Məhkəmə qərarları › İş №2-1(118)-3438/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3438/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3438/2022 21.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmək haqqının hecikdirilməsinə görə 135.720 manat pulun və mənəvi zərərə görə 50.000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əmək haqqının hecikdirilməsinə görə 135.720 manat pulun və mənəvi zərərə görə 50.000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı Dövlət Gömrük Komitəsinin xx.xx.1996-cı il tarixli 203 saylı əmri ilə Xudafərin Gömrük İdarəsinin rəis müavini vəzifəsindən azad edilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli qətnaməsi ilə onun işə bərpa və məcburi işburaxmaya görə 2 ay 5 günlük müddət üçün ayda 69326 manat hesab ilə 139807 manat Azərbaycan Respublikasıı Dövlət Gömrük Komitəsindən tutularaq ona ödənilməsi barədə iddiası təmin edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minməsindən 26 il ötməsinə baxmayaraq qətnamə icra olunmur. Hazırda iddiaçı icra sənədinin icra olunmaması ilə bağlı qətnamə çıxarıldığı gündən icra olunduğu günə qədər hər gecikdirilmiş gün üçün müəyyən olunmuş əmək haqqının azı bir faizi məbləğində ödənin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mərkəzi Banklı və Statistika Komitəsinin verdiyi arayışa əsasən köhnə manatla 139807 manat nominal olaraq 27.96 manat təşkil edir. İnflayisya göstəricisi kimi qəbul olunmuş ustehlak qiymətləri indeksi 2022-ci ilin mart ayında 1996-cı ilin may aylna nisbətən 370.7 faiz təşkil edir. Beləliklə, iddiaçıya ödəniləcək məbləğ 135.720 manat təşkil edir : 27.96 x 370,7 % =103.64 manat x 20 % (günlük gecikdirmə) = 20.72 x 21 (gün) = 435 x 312 (ay) = 135.720 manat. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahan verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının eyniməzmunlu uddua tələbi Bakl İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Bundan başqa Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qətnamə ilə tutulmalı olan pul məbləğinin indeksasiyasının aparılmasına dair iddiaçının ərizəsi təmin edilmişdir. Hazırki tələbə qətnaməni qəbul etmiş məhkəmə qətnamənin icrası qaydasında baxmalıdır. Hazırki iddia tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün sayılmamalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin predmeti məhkəmə qətnaməsinin icra edilməməsi ilə bağlı tutulmalı olan məbləğin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq faizlərlə birlikdə və mənəvi zərərin ödənilməsi barədədir. Məhəkmə araşdırması zamanı müəyyən edildi ki, Yasamal rayon xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli qətnaməsi hazıradək icra edilməmişdir. İddiaçı həmin qətnaməyə görə ona ədiənilməsi müəyyən edilmiş 2 ay 5 günlük proqula görə 139807 manatın işəgötürən tərəfindən icra edilməməsinə görə indeksasiya edilməsi və həmin məbləğə görə hər gecikdirilmiş hər gün üçün 20 % ödəncin, məhkəmə qətnaməsi icra edilmədiyindən vurulmuş mənəvi zərərin ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qanunvericiliyin tələbləriundən götründüyü kimi q\tnamənin icrası zamaı tutulmalı pul məbləğinin indeksasiyası iddia icraatı qaydasında deyil, qətnamənin icrası ilə bağlı ərizə əsasında qətnamə qəbul etmiş məhkəmə təəfindən baxılmalı və məhkəmə qərardadı qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, hazırda qətnamə icra olunmadığından gecikdirilmiş günlərin sayının və yekun məbləğin miqdarının da müəyyən edilməsi mümkün deyildir. Məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia tələbinə mülki mühakimə qyadasında baxılmalı olduğundan inzibati məhkəmə icraatı baxılması mümkün sayılmamalıdır. Bundan başqa mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb üzrə iddiaçının cavabdehə ilkim müraciəti mövcud deyildir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi müraciətindən görünür ki, o, yalnız 135720 manat məbləğində ödənilməsini tələb etmişdir ki, həmin tələb üzrə də iddianın mümkünlük şərti ödənilməmişdir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmək haqqının hecikdirilməsinə görə 135.720 manat pulun və mənəvi zərərə görə 50.000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmək haqqının hecikdirilməsinə görə 135.720 manat pulun və mənəvi zərərə görə 50.000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar