Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-343/2024 08.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsinə əsasən iddiaçı əsl İddiaçı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Novxanı kəndi Ş.Qurbanov küçəsində yerləşən 0.08 ha torpaq sahəsi DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1157A nömrəli şəhadətnaməsinə əsasən Nümayəndə və onun oğlu Samir Vəlizadənin mülkiyyətinə verilmişdir. Sonuncu öz payına düşən 0.04 ha torpaq sahəsini 2018-ci ildə Sevinc Turovskayaya satmışdır. Torpaq sahəsi satılarkən cavabdeh qeydiyyat orqanı tərəfindən bölgü eskizi tərtib edilmişdir. Bölgü eskizi onlar tərəfindən razılaşdırılmamış və imzalanmamış və bölgüdən sonra cavabdeh tərəfindən onlara təqdim edilməmişdir. O, dəfələrlə cavabdehə müraciət edərək torpaq sahəsinin sərhədlərinin naturada onlaraq təqdim edilməsini xahiş etmiş, cavabdeh tərəfindən naturada təqdim edilərkən müəyyən edilmişdir ki, Samir Vəlizadə ilə Sevinc Turovskaya razılaşdırılmış hissədə koordinatlar qeydə alınmamışdır. Bu zəmində qonşular arasında narazılıqlar başlamışdır. Torpaq sahəsi faktiki olaraq 0.10 ha-dan ibarət olsa da, sənəd üzrə iddiaçıya 0.036 ha, S.Turovskayaya isə 0.04 ha, faktiki isə 0.06 torpaq sahəsi ayrılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək müvafiq düzəlişlərin edilməsini xahiş etsə də, müraciəti təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs qismində cəlb edilmiş X3 iddianı qəbul etmədi və izah etdi ki, o, Sevinc Turovskayaya satılmış 0.04 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. O, həmin torpaq sahəsində tikinti işləri aparmaq istəyərkən Nümayəndə hər dəfə həmin torpaq sahəsinin və gediş-gəliş yolunun ona məxsus olmasını iddia edərək münaqişəli vəziyyət yaratmış, onun torpaq sahəsinə yeganə giriş-çıxış yolunu məhdudlaşdırmışdır. Daha sonra o, məcburiyyət qarşısında qalaraq vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, həmçinin mülkiyyətindən sərbəst istifadəni məhdudlaşdırmağa yönəlmiş hərəkətlərə son qoyulması barədə iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırmazı zamanı müəyyən edilmişdir ki,daha öncə bölgü eskizi əsasında Nümayəndə və Vəlizadə Samirə məxsus olmuş torpaq sahəsi sənəd üzrə 0.0.6 olduğu halda, faktiki vəziyyətdə 0.0407 ha təşkil edir və həmin əlavə torpaq sahəsi ona satılmış torpaq sahəsinə aiddir. Bundan sonra o, zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair əlavə iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ona məxsus torpaq sahəsinə gedən yola girişin bağlanması Nümayəndə və X8 qadağan edilmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi əslində ona satılmış torpaq sahəsinin bir hissəsidir, iddiaçı həmin torpaq sahəsi üzərində hər hansı hüquqa malik deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbinin bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından müəyyən edildi ki, JN-1157A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0.08 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən 0.08 ha torpaq sahəsinin 0.04 ha hissəsi alqı-satqı müqaviləsi və bölgü eskizinə əsasən xx.xx.2018-ci il tarixli **********40 reyestr nömrəsi ilə X2, 0.036 ha hissəsi Nümayəndə, daha sonra bağışlama müqaviləsi və bölgü eskizi əsasında İddiaçı adına qeydə alınmışdır. Özgəninkiləşdirilməmiş yerdə qalan 0.04 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin bölgüsü haqqında Saziş”də istinad olunan və əlavə olunan bölgü eskizinə əsasən, yol (keçid) üçün saxlanılmışdır. Bölgü eskizi Saziş müqaviləsi tərəfindən təsdiq edilmişdir. İş üzrə məhkəmə-texniki tikinti ekspertizası rətin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazilriyinin Məhkəmə Ekspertiza sı Mərkəzinə müraciət edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı mülkiyyətində olan 0.036 ha torpaq sahəsi naturada mövcuddur və torpaq sahəsinin plan və ölçü sənədində göstərilən ölçülərə uyğundurmu? Kənarlaşma varsa hansı həcmdədir? 2) üçüncü şəxs X1 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi naturada mövcuddur və torpaq sahəsinin plan və ölçü sənədində göstərilən ölçülərə uyğundurmu? Kənarlaşma varsa hansı həcmdədir? 3) iddiaçı və üçüncü şəxsin faktiki istifadələrində olan torpaq sahələri xx.xx.2018-ci il tarixli bölgü eskizinə uyğundur? 4) üçüncü şəxs N.İsmayılovanın mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış üçün (yol kimi) istifadə olunan torpaq sahəsi üzərində kimi mülkiyyət hüququ qeydə alınmışdır, alınmışdırsa hansı hissədə və ölçüdə alınmışdır? 5) iddiaçının və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış yolu faktiki yerində (naturada) üst-üstə düşürmü? Faktiki giriş-çıxış yolu sənədlərdə nəzərdə tutulmuş yolla eynilik təşkil edirmi? Ekspert vəsatətlə məhkəməyə müraciət edərək qərardadda qoyulan suallarla əlaqədar təqdqiq olunan torpaq sahəsinə dair faktiki məlumatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. Göstərilən suallar üzrə mütəxəssis tərəfindən aşağıdakı rəy verilmişdir : 1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2019-cu il tarixli **********02 reyestr nömrə ilə qeydiyyat çıxarışına əsasən İddiaçı adına mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.036 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə cavabdeh İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasındakı fərq 0 0052 ha (52 kv m) təşkil edir. 2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, X1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə iddiaçı X1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasındakı fərq 0.0035 ha (35 kv m) təşkil edir.
3. 3-cü,4-cü və 5-ci sualların cavablandırılması qeyddə cavablandırılmışdır. Qeyd : ilkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0.08 ha olduğu halda plan və ölçü sənədi koordinatlarına əsasən texniki səhv olaraq 0.085 ha tərtib edilmişdir. Bölgü eskizində yalnız sənəd üzrə torpaq sahəsinin azalan hissəsi (40 kv m) göstərilmişdir. Bölgü sxemi tərtib edilərkən plan və ölçüdə qeyd olunan texniki səhv (0.005 ha) ümumi istifadədə olan yol olaraq çıxılmış və texniki səhv aradab qaldırılmışdır. Hüquqmüəyyənedici sənədlərdən (0.08 ha torpaq sahəsindən) 40 kv m hissəsi yol olaraq çıxıldığından bölgü eskizində yalnız 40 kv m qeyd olunmuşdur. Azərbaycan Respublikasə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/1104 saylı 22 aprel 2024-cü il tarixli rəyində eksoert qarşısında qoyulan suallara aşağıdakı kimi cavab verilmişdir : 1)Baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçının faktiki istifadəsində 412 kv m torpaq sahəsinin olduğu, mülkiyyətinə verilmiş torpaq sahəsindən (360 m2) 52 kv m kənara çıxdığı, kənara çıxılan 52 kv m torpaq sahəsinin 37 kv m hissəsinin üçüncü şəxs X1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. 2) Baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, üçüncü şəxs X6 faktiki istifadəsində 435 kv m torpaq sahəsinin olduğu, mülkiyyətinə verilmiş torpaq sahəsindən (400 m2) 35 kv m kənara çıxdığı müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, faktiki istifadə olunan 435 kv m torpaq sahəsinin 351 kv m hissəsi onun mülkiyyətinə verilmiş torpaq sahəsidir. Yerdə qalan 49 m2 (400-351=49) torpaq sahəsinin 12 kv m hissəsi faktiki gediş-gəliş yolunda, 37 kv m hissəsi isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. 3) Qərardadın birinci və ikinci suallarının cavablarında qeyd olunanlara əsasən, iddiaçı və üçüncü şəxsin faktiki istifadələrində olan torpaq sahələrinin xx.xx.2018-ci il tarixli bölgü eskizinə uyğun olmadığı müəyyən edilmişdir. Qərardadın dördüncü və beşinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2-2435/2024 nömrəli mütəxəssis rəyinə əlavəyə əsasən qeyd olunur ki, bölgü sazişində qeyd olunan, bölgü eskizinə əsasən ümumi yol iddiaçının (mütəxəssis rəyində texniki səhv olunmuş və “cavabdehin” olaraq qeyd olunmuşdur) sənəd üzrə mülkiyyətində olmasına baxmayaraq, sonradan 40 kv.metr hissəsi yol kimi azaldılmışdır. Faktiki gediş-gəliş yolunun 12 kv m hissəsi sənəd üzrə X1 xüsusi mülkiyyətində, qalan hissəsi sənəd üzrə heç bir vətəndaşın xüsusi mülkiyyətində yerləşmir. Qeyd: İlkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0.08 ha olduğu halda plan və ölçü sənədi koordinatlarına əsasən texniki səhv olaraq 0.085 ha tərtib edilmişdir. Bölgü eskizində yalnız sənəd üzrə torpaq sahəsinin azalan hissəsi (40 kv m) göstərilmişdir. Bölgü sxemi tərtib edilərkən plan və ölçüdə qeyd olunan texniki səhv (0.005 ha) ümumi istifadədə olan yol olaraq çıxılmış və texniki səhv aradan qaldırılmışdır. Hüquqmüəyyənedıci sənədlərdən (0.08 ha torpaq sahəsindən) 40 kv m hissəsi yol olaraq çıxıldığından bölgü eskizində yalnız 40 kv m qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırmazı zamanı müəyyən edildi ki, bölgü eskizi tərəflər (Nümayəndə və X9 bir tərəfdən və X4 digər tərəfdən) arasında razılaşdırılmış və saziş müqaviləsi isə təsdiq edilmişdir. Həmin bölgü eskizinə görə 0.08 ha torpaq sahəsindən 0.04 ha torpaq sahəsi S.Turovskayanın, 0.036 ha hissəsi S.Vəlizadə və Nümayəndə, 0.004 ha hissəsi ümumi gediş-gəliş yolu kimi saxlanılmışdır. Hazlrki iddiaçı və üçüncü şəxs N.İsmayılova həmin saziş üzrə birbaşa tərəf olmasalar da, torpaq sahəsini həmin qaydada bölünmüş vəziyyətdə öz mülkiyyətlərinə qəbul etmişlər. Ekspert rəyi ilə müəyyən edildi ki, iddiaçının mülkiyyətində 360 kv m torpaq sahəsindən əlavə 52 kv m naturada mövcuddur və həmin 52 kv m torpaq sahəsinin 37 kv m hissəsi üçüncü şəxs N.İsmayılovanın mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür; üçüncü şəxs N.İsmayılovanın mülkiyyətində olan 400 kv m torpaq sahəsindən əlavə 35 kv m naturada mövcuddur, faktiki istifadəsində olan 435 kv m hissəsinin 351 kv m hissəsi onun mülkiyyətində olan torpaq sahəsidir, yerdə qalan 49 kv m torpaq sahəsinin 12 kv m hissəsi faktiki gediş-gəliş yolunda, 37 kv m hissəsi isə iddiaçınnı faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir və beləliklə, iddiaçının və üçüncü şəxsin faktiki istifadələrində olan torpaq sahələrinin xx.xx.2018-ci il tarixli bölgü eskizinə uyğun olmadığı müəyyən edilmişdir. Bundan başqa ekpsert tədqqiqatı ilə müəyyən edilmişdir ki, bökgü eskizinə əsasən ümumi yol iddiaçının mülkiyyətində olmasına baxmayaraq sonra 40 kv m hissəsi yol üçün azaldılmışdır. Hazırda həmin yolun 12 kv m hisssi sənəd üzrə N.İsmayılovanın mülkiyyətində, qalan hissəsi heç bir bətəndaşın xüsusi mülkiyyətində yerləşmir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi xx.xx.2018-ci il tarixli bölgü eskizinin və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişin edilməsini tələb edir. Məhkəmə bölgü eskizinin tərəflər (Nümayəndə və S.Vəlizadə və S.Turovskaya) arasında tərtib edilmiş saziş müqaviləsinin şərtlərinə görə tərtib edildiyi və sazişin onlar tərəfindən imzalandığını nəzərə alaraq hesab edir ki,həmin bölgü eskizinin dəyişdirilməsi tələbi mülki qaydada baxılacaq mübahisələrə aiddir. Ekspert rəyinə görə bölgü eskizinin göstəricilərindən kənara çıxmalar müəyyən edilsə də, bu hallar iddiaçının vəziyyətini pisləşdirmir və hər hansı şəkildə hüquqlarını pozmur. İddiaçı və üçüncü şəxs arasında yaranmış mülki qaydada həll diləcək mübahisədir və torpaq sahəsinin qanunsuz istifadədən geri alınması və ya servitut müqaviləsinin bağlanılması yolu ilə həll edilə bilər. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Vəfa Əzizova