Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-344/2024 10.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (əlilliyin təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “C00059168VLZ saylı 088 formalı göndərişə əsasən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, C00059168VLZ saylı 088 formalı göndərişə əsasən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1972-ci ildə anadan olmuşdur. “Bel-oma fəqərələrinin osteonxondrozu. L5-S1 fəqərələrarası diskin sol tərəfli residiv yırtığı. Köksük ağrı sindromu. Əməliyyatdan sonrakı vəziyyət” xəstəliyinin daşıyıcısıdır. 2009-cu ildə L5- S1 fəqərələrarası diskin sol tərəfli yırtığı xəstəliyindən cərrahi əməliyyat olunmuşdur. Cərrahi əməliyyat, aparılmış konservativ müalicələr effektsiz olmuşdur. Qeyd edilən xəstəlik səbəbindən 2012-ci ildən başlayaraq iddiaçıya əlillik təyin edilmişdir. 1-ci dəfə 2009-cu ildə (fiksasiya xəstəliyindən), 2-ci dəfə 2012-ci ildə (fiksasiya xəstəliyindən), 3-cü dəfə 2016-cı ildə (fiksasiya xəstəliyindən) və 4-cü dəfə 2021-ci ildə (2 böyrəyinin fəaliyyəti dayandığı üçün böyrəyindən) əməliyyat olunmuşdur. Azərbaycan Respublikası ƏƏSMN-nin 12 saylı TSEK-in müayinə arayışına görə iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixinədək təkrar 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Növbəti əlillik təyini üçün 088 saylı göndəriş Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmişdir. Cavabdeh göndərişlərin ikisinin yanlış və natamam doldurulması səbəbi ilə geri qaytarmışdır. Həmin imtinada əlavə müalicəyə ehtiyacın olması qeyd edilmişdir. Cavabdeh tərəfindən verilən imtinalardan sonra qeydiyyatda olduğu 4 saylı Sumqayıt şəhər Xəstəxanası yenilənmiş göndərişi aidiyyatı üzrə pensiya təyini üçün cavabdehə göndərmişdir. Cavabdeh sonuncu dəfə əlillik təyinindən xx.xx.2023-cü ildə imtina etmişdir. İmtinaya səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, 2016-2021-ci illərdə Sumqayıt şəhər X1, “KamedDiaqnostika” müəssisəsində, “Bioloji- Təbabət” Klinikasında, ATU-nun X7, Sumqayıt şəhər 1 № Xəstəxanada, Mirqasımov adına Respublikası Klinik Xəstəxanada, 4 saylı Sumqayıt şəhər Xəstəxanasında müalicə və müayinə olunmuşdur. Eyni zamanda 4 saylı Sumqayıt şəhər Xəstəxanasında xx.xx.2021xx.xx.2021-ci və xx.xx.2022-xx.xx.2022-ci illərdə stasionarda müalicə olunmuşdur. Əlavə olaraq bildirir ki, şəhid qardaşı kimi Sumqayıt Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatdadır (vəsiqə №014375). X2 Ağdam uğrunda gedən döyüşlər zamanı xx.xx.1994-cü ildə şəhid olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2044/2023 saylı Qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspert rəyi (№ 361/2023 canlı şəxsin ekspertizası) məhkəməyə daxil olmuşdur. Həmin rəydə müayinənin nəticəsi olaraq qeyd edilmişdir ki, iddiaçı hazırda № 0530003AAJDK Forma 088 göndərişində qeyd edilən “Əsas diaqnoz: M51.1- Bel və digər şöbələrin fəqərələrarası disklərinin radikulopatiya ilə, fəqərələrin diffuz yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə. L5-S1 fəqərələrarası tez-tez residivləşən disk yırtığına görə aparılan cərrahi əməliyyatdan sonrakı vəziyyət Ağırlaşma: G90.8- Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom. Z98.8- Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. L5-S1 fəqərəarası tez-tez residivləşən disk yırtığına görə aparılan üç cərrahi əməliyyatdan sonrakı vəziyyət: 1.L5 fəqərə qövsünün sondan hissəvi hemilamlektomiyası. L5-S1 fəqərəarası diskin yırtığının xaric edilməsi (xx.xx.2009) 2. L5- S1 fəqərəarası diskin residiv yırtığının xaric edilməsi (xx.xx.2012) 3.Disk yırtığının xaric edilməsi, L5-S1 onurğa seqmentinin transpedikulyar fiksasiyası (20.12. 2016) hər iki sidik axarı daşı xəstəliyi. UROSEE əməliyyatından sonrakı vəziyyət. (23.0 G82.1- Spastik paraplegiya, Sol pəncənin parezi, sol baldırın hipesteziyası, R26hərəkətin və yerişin pozulmaları. Hərəki funksiyanın pozulması. M54.4- İşiasla gedən lümbaqo, vertebrogen lyumboişalgiya, tez-tez baş verən kökcük ağrı sindromu ilə” diaqnozda olan əsas xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkir. 3.4. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. İddiaçı əsas xəstəliyi və onun ağırlaşmalarından başqa № 0530003AAJDK Forma 088 göndərişində “D50-dəmir defısitli anemiya” yanaşı xəstəliyindən əziyyət çəkməsi də qeyd edilmişdir. 5. İddiaçı düçar olduğu əsas xəstəlik və onun ağırlaşmaları xroniki olduqlarından tam sağalmırlar, lakin kəskinləşərsə xəstənin vəziyyətindən asılı olaraq ambulator yaxud, stasionar müalicəyə cəlb oluna bilərlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T361/2023 saylı ekspert rəyi nəzərə alınmaqla C00059168VLZ saylı 088 formalı göndərişə əsasən onun əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı müraciətinə 1 (bir) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alnmışdır. Vətəndaşın əyani müayinə olunması haqqında cavab məktubunda iddiaçıya münasibətdə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 10 iyul 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etdi. Etirazı onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarinxinədək ümumi xəstəlik səbəbindən “Onurğanın osteoxondrozu. Fəqərələrin diffuz yayılmış osteoxondrozu, bel fəqərələrinin üstünlüyü ilə, L5-S1 fəqərəarası residivləşən disk yırtığına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. İşiasla gedən Lümbaqo. Vertebrogen lyumboişalgiya teztez baş verən kökcük ağrı sindromu ilə. Xroniki bel-oma radikuliti. Asteno-nevrotik sindrom” diaqnozu ilə təkrar bir il müddətinə ikinci dərəcə; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumi xəstəlik səbəbindən “Onurğanın osteoxondrozu. Fəqərələrin diffuz yayılmış osteoxondrozu, bel fəqərələrinin üstünlüyü ilə. L5-S1 fəqərəarası residivləşən disk yırtığına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. İşiasla gedən Lümbaqo. Vertebrogen lyumboişalgiya tez-tez baş verən kökcük ağrı sindromu ilə. Xroniki bel-oma radikuliti. Asteno-nevrotik sindrom” diaqnozu ilə təkrar Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə beş il müddətinə uzadılmış və ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, Sumqayıt 1 nömrəli Xəstəxanasının Poliklinika şöbəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək (əsas diaqnoz: “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, fəqərələrin diffuz yayılmış osteoxondrozu, bel fəqərələrinin üstünlüyü ilə. L5-S1 fəqərəarası tez-tez residivləşən disk yırtığına görə aparılan cərrahi əməliyyatdan sonrakı vəziyyət”; ağırlaşmalar: “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası tez-tez residivləşən disk yırtığına görə aparılan üç cərrahi əməliyyatdan sonrakı vəziyyət: 1) L5 fəqərə qövsünün soldan hissəvi hemilaminektomiyası. L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi (xx.xx.2009); 2) L5- S1 fəqərəarası diskin residiv yırtığının xaric edilməsi (xx.xx.2012); 3) Disk yırtığının xaric edilməsi, L5-S1 onurğa seqmentinin transpedikulyar fiksasiyası (xx.xx.2016); Hər iki sidik axarı xəstəliyi. UROSEE əməliyyatından sonrakı vəziyyət (2021). Ayaqaltı sinirin zədələnməsi. Sol pəncənin parezi, sol baldırın hiperesteziyası. İşiasla gedən Lümbaqo. Vertebrogen lyumboişalgiya tez-tez baş verən kökcük ağrı sindromu ilə. Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, çanaq üzvlərinin funksiya pozğunluğu reflektoru sidik ifrazı. Hərəkətin və yerişin pozulmaları, hərəkət funksiyasının pozulması”), göndərişin natamam doldurulması, elektroneyromioqrafiya müayinəsinin (göndərişdə EMQ müayinə nəticəsi: müayinə zamanı sol aşağı ətrafın sinirlərinə n.Peroneus, n.Tibialis, n.Suralis EMQ icra olunmuş, motor cavabın amplitudası həm n.Peroneus həm də n.Tibialis norma daxilində olmuş, n.Peroneus rezidual latentlik uzanıb, impulsun ötürücülük sürəti normal, aparılmış müayinə poliradikulopatiya üçün səciyyəvi olmuşdur) ağırlaşmaları təstiq etməməsi səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. Sumqayıt 4 nömrəli Xəstəxanasının Poliklinika şöbəsinin göndərişi əsasında, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş (əsas diaqnoz: “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, fəqərələrin diffuz yayılmış osteoxondrozu, bel fəqərələrinin üstünlüyü ilə. L5-S1 fəqərəarası tez-tez residivləşən disk yırtığına görə aparılan cərrahi əməliyyatdan sonrakı vəziyyət”; ağırlaşmalar: “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası tez-tez residivləşən disk yırtığına görə aparılan üç cərrahi əməliyyatdan sonrakı vəziyyət: 1) L5 fəqərə qövsünün soldan hissəvi hemilaminektomiyası. L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi (xx.xx.2009); 2) L5- S1 fəqərəarası diskin residiv yırtığının xaric edilməsi (xx.xx.2012); 3) Disk yırtığının xaric edilməsi, L5-S1 onurğa seqmentinin transpedikulyar fiksasiyası (xx.xx.2016); Hər iki sidik axarı xəstəliyi. UROSEE əməliyyətından sonrakı vəziyyət (2021). Ayaqaltı sinirin zədələnməsi. Sol pəncənin parezi, sol baldırın hiperesteziyası. İşiasla gedən Lümbaqo. Vertebrogen lyumboişalgiya tez-tez baş verən kökcük ağrı sindromu ilə), əsas diaqnozun ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə əlavə müayinə və müalicəyə ehtiyacı olması qərarı verilmiş, xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması ilə reyster məlumatları arasında uyğunsuzluq qeyd edilməsi səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir (aktiv sürücülük vəsiqəsi mövcuddur). Sumqayıt Tibb Mərkəzinin növbəti 01,09.2022-ci il tarixli V00016527İJX nömrəli göndərişi əsasında, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş (əsas diaqnoz: “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, fəqərələrin diffuz yayılmış osteoxondrozu, bel fəqərələrinin üstünlüyü ilə. L5-S1 fəqərəarası tez-tez residivləşən disk yırtığına görə aparılan cərrahi əməliyyatdan sonrakı vəziyyət”; ağırlaşmalar: “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası tez-tez residivləşən disk yırtığına görə aparılan üç cərrahi əməliyyatdan sonrakı vəziyyət: 1) L5 fəqərə qövsünün soldan hissəvi hemilaminektomlyaSfTT^T-.Sİ fəqərəarası disk yırtığının xaric edilməsi (xx.xx.2009); 2) L5-S1 fəqərəarası diskin residiv yırtığının xaric edilməsi (xx.xx.2012); 3) Disk yırtığının xaric edilməsi, L5-S1 onurğa seqmentinin transpedikulyar fiksasiyası (xx.xx.2016); Hərəkəti və yerişin pozulmaları, hərəkət funksiyasının pozulması, spastik paraplegiya, sol pəncənin parezi, sol baldırın hiperesteziyası. Vegetativ sinir sisteminin digər pozğunluqları, qabarıq asteno-nevritok sindrom”; yanaşı xəstəlik: “Essensial hipertenziya, Arterial hipertenziya İ dərəcə risk İİ”), göndərişin natamam doldurulması, aşağı ətrafın əzələ gücünün qeyd edilməməsi səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. Sonradan, xx.xx.2022-ci il tarixli C00059168VLZ nömrəli Sumqayıt Tibb Mərkəzinin rəsmiləşdirilmiş göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən qiymətləndirilərək (həmin diaqnoz və ağırlaşmalar ilə), əlavə müalicəyə ehtiyacı olması qərarı verilmişdir. Odur ki, iddaçıya ixtisaslaşmış tibb müəssisəsində müalicə aldıqdan sonra yenidən müraciət etməsi tövsiyə olunmuşdur. Bu qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən xx.xx.2023-cü il tarixli qiymətləndirmənin nəticəsi olaraq iddiaçıya bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, fəqərələrin diffuz yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə (L5-S1 fəqərəarası tez-tez residivləşən disk yırtığına görə aparılan cərrahi əməliyyatdan sonrkı vəziyyət) diaqnozu qoyulmuşdur. İş materiallarına iddiaçıya aid Uniklinika, Sumqayıt şəhər X5, “KamedDiaqnostika” müəssisəsi, “Bioloji-Təbabət” Klinikası, ATU-nun X11, Sumqayıt şəhər 1 №-li Xəstəxana, Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş xəstəlik kağızları, epikrizlər, rentgen müayinəsi, MRT müayinəsi əlavə edilmişdir. Cavabdehin 23 noyabr 2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixində vətəndaşın iştirakı ilə məhkəmə qərardadı əsasında DTSERA-da əyani müayinə keçirilmiş, müayinə zamanı şikayətləri baş ağrısı, baş gicəllənmə, bel nahiyyəsindən başlamaqla aşağı ətraflara irradiyasiya edən ağrılar, hissiyat pozğunluğu olmuşdur. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə aydın eşidilmiş, dili nəm, ərpsiz, qarnı yumuşaq və ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən, bəbəkləri dairəvi olmuş, D=S işığa qarşı reaksiya saxlanılmış, sümüküstü və vətər refleksləri D=S, canlı olmuş, baldır əzələlərində atrofiya qeyd edilməmiş, hər iki pəncədə hərəkətlər tam həcmdə, parez izlənilməmiş, sol pəncədə hərəkət ağrı hesabına qismən çətinləşmiş, əzələ gücü 5 bal kimi qiymətləndirilmişdir. Təqdim etdiyi sənədlər arasında, xx.xx.2012-xx.xx.2012-ci il tarixli stasionar xəstənin tibbi kartasından 757 nömrəli çıxarışına əsasən diaqnoz ”Bel-oma fəqərələrinin osteoxondrozu. L5-S1 fəqərəarası diskin sol tərəfli residiv yırtığı. Kökcük-ağrı sindromu. Əməliyyatdan sonrakı vəziyyət”; “Medika Hospital”ın xx.xx.2016-xx.xx.2016-cı il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Onurğa sütununun bel nahiyyəsinin osteoxondrozu. L5 fəqərəsinin retrolistezi. L5-S1 fəqərələrarası disk yırtığı. Soltərəfli ikincili kökcük sindromu. Əməliyyatdan sonrakı vəziyyət.”; 4 nömrəli Sumqayıt şəhər Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sol ayaq pəncəsinin parezi, hərəkət funksiyasının pozulması ilə, sol baldır, pəncənin hiperestaziyası”; 4 nömrəli Sumqayıt şəhər Xəstəxanasının xx.xx.2022- xx.xx.2022-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri”; Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 16.11,2022-ci il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışa əsasən diaqnoz “L5-S1 fəqərəarası disk yırtığına görə aparılan cərrahi əməliyyatdan sonrakı vəziyyət diskogen radikulopatiya, kökcük ağrı sindromu ilə sol aşağı ətrafın distal parezi” şəklində göstərilmiş, göndərişdə xx.xx.2009-cu il tarixində “L5 fəqərə qövsünün soldan hissəvi hemilaminektomjyası, L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi” əməliyyatının icra olunduğu<c|ey^edilsədə,buna dair heç bir sənəd təqdim etməmişdir. Həmçinin, X8 təqdim etdiyi xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsinə əsasən, müayinə zamanı sol aşağı ətrafın sinirlərinə n.Peroneus, n.Tibialis, n.Suralis EMQ icra olunmuş, motor cavabın amplitudası həm n.Peroneus, həm də n.Tibialis norma daxilində, sensor cavabın amplitudası, sürəti n.Suralis aşağı olmuş, aparılan müayinə sol aşağı ətrafın radikulopatiyası və n.Peroneus neyropatiyası lehinə dəyərləndirilmiş və əlillik təyinatına əsas verməmişdir. Göndərişlərdə olan məlumatlara əsasən “(G83.1) Aşağı ətrafın monoplegiyası, sol aşağı ətrafın distal parezi” diaqnozu öz təsdiqini tapmamış, vətəndaşda əlillik təyinatı aparılması üçün nəzərdə tutulan heç bir ağırlaşma aşkarlanmamışdır. Həmçinin, “(N39.3) Qeyri-iradi sidik ifrazı, çanaq üzvlərinin funksiya pozğunluğu, reflektor sidik ifrazı” diaqnozu rəsmiləşdirilmiş göndərişdə qeyd edilsə də, müayinə zamanı vətəndaş, bununla bağlı heç vaxt şikayəti olmadığını bildirmişdir. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malikdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 38-ci maddə: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd: Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bənd: Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd: Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd: Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası 2.1-ci bənd: Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bənd: Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bənd: Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bənd: TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1.2-ci bənd: Göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bənd: Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları Əsasnamənin 6.1.10-cu bəndinə əsasən müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik) (R26) müşahidə olunan şəxsə əlillik təyin edilir. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.
Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı Sinir və sümük-əzələ sisteminə aid simptomlar və əlamətlər (R25-R29) R25 Anormal qeyri-iradi hərəkət R26 Yeriş və hərəkət pozğunluqları R27 Koordinasiyanın digər pozğunluğu R29 Sinir və sümük-əzələ sisteminə aid olan digər simptomlar və əlamətlər
Digər dorsopatiyalar (M50-M54) M51 Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddə: Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
6. Məhkəmənin mövqeyi
Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 11 və 12 saylı 16 yanvar 2020-ci il tarixli Əsasnamələrin tələbləri baxımından müəyyən olunur ki, şəxsə əllillik dərəcəsinin təyin edilməsi məqsədi ilə özü və ya müalicə həkimi Həkim Məsləhət Komissiyasına müraciət edir. Həkim Məsləhət Komissiyası şəxsin tibbi müayinəsini həyata keçirir, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Sonra Komisiya tərəfindən həmin nəticələr siyahısı müəyyən edilmiş tibb müəssisələrinə göndərilir və həmin tibb müəssisələri müayinə olunmuş şəxin xəstəlikləri barəsində göndərilmiş məlumatlar əsasında Forma 88 adlı sənədi tərtib edərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edir. Qeyd olunan Forma 88 adlı arayışın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komisiyası (TSEK) şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Tibb müəssisələri tərəfindən verilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. İşdən göründüyü kimi iddiaçı barəsində xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək ümumi xəstəlik səbəbindən “Onurğanın osteoxondrozu, fəqərələrin diffuz yayılmış osteoxondrozu, bel fəqərələrinin üstünlüyü ilə, L5-S1 fəqərəarası residivləşən disk yırtığına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. İşiasla gedən Lümbaqo. Vertebrogen lyumboişalgiya tez-tez baş verən kökcük ağrı sindromu ilə. Xroniki bel-oma radikuliti. Asteno-nevrotik sindrom” diaqnozu ilə təkrar bir il müddətinə ikinci dərəcə, daha sonra xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumi xəstəlik səbəbindən “Onurğanın osteoxondrozu. Fəqərələrin diffuz yayılmış osteoxondrozu, bel fəqərələrinin üstünlüyü ilə. L5-S1 fəqərəarası residivləşən disk yırtığına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. İşiasla gedən Lümbaqo. Vertebrogen lyumboişalgiya tez-tez baş verən kökcük ağrı sindromu ilə. Xroniki bel-oma radikuliti. Asteno-nevrotik sindrom” diaqnozu ilə təkrar avtomatlaşdırılmış şəkildə beş il müddətinə uzadılmış və ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra yeni göndəriş əsasında cavabdeh tərəfindən diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin aparılmış araşdırma nəticəsində və həkim rəylərinə əsasən müəyyən edilmişdir ki, iddiaçıda “Əlilliyin müəyyən olunması meyarlarının” 6.1.10-cu bəndinə əsasən müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik) (R26) halı müşahidə olunur ki, bu da şəxsə əlillik təyinatı üçün əsas verir. Məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıda mövcud xəstəliklərin qanunvericilikdə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi üçün ona əlillik statusunun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı C00059168VLZ saylı 088 formalı göndərişə əsasən əlillik dərəcəsinin təyin edilməsi (orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi) öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev