Məhkəmə qərarları › İş №2-1(118)-3452/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3452/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3452/2025 30.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2X4 (Seyidov Anar Əmirxan oğlu və "xxxx" QSC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: çıxarış və plan-ölçünün verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X4 (Seyidov Anar Əmirxan oğlu və "xxxx" QSC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “çıxarış və planölçünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, cavabdehin hərəkətlərini qaunsuz hesab etməklə Abşeron rayonu Qobu bələdiyyəsinin 17 may 2007-ci il tarixli qərarına əsasən Abşeron rayonu, Qobu bələdiyyəsi ərazisində yerləşən 0.4 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarış, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşməsi barədə ərizəni məhkəməyə təqdim edərək Abşeron rayonu, Qobu bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçının sahibliyinə və istifadəsinə ayrılmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X5 kitabında xx.xx.2014-cü il tarixdə, 24373 nömrə ilə uçota alınmış, A seriyalı 511690 nömrəli Torpaq sahəsinin plan və ölçüsü təsdiq edilmiş, Abşeron rayonu Qobu bələdiyyəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeyd olunan hüquq müəyyənedici sənədlərə əsasən X2 həvalə edilməsi barədə qərar qəbul edlməsini xahiş etmişdir.

3. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh X7 ilə əvəz edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən cavabdeh əsl olan cavabdeh X7 ilə əvəz edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Qobu bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli, 1311 nömrəli rəyi nəzərə alınaraq, Abşeron rayonu Qobu bələdiyyəsi inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahələrindən Abşeron rayonu Qobu bələdiyyəsi ərazisindən 0.04 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı satılmışdır. Qobu bələdiyyəsi iddiaçı arasında torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur, həmin akt Qobu bələdiyyəsinin möhürü, bələdiyə sədrinin imzası ilə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin möhürü və şöbə müdirinin imzası ilə təsdiq olunmuş və X8 və X1 və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində xx.xx.2013-cü il tarixdə, 1316/13 nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli torpaqların alqı-satqısına dair Akta əsasən iddiaçı Qobu bələdiyyəsinin hesabına 400 (dörd yüz) manat haqq ödəmişdir. Bundan başqa ona Dövlət Torpaq və X1 və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X5 kitabında xx.xx.2014cü il tarixdə, 24373 nömrə ilə uçota alınmış, A № 511690 seriyalı Torpaq sahəsinin plan və ölçüsü iddiaçıya təqdim edilmişdir. Həmin plan ölçüyə əsasən, torpaq sahəsinin koordinatları təsdiq edilmişdir.Torpaq sahəsinin plan və ölçüsünə əsasən iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsinin faktiki ölçüsü 400 kvm müəyyən edilmişdir. Torpaq sahəsi hal-hazırda iddiaçının qanuni sahibliyində və istifadəsindədir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7n 4 saylı Abşeron Ərazi İdairəsinə xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 saylı qərarı ilə sahibliyinə və istifadəsinə ayrılmış, Abşeron rayonu Qobu bələdiyyəsi ərazisində yerləşən 400 kvm torpaq sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Ərizə 4 saylı Abşeron Ərazİ idarəsində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabeh idarənin mühəndisi torpaq sahəsinə gəlmiş, baxış keçirmiş, ölçmə işləri aparmışdır. İddiaçı ərizəsinin cavabını öyrənmək üçün 4 saylı Abşeron Ərazi İdarəsinə getmiş və orada ona bildirilmişdir ki, iddiaçıya poçt vasitəsi ilə imtina məktubu göndərilib. İddiaçı imtina məktubu ilə tanış olarkən məlum oldu ki, onun sahibliyində olan torpaq sahəsinin **********44 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Buna görə də ərizəsinin icrasından imtina edilmişdir. İddiaçı belə hesab edir ki, cavabdehin yuxanda qeyd olunan hərəkətsizliyi qanunsuz hesab edilməli və onun tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir.

6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 178.8 , prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur.

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3452/2025 nömrəli qərardadına əsasən Seyidov Anar Əmirxan oğlu və "xxxx" QSC hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.

8. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin başqa şəxsə məxsus **********44 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən olunmuşdur.

9. Üçüncü şəxs "xxxx" QSC iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışından görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi Seyidov Anar Əmirxan oğlunun mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Seyidov Anar Əmirxan oğlunun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində xüsusi mülkiyyətli yaşayış məntəqələrinin torpaqları olan 0.04ha torpaq sahəsi Seyidov Anar Əmirxan oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. AR ƏN Abşeron rayonu 2 saylı notariat konturu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan daşınmaz əmlak üzrə hər hansı məhdudiyyət və yüklülüyün qeydiyyata alınmadığı məlum olmuşdur. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əlavə olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X7 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən 3-21-3-32/2-9835/2025 saylı 18 iyun 2025 -ci il tarixli məktubla ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə **********44 reyestr nömrəli çıxarışla Seyidov Anar Əmirxan oğlunun sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmədiyi öz təsdiqini tapmışdır. X6 Əmirxan oğluna təqdim edilmiş çıxarışın ləğv edlməsi üçün səbəb mövcud deyildir, bu səbəbdan iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunur.

b) Tərəflərin iştirakı və izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

12. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

13. Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı nömrəli qərarına əsasən İddiaçı 0,04 ha torpaq sahəsi ayrılmışdır.

14. Torpaqların alqı-satqısına dair aktla müəyyən olunur ki, Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı nömrəli qərarı ilə həmin bələdiyyənin ərazisində 0,04 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. İddiaçı tərəfindən 400 manat haqq ödənilmişdir. Həmin X8 və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

15. Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda İddiaçı ayrılmış 0,04 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və ölçüləri göstərilmişdir.

16. xx.xx.2013-cü il tarixli, 26 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Qobu bələdiyyəsinin bank hesabına 400 manat məbləğində ödəniş edilmişdir.

17. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2013-cü il tarixli rəyində qeyd edilmişdir ki, Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən vətəndaş İddiaçı 400 metr olmaqla fərdi ev tikmək məqsədi ilə ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir.

18. A seriyalı 511690 nömrəli torpaq sahəsinin planı və ölçüsü Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış 0,04 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X3 kitabında xx.xx.2014-cü il tarixli, 24373 nömrəsi ilə uçota alınmışdır.

19. X2X7n 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin başqa şəxsə məxsus **********44 reyestr nömrəli torpaq sahəsi ilə üstüstə düşdüyü, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

20. Məhkəmənin sorğusuna cavab olaraq X2X7n 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba xx.xx.2018-ci il tarixli, **********4 qeydiyyat nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əlavə olunmuşdur.

21. Məhkəmənin sorğusuna cavab olaraq X2X7n 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə **********44 reyestr nömrəli çıxarışla Seyidov Anar Əmirxan oğlunun sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşən, kənd təsərrüfatı kateqoriyalı (örüş) torpaqlara aid olduğu aşkar edilmişdir və müraciətdə qeyd olunan torpaq sahəsinə dair müqayisəli ortofoto məktuba əlavə olunmuşdur.

22. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,04 ha ölçüdədir. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsi qismən daş hasarla sərhədlənib. Torpaq sahəsi **********44 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin faktiki koordinatları əlavə edildi.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

24. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

27. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

32. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

33. Belə ki, Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı 0,04 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Daha sonra iddiaçı tərəfindən Qobu bələdiyyəsinin bank hesabına 400 manat məbləğində ödəniş edilmişdir. İddiaçı 0,04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin başqa şəxsə məxsus **********44 reyestr nömrəli torpaq sahəsi ilə üstüstə düşdüyü, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən olunmuşdur.

34. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, məhkəmənin sorğusuna əsasən mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin çıxarışlar və verilməsinə əsas olmuş sənədlərdən görünür ki, torpaq sahələrinin təyinatı yaşayış məntəqələri torpaqları qeyd olunmaqla cavabdeh tərəfindən mülkiyyət hüquqları qeydə alınmış və çıxarışlar verilmişdir. Bundan başqa həmin şəxslərə verilmiş çıxarışların ilkin qeydə alınması üçün əsas kimi iddiaçıya da torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı olmuşdur. Eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir.

35. Digər imtina səbəbi kimi torpaq sahəsinin başqa şəxsə məxsus **********44 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Bununla bağlı məhkəmə tərəfindən sorğu ünvanlanmış və X2X7n 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə **********44 reyestr nömrəli çıxarışla Seyidov Anar Əmirxan oğlunun sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür.

36. Qeyd olunan məktuba əlavə edilmiş ortofoto görüntüsündən görünür ki, Ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi **********44 reyestr nömrəli çıxarışla Seyidov Anar Əmirxan oğlunun sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin qonşuluğunda yerləşməklə həmin torpaq sahələri üst-üsə düşmür. İddiaçı tərəf də iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək A seriyalı, 511690 nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd olunmuş torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Göründüyü kimi sözügedən imtina əsası da hazırkı vaxtda aradan qalxmışdır. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir.

37. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

39. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.

40. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).

41. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, A seriyalı, 511690 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlara uyğun olaraq Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,04 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2X2 üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı: İddia təmin edilsin. A seriyalı, 511690 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlara uyğun olaraq Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,04 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2X2 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar