Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3420/2023 03.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X2 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinə qarşı “cavabdehin üzərinə Azəbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin xx.xx.2023-cü il tarixli 90 nömrəli göndərişinin qanunsuz hesab edilməsi və ləğv edilməsi öhdəliyinin qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin 17 avqust 2023-cü il tarixli, 3-43-53/2-578/2023 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsində hərbi qeydiyyatda olan çağırışçı İddiaçı verilən 26 aprel 2023-cü il tarixli 90 saylı göndəriş ləğv edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, məhkəmədə iddia qaldırdıqdan sonra ünvanlarına məktub gəlmişdir ki, Siyəzən rayon bölməsinin xx.xx.2023-cü il tarixli 90 nömrəli göndərişi ləğv edilmişdir, onları narahat edən yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Cavabdeh orqanın 17 avqust 2023-cü il tarixli, 3-43-53/2-578/2023 saylı məktubundan və iddiaçının nümayəndəsinin izahatından görünür ki, Siyəzən rayon bölməsinin mübahisələndirilən xx.xx.2023-cü il tarixli 90 nömrəli göndərişi ləğv edilmişdir. Bu halda məhkəmə hesab edir ki, mübahisə qalmadığına görə iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Əlavə olaraq məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, onların vəkili ziyan tələb edəcəklərini bildirmişdir. İddiaçı tərəfə izah olunsun ki, belə tələbləri olarsa həmin tələbə ayrıca icraatda baxıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinə qarşı “cavabdehin üzərinə Azəbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin xx.xx.2023-cü il tarixli 90 nömrəli göndərişinin qanunsuz hesab edilməsi və ləğv edilməsi öhdəliyinin qoyulması”na dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3420/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3420/2023
03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver