Məhkəmə qərarları › İş №2-1(118)-343/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-343/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-343/2021 26.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Alekseyevka Bələdiyyəsi tərəfindən 25 yanvar 2009-cu il tarixli torpaqların alqı-satqısına dair Akt əsasında ona satılmış 0,02 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi”-nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba rayon Alekseyevka Bələdiyyəsi tərəfindən 25 yanvar 2009-cu il tarixli torpaqların alqı-satqısına dair Akt əsasında ona satılmış 0,02 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 06 yanvar 2020-ci il tarixli, **********05 saylı məktubu ilə iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Alekseyevka Bələdiyyəsinin ümumi istifadədə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən 0,02 ha torpaq sahəsinin iddiaçıya satılması barədə Quba rayon Alekseyevka Bələdiyyəsi tərəfindən 16 aprel 2007-ci il tarixli 13 saylı qərar qəbul edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2008-ci il tarixli 1296 nömrəli rəyi ilə alqı-satqı predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu, satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğu bildirilərək torpaq sahəsinin satılması qanunamüvafiq hesab edilmişdir. X12 və Xəritəçəkmə Komitəsinin digər rəyi ilə Quba rayon Alekseyevka Bələdiyyəsinin 16 aprel 2007-ci il tarixli 13 saylı qərarı kəndin prespektiv inkişaf fonduna ayrılmış torpaq sahəsindən sahibkarlıq məqsədilə İddiaçı ayrılmış torpaqla bağlı tərtib olunmuş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün onun adına “Torpaq sahəsinin planı və ölçüsü sənədi” hazırlanması məqsədə uyğun hesab edilmişdir. Bundan sonra 25 yanvar 2009-cu il tarixli torpaqların alqı-satqısına dair Akt əsasında iddiaçıya satılmışdır. Bu məqsədlə tərəfindən Alekseyevka Bələdiyyəsinin hesabına 1000 manat pul vəsaiti ödənilmişdir. Bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair iddiaçının adına Quba rayon şöbəsi tərəfindən 27 mart 2014-cü il tarixli AN 496884 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq X14 kitabında 99 nömrə ilə uçota alınmışdır. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması və buna müvafiq çıxarış və plan öiçü sənədinin hazırlanması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, həmin təşkilat tərəfindən iddiaçının müraciətinin həllindən **********05 saylı 06.08.2020-ci il tarixli məktubla imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, guya ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi lərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlarla faktiki koordinatlar arasında 5,5 m fərq mövcuddur. Bundan əlavə həmin torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin prespektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrindən kənarda yerləşi və kənd təsərrüfatı təyinatlı (örüş) örüş torpaq sahəsi kimi göstərilmiş əraziyə düşür. Aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız hesab edilməklə Quba şəhəri ərazisində yerləşən, 25 yanvar 2009-cu il tarixli torpaqların alqı-satqısına dair Akt əsasında iddiçıya satılmış 0,02 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi idarəsinə həvalə edilməlidir. Belə ki, “X14ı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən X14ına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. X14ının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinin tələbinə görə X14ı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. X14ı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. X14ının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq kadstr sənədlərinin aparılması qaydaları”nın 5-ci bəndinə əsasən həmin dövrdə vahid torpaq kadastr sənədləri sistemini tamamlayan digər texniki sənədləri, arayışları və formaları Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi hazırlayır və təsdiq edirdi. Həmin qərarla təsdiq edilmiş "X14ı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında” əsasnamənin 2-ci bəndinə əsasən Dövlət torpaq Kadastrı fondu Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sərəncamında olmuşdur. Qanunvericiliyin bu tələbindən də göründüyü ki, ona satılan torpaq sahəsinin satılmamışdan əvvəl yaşayış məntəqələrinin prespektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrində yerləşməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilmiş və ilkin torpaq ayırma sənədlərinə uyğun torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Həmin sənəddə göstərilən koordinatlarla faktiki koordinatlar arasında hər hansı fərq yoxdur. Qeyd olunan torpaq sahəsindən bu günədək fasiləsiz və mübahisəsiz istifadə edir. Göründüyü kimi cavabdehin imtinası tamamilə əsassızdır və formal xarakter daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-cı maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları göstərilmişdir. Cavabdehin imitnasında qeyd olunmuş əsaslardan heç biri həmin Qanunun 15-ci maddəsində öz əksini tapmamışdır. Həmin Qanunun 8.0.1 -ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1 -ci maddəsinin tələbinə görə inzibati icraatzamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinin tələbinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlərgörür. Azərbaycan Respublikası Konstitusiyasının 71 -ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 141.1 -ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. HəminMəcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1 –ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 157.1–ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövləttərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0.02 ha sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 09.06.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə edilmiş Quba rayonu, Alekseyevka bələdiyyəsinin 16.11.2007-ci il tarixli 13 saylı qərarı ilə sahibkarlıq üçün satılmış 0.02 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlarla faktiki koordinatlar arasında 5.5 metr fərq mövcuddur. Bundan əlavə, həmin torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrindən kənarda yerləşir və kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi kimi göstərilmiş əraziyə düşür. Bildirirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Həmin məcəllənin 16-cı maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7.2. maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 06.08.2020-ci il tarixli, **********05 nömrəli məktubla imtina olunmuşdur. Bildirirlər ki, qeyd olunduğu kimi mübahisələndirilən Quba rayonu, Alekseyevka bələdiyyəsinin 16.11,2007-ci il tarixli 13 saylı qərarı ilə sahibkarlıq üçün satılmış 0.02 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə cavabdeh inzibati orqanın iddiaya etirazında qeyd etdikləri əsaslarla razılaşır və hesab edir ki, imtina əsaslı olmuşdur. Beləki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları;ehtiyat fondu torpaqları. Hazırkı mübahisənin yaranmasının əsasını iddiaçın istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsinin olması təşkil edir. İddiaçı qeyd edir ki, Alekseyevka Bələdiyyəsinin ümumi istifadədə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən 0,02 ha torpaq sahəsinin iddiaçıya satılması barədə Quba rayon Alekseyevka Bələdiyyəsi tərəfindən 16 aprel 2007ci il tarixli 13 saylı qərar qəbul edilmişdir.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2008-ci il tarixli 1296 nömrəli rəyi ilə alqı-satqı predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu, satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğu bildirilərək torpaq sahəsinin satılması qanunamüvafiq hesab edilmişdir.X12 və Xəritəçəkmə Komitəsinin digər rəyi ilə Quba rayon Alekseyevka Bələdiyyəsinin 16 aprel 2007-ci il tarixli 13 saylı qərarı kəndin prespektiv inkişaf fonduna ayrılmış torpaq sahəsindən sahibkarlıq məqsədilə İddiaçı ayrılmış torpaqla bağlı tərtib olunmuş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün onun adına “Torpaq sahəsinin planı və ölçüsü sənədi” hazırlanması məqsədə uyğun hesab edilmişdir. Bundan sonra 25 yanvar 2009-cu il tarixli torpaqların alqı-satqısına dair Akt əsasında iddiaçıya satılmışdır. Bu məqsədlə tərəfindən Alekseyevka Bələdiyyəsinin hesabına 1000 manat pul vəsaiti ödənilmişdir. Bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair iddiaçının adına Quba rayon şöbəsi tərəfindən 27 mart 2014-cü il tarixli AN 496884 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq X14 kitabında 99 nömrə ilə uçota alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiki, iddiaçının qeyd edilən müvafiq sənədləri mövcuddur. Ama mübahisənin əsasını iddiaçının istifadəsində olan torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı örüş sahəsinin olması təşkil edir. Beləki, cavabdeh inzibati orqan qeyd edir ki, həmin torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrindən kənarda yerləşir və kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi kimi göstərilmiş əraziyə düşür İddiaçı tərəf 17 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatətində iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmiş, “X10 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssislərinin ekspertizaya cəlb edilməsini xahiş etmiş, ekspert qarşısında aşağıdakı sualların qoyulmasını təklif etmişdir.

1. Quba rayon Alekseyevka bələdiyyəsi tərəfindən 25 yanvar 2009-cu il tarixli torpaqların alqı-satqısına dair akt əsasında mənə satılmış 0,02 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən kordinatlar daxilində yerləşirmi?

2. Həmin torpaq sahəsinin təyinatı (kateqoriyası) və məqsədli istifadə növü (uqodiyası) müəyyən edilsin. İddiaçı tərəfə izah edilmişdir torpaq sahəsinin kateqoriyasının və uqodiyasının müəyyən edilməsi müvafiq dövlət qurumu tərəfindən müəyyən olunur. İddiaçının nümayəndəsi tərəfsiz mütəxəssisin rəyin məhkəməyə təqdim edəcəyini bildirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Quba rayonu Alekseyevka kənd sakini İddiaçı “X11 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə daxil olmuş müraciəti ilə bağlı həmin MMC-nin “Mütəxəssis rəyində” qeyd edilir ki, Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər məlum oldu:

1. Ərizəçiyə satılmış 0,02 ha torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları ilə natura arasında sürüşmə olduğundan həmin koordinatlar tikilinin şimal hissəsində 5 metr, cənub hissəsində isə 7 metr şərq tərəfə sürüşmə ilə həmin plan ölçü sənədində qeyd edilmişdir.

2. Ərazinin yerquruluşu sxemində təqdim olunan torpaq sahəsinin uqodiyası örüş yeri göstərilsə də faktiki olaraq həmin ərazi Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsinin kənarında yerləşməklə çınqıl-qırmadaş döşənmişdir və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin 30 dekabr 2008-ci il tarixli 1296 saylı rəyində qeyd edildiyi kimi yararsız torpaq sahəsidir. Məhkəmə həmin sənədi torpaq sahəsinin təyinatının və uqodiyasının müəyyən olunması ilə bağlı sübut kimi qəbul etməsə belə, iddiaçının onun iddiasının təmini üçün əsas hesab etdiyi həmin sənəddə qeyd edilmişdir ki, ərazinin yerquruluşu sxemində təqdim olunan torpaq sahəsinin uqodiyası örüş yeri göstərilmişdir. Beləliklə, ərazinin yerquruluşu sxemində təqdim olunan torpaq sahəsinin uqodiyasının örüş yeri olması mübahisə olunmur. Bu isə torpaq sahəsi ayrılan zaman qanunvericiliyin tələblərinin pozulduğunu göstərir və məhkəmə hesab edir ki, bu hal iddianın rədd olunması üçün kifayət edir. Beləki, Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Topraq Məcəlləsinin 16-cı maddəsinə əsasən:

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.

5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1—4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır.

6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.

7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"-nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi örüş torpaqlarının şəxslərin mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.” Qeyd edilənlərdən göründüyü kimi cavabdeh inzibati orqan dövlət reystrində saxlanılan məlumata əsasən sözügedən torpaq sahəsinin örüş torpaq sahəsi olduğunu və qanunvericiliyə görə onun alğı-satqı predmeti ola bilməyəcəyini bildirmiş, qanunvericiliklə ona verilmiş səlahiyyətlər çərçivəsində əsaslı olaraq imtina etmişdir. Bu isə hüquq müdafiə vasitəsi olaraq, hazırkı iddianın əsaslı olmadığını göstərir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar