Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-344/2025 30.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil Camış oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “İddiaçı 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “İddiaçı 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə Azərbaycan Respublikası, Füzuli rayonunun Kürtlar kəndində anadan olmuşdur. 26 avqust 1978-ci il tarixdən 18 may 1979-cu il tarixinə kimi Füzuli rayonunun Lenin adına sovxozun 9 nömrəli briqadasında fəhlə işləmişdir. 18 may 1979-cu il tarixdən 10 iyun 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 21 oktyabr 1981-ci il tarixində Füzuli rayonunun Lenin adına sovxozun 9 nömrəli briqadasından işdən azad edilmişdir. 19 oktyabr 1981-ci il tarixdə Oktyabr İnqilabının 50 illiyi adına “Azərkimya” X5 Sintez zavodunun xlor istehsalatının elektrolitik qələvinin alınması sexində 3-cü dərəcəli aparatçı vəzifəsinə işə qəbul edilmişdir. 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitunun gündüz şöbəsində təhsil almışdır. 13 sentyabr 1988-ci il tarixdə “Azərkimyatəmir” Trestinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli təmİrçi çilingər vəzifəsinə qəbul edilmişdir. 03 noyabr 1988-ci il tarixdə usta vəzifəsinə keçirilmişdir. 08 yanvar 1994-cü il tarixdə 1 nömrəli sahəyə iş icraçısı təyin edilmişdir. 01 avqust 1994-cü il tarixdə həmin 1 nömrəli sahəyə sahə rəisi təyin edilmişdir. 01 sentyabr 1998-ci il tarixdə işdən azad edilmişdir. 01 iyun 1999-cu il tarixdən 01 dekabr 1999-cu il tarixinə kimi işsizlik müavinəti təyin edilmişdir. 10 yanvar 2001-ci il tarixdə “Azərkimya” X5 Sintez zavodunun texnoloji avadanlıqların təmiri və quraşdırılması sexinin qeyri standart avadanlıqların təmiri və quraşdırılması sahəsinə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. 21 fevral 2003-cü il tarixdə təmir -tikinti, korroziyadan mühafizə və əhaliyə məişət xidməti sexinə sahə rəisi vəzifəsinə keçirilmişdir. 01 sentyabr 2005-ci il tarixdə izolyasiya və korroziyadan mühafizə sexinə sahə rəisi vəzifəsinə keçirilmişdir. 01 mart 2006-cı il tarixdə həmin sexdə sex rəisinin müavini vəzifəsinə keçirilmişdir. 20 oktyabr 2008-ci il tarixdə təmir- tikinti, izolyasiya və korroziyadan mühafizə sexinə izolyasiya və korroziyadan mühafizə sahəsinin rəisi vəzifəsinə keçirilmişdir. 01 iyul 2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 02 iyul 2010-cu il tarixdə “Azərkimya” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Təmir-Tikinti sahəsinə iş icraçısı vəzifəsinə təyin edilmişdir. 05 yanvar 2011-ci il tarixdə 1 saylı Mexaniki- Quraşdırma sahəsinə iş icraçısı vəzifəsinə keçirilmişdir. 01 dekabr 2011-ci il tarixdə izolyasiya sahəsinə 12-ci dərəcəli sahə rəisi vəzifəsinə keçirilmişdir. 10 aprel 2012-ci il tarixdə 2 saylı izolyasiya sahəsinə 12-ci dərəcəli sahə rəisi vəzifəsinə keçirilmişdir. 10 iyun 2019-cu il tarixdə 2 saylı izolyasiya sahəsində 13-cü dərəcəli sahə rəisi vəzifəsinə keçirilmiş və hal-hazırdada həmin vəzifədə işləyir. 26 avqust 1978-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək 42 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak etmiş iddiaçı Vəkil Camış oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, 2-1(118)-4591/2023 nömrəli iş üzrə iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edirlər. İddiaçı cavabdeh orqana müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının qanunla tələb edilən güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda bildirirlər ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının cavabdeh orqana təqdim etdiyi SOCAR Təmir-Tikinti idarəsinin 06 iyun 2023-cü il tarixli 14 nömrəli arayışında xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Təmir-tikinti və mexaniki quraşdırma sahələrində iddiaçının iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində yoxlanılması nəticəsində çalışdığı müəssisədə vaxtilə attestasiya zamanı işlədiyi iş icraçısı vəzifəsinin zərərli peşə hesab edilmədiyi üçün məzuniyyət və əmək haqqına əlavə hesablanmadığı müəyyən edilmişdir. Bu fakt “Azəri ki m ya” İstehsalat Birliyi “Təmir-Tikinti” idarəsinin 7 iyul 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Əlavə olaraq bildirirlər ki, SOCAR Təmir-Tikinti idarəsi tərəfindən İddiaçı dair verilmiş sözügedən arayışda da işlədiyi sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olması barədə yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilməmişdir. İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 10 gün (xx.xx.1981 xx.xx.1983-cÜ İl, 03.11 .1988-xx.xx.1994-cÜ il, xx.xx.2005-xx.xx.2005-ci il və Of.0'1.2006xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: cavabdeh orqanın 27 iyul 2023-cü il tarixli imtina məktubu; X3 “Etilen-Polietilen” X8 165 saylı, xx.xx.2023-cü il tarixli və 166 saylı, xx.xx.2023-cü il tarixli arayışları; ИТ-İ ******* nömrəli əmək kitabçasının surəti; РВ № 040256 saylı diplomun surəti və digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslı iddiadır. İş materilları ilə müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdehin 27 iyul 2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinasını İddiaçı iş stajına aid məlumatların yerində yoxlanılması nəticəsində çalışdığı müəssisədə vaxtilə attestasiya zamanı işlədiyi iş icraçısı vəzifəsinin zərərli peşə hesab edilmədiyi üçün məzuniyyət və əmək haqqına əlavə hesablanmadığı, əlavə olaraq SOCAR Təmir-Tikinti idarəsi tərəfindən İddiaçı dair verilmiş sözügedən arayışda da işlədiyi sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olması barədə qərarda qeyd edilən hər hansı peşə və ya vəzifəyə istinad olunmadığı kimi göstərmişdir. Göründüyü kimi inzibati iş üzrə mübahisə iddiaçının zəruri olan güzəştli iş stajı ilə bağlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi-yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş РВ № 040256 saylı diplomdan görünür ki, iddiaçı 29 avqust 1983-cü il tarixindən 24 iyul 1988-ci il tarixinədək təhsil almışdır. İş materiallarında olan HЗ № ******* saylı hərbi biletdən müəyyən edilir ki, o, 18 may 1979-cu il tarixindən 10 iyun 1981-ci il tarixinədək hərbi xidmətdə olmuşdur və qeyd olunan illərin onun ümumi iş stajına daxil edilməsi halı cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixədək, həmçinin xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2023cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan hallar X6-Polietilen zavodu tərəfindən verilmiş 164 saylı, 06 iyun 2023-cü il tarixli və 165 saylı, 06 iyun 2023cü il tarixli arayışlarla da təsdiq olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan başqa cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində “sahə rəisi” vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin (29) mütəxəssislər yarımbəndinə (b) tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları vəzifələri nəzərdə tutulmadığından, güzəştli iş stajına aid edilə bilməz. Cavabdeh iddiaçının müraciətindən imtinasının əsası kimi də qeyd edilən arqumenti əsas gətirmişdir. Beləliklə hazırki inzibati işdə iddiaçıya pensiya təyini ilə bağlı mübahisənin əsasını iddiaçının xüsusi iş stajına malik olub-olmaması təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı dəlili əsassızdır. İddiaçının işlədiyi vəzifələrin adları “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda birbaşa nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iş icraçısısahə rəisi güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, X4-Polietilen zavodu tərəfindən verilmiş 164 saylı, 06 iyun 2023-cü il tarixli və 165 saylı, 06 iyun 2023-cü il tarixli, 166 saylı, xx.xx.2023-cü il tarixli arayışlarda qeyd edilir ki, iddiaçının çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının, 8-ci bölməsinin 8.1.1 bəndinə əsasən (xlor, kaustik soda; antikorroziya tərkiblərinin və örtük sexlərinin işçiləri) həmin vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Göründüyü kimi, iddiaçının fəaliyyət göstərdiyi vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda birbaşa nəzərdə tutulmaması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Cavabdeh inzibati işin icraatı zamanı qeyd etdiyi arqumenti təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq yuxarıda adı qeyd olunan iş materiallarında olan vəzifə təlimatları və arayışlarla iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının pensiya kapitalı və iş stajı ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, cavabdehin həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva