlanmışdır. Həm məhkəmə mübahisəsi yaranan vaxtadək, həm də məhkəmə icraatın gedişində JN- 412 kod: 30307038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adları qeyd olunmuş üçüncü şəxslər ərizə ilə müraciət edərək həmin torpaq sahəsinin onlar tərəfindən iddiaçıya satıldığını təsdiqləmiş və həmin torpaq sahəsinə dair hər hansı tələblərinin olmadığını bildirmişlər. Göründüyü kimi, torpaq sahəsi Dövlət Aktında adı qeyd olunan şəxslərdən yalnız biri tərəfindən alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılsa da, digər şəxslər (vəfat edən şəxslərin qanuni vərəsələri daxil olmaqla) sonradan həmin əqd bağlanmasının bəyənilmişlər. Eyni zamanda həmin alqı-satqı müqaviləsi əsasında iddiaçının adına müvafiq Dövlət Aktı da işlənib hazırlanmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir.
35. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
37. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.
38. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).
39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayonu, Digah kəndi ərazisində yerləşən 17598,01 m2 torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Quba rayonu, Digah kəndi ərazisində yerləşən 17598,01 m2 torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli