Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-342/2021 04.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X13 Mövlətxan oğlunun katibliyi ilə Üçüncü şəxslər X4 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxslər X4, X3 (uşağı X16 ilə birlikdə) X29 ərazisi, ev 2192D saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı üçüncü şəxslər X4, X3(uşağı X16 ilə birlikdə) X29 ərazisi, ev 2192D saylı evdən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın 123-2640/2T-3220 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri X32 ev 2192D iddiaçının xüsusi mülkiyyətindədir. 2016-cı ildə cavabdehlərin xahişi əsasında iddiaçının mənzilinə qeydiyyata düşüblər. Üçüncü şəxslər qeydiyyat düşdükləri tarixdən də həmin mənzildə yaşamayıblar. Həmin faktı iddia ərizəsinə əlavə olunmuş Sumqayıt şəhəri Corat bağlar üzrə məhəllə komitəsinin aktı ilə təsdiq edir. Üçüncü şəxslərin qeydiyyatdan çıxarılması məqsədi ilə Sumqayıt şəhər Polis İdarəsinə yazılı surətdə ərizə ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər Polis idarəsinin rəsmi məktubunda da qeyd olunur ki, iddiaçının Sumqayıt şəhər Polis İdarəsinə ünvanladığı ərizəsinə Sumqayıt ŞPİ-nin Qeydiyyat Məsələləri Bölməsində baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması aşağıdakı hallarda mümkündür: yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-öliim aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Odur ki, X3, X4 və X5 qeydiyyatdan çıxarılmasına görə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi üçüncü şəxslər ümumiyyətlə hazırki sözügedən mənzildə yaşamayıblar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdikdə şəxs qeydiyyatdan çıxarılmalıdır. Beləliklə də hazırda üçüncü şəxslərin mənzildə qeydiyyatda olması iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məeburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "inzibati orqanların Təsnifatından görünür ki. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi müəyyən olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1 -ci maddəsinə görə məeburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Belə ki, cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə. onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktm qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktm qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmiş və məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh inzibati orqan iddiya münasibətində etirazın olmadığı bildirilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X6, X14, X7, X9, X17, X19, X10, X22, X15, X18, X2 şəhəri, X32 ev 2192D ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan xx xxx 2016-cı il tarixli Aktda qeyd olunmuşdur ki, X1 şəhəri, X32 ev 2192D ünvanında xx.xx.2016-cı il tarixdən, X10 xx.xx.2016-cı il tarixdən, X16 xx.xx.2017-ci il tarixdən qeydiyyatdadır, hal-hazırda qeyd edimiş ünvanda yaşamırlar. İş materiallarında olan RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2192 D ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan üçüncü şəxslər X6 və X4 ərizəsində qeyd olunur ki, üçüncü şəxslər həqiqətən həmin ünvanda qeydiyyatda olsalar da heç vaxt həmin ünvanda yaşamamışdırlar, hazırda iddiaçının iddia tələbinə dair heç bir iradları yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinə görə, yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Hazırkı işdə də iddiaçının özünün mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxardılmasını istədiyi üçüncü şəxslərin mənzil üzərində istifadə hüququ müəyyən olunmur. İş materiallarından və üçüncü şəxslərin izahatlarından görünür ki, onlar Sumqayıt şəhəri, X32 ev 2192D ünvanında qeydiyyatda olsalar da, həmin ünvanda faktiki olaraq yaşamayıblar. Məhkəmə araşdırması zamanı həmin şəxslərin sözügedən mənzildə yaşaması, yaşayış sahəsinə istifadə hüququnun olması müəyyən edilməmişdir. Üçüncü şəxslər X6 və X4 məhkəməyə təqdim etdiyi ərizələrində də qeyd olunur ki, üçüncü şəxslər həqiqətən həmin ünvanda qeydiyyatda olsalar da heç vaxt həmin ünvanda yaşamamışdırlar, hazırda iddiaçının iddia tələbinə dair heç bir iradları yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və üçüncü şəxslər X4, X3 (uşağı X16 ilə birlikdə) X29 ərazisi, ev 2192D saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 və X3 (X6 azyaşlı uşağı X16 ilə birlikdə) X29 ərazisi, ev 2192D saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-342/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-342/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver