Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3453/2023 16.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1999-cü ilə kimi olan müddətdə sosial sığorta stajının müəyyən edilməsi və pensiya təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, xx.xx.1955-ci ildə anadan olmuşdur. xx.xx.1970-ci ildə 35 saylı X8 ləktəbinə daxil olmuşdur. (Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 011-ci il 99 saylı qərarı ilə Sumqayıt 10 saylı Peşə Liseyi kursunu bitirmişdir. xx.xx.1973-cü ildən Əmək fəaliyyətinə başlamış, xx.xx.1974-cü il hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən qayıdaraq xx.xx.1976-cı ildən xx.xx.1986-cı il tarixədək N saylı hərbi hissədə fəhlə işləmişdir. “Azmənzilsanayetikintitəmir” birliyinin 1 saylı Təmir Tikinti Quraşdırma idarəsində xx.xx.1986-cı ildən 1990-cı ilədək təmirçi-çilingər işləmişdir. Yenə əmək fəaliyyətini davam etdirib xx.xx.1977-ci ildən 12.12.199-cu ilə kimi Azmənzilsanayetikintitəmir” birliyinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işləmişdir. Ümumilikdə 28 il umumi əmək stajı vardır. Hal-hazırda 63 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bununla əlaqədar cavabdeh orqana müraciət etmiş, 10 iyul 2019-cu il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, şöbəyə təqdim etdiyi ərizəyə əmək kitabçasını təqdim etmədiyi üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunsuzdur. Hal-hazırda iddiaçı əmək kitabçamı təqdini edə bilmir, ona görə ki, nə vaxtsa naməlum şəraitdə əmək kitabçasını bitirmişdir. Bununla əlaqədar cavabdeh orqan ona pensiya təyin edilməsindən imtina edilmişdir. Hansıki, iddiaçı iş yerləri barədə arxiv arayışlarının cavabdeh orqana təqdim etmişdir. Ona görə də hesab edir ki,məhkəmə tərəfindən əmək fəaliyyətində olmaqla sığorta stajı müəyyən olunmalı və pensiya hüququ tanınmalıdır. Hazırda təkrarən cavabdeh orqana müraciət etmişdir, Lakin cavabdeh orqan Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 sayh fərmanına istinad edərək həmin fərmanla “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilmiş dəyişiklərə əsasən 63 yaşa çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatından imkan verdikdə sığorta stajından aslı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququnun olduğunu göstərərək ona pensiya təyin etməkdən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək nsiyalannın təyin edilməsi,yenidən hesablanması,bir növündən başqa növünə keçirilməsi və lənilməsi qaydalarının 3.2-ci maddəsinə istinad edərək 2006-cı il yanvarın 1-dək sığorta unanlarm qazanılmış əmək pensiyası hüquqlarını nəzərə alınması üçün iş stajı əmək kitabçasında müəyyən edilməsini müəyyən edilməsini göstərmişdir. xx.xx.1997-ci İdən xx.xx.1999-cu ilə kimi “’Azmənzilsanayetikintitəmir” birliyinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işləmə faktı üzrə müvafiq yoxlama aparıldığını bu faktın öz təsdiqini tapmadığını qeyd edilmişdir. Halbuki, № 838432 şəhadətnamə Azərbaycan Təmir Tikinti idarəsində işlədiyini təsdiq edən sənəddir. Cavabdeh orqanın dəlilləri ilə razılaşmır. Bütün əmək fəaliyyəti barədə sənədlər işə əlavə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, müvafiq müraciətin olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə inzibati orqana müraciət etməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Məhkəmənin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı 15 may 1986-cı il tarixdən 1996-cı ilədək və 06 yanvar 1997-ci ildən 12 dekabr 1999cu il tarixə kimi işlədiyi dövrlərin sosial sığorta dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsinə” dair iş olmuş, Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(118)-294/2021 saylı Qərarı ilə iddia rədd edilmişdir. (hakim Vəfa Əzizova) Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 1986-1996,1997-1999cu illərdə həmin müəssisədə işləməsi barədə müəssisənin verdiyi arayışların mötəbərliyi şübhə yaradır. İddiaçının 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamam olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. Göründüyü kimi iddia tələbinə mahiyyəti üzrə əvvəlcədən baxılmış və iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2018-ci il tarixli “R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bunlara aşağıdakılar aiddir: qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik. Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, Məhkəmənin 2-1(118)-294/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı preyudisial əhəmiyyət daşıyır. Hazırda iddia tərəfindən iddia tələbinə mahiyyəti üzrə baxılması üçün hərhansı yeni əsas təqdim etməmişdir və bununla bağlı inzibati orqana müraciəti də mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldıracağı eyni iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Habelə iddiaçıya izah edilsin ki, ona pensiya təyin edilməsi üçün yeni sübut və əsaslar təqdim edəcəyi təqdirdə pensiya təyinatının aparılması ilə bağlı cavabdeh orqana yenidən müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3453/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3453/2023
16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver