Məhkəmə qərarları › İş №2-1(118)-3457/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3457/2025

28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3457/2025 28.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüququ yarandığı gündən əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildən xx.xx.2021-ci ildə tərxis olunanadək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə Xidmətində yanğınsöndürən vəzifəsində xidmət etmişdir.İş saatında xidməti vəzifəni yerinə yetirərkən komaya düşmüş və xəstəxanaya aparılmışdır.Həmin gündən mütəmadi və fasiləsiz stasionar və amulator müalicələr alır. Müalicənin 6-cı ayı tamam olandan sonra cavabdehə ona əlillik təyin edilməsi üçün bir neçə dəfə göndəriş verilmiş, əyani komissiyadan keçmişdir. Lakin cavabdeh ona əlillik təyin edilməsindən əsassız imtina etmişdir. Bu səbəbdən 2023-cü ildə əlillik dərəcəsi təyin edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü ıl tarixli qərarı ilə iddia tələbim təmin edilmiş, əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azəıbaycatı Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilmişdir. xx.xx.2024-cii il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini almamış ona əlillik dərəcəsi təyin edilmişdir. Daha doğrusu nəticəni xx.xx.2024-cü il tarixdə imzalayaraq alt sistemə yerləşdirmişdir. Cavabdehin gəldiyi nəticə ilə razı deyil. Cavabdeh əlillik dərəcəsi təyin edərkən xəstəliklərini nəzərə almamışdır. Onun əziyyət çəkdiyi xəstəliklərin sağalmaq ehtimalı olmadığından ona 1 illik müddətə deyil, müddətsiz əlillik təyin edilməlidir. Cavabdeh inzibati orqanın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən orqanizm funksiyalarının 40 faiz pozulması ilə əlillik təyinatı aparılmışdır. Təyin edilmiş əlilliyin müddəti 1 il olmaqla xx.xx.2025-ci il tarixdə bitmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçı tərəfindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün yeni göndəriş rəsmiləşdirilməmişdir. Ona görə də iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2025-ci il tarixədək bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. İşin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəf də həmin müddət bitdikdən sonra əlilliyin təyin edilməsi üçün yenidən müraciət etdiyini və hazırkı vaxtda da ilkin və növbəti müayinələrin aparılması ilə bağlı dəvət oldunduğunu bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının sonuncu müraciətinə baxılaraq yekun qərar qəbul edilməmişdir. Hazırkı vaxtda iddiaçı ilə cavabdeh inzibati orqan arasında əlilliyin təyin edilməsi ilə bağlı hər hansı mübahisənin mövcud olması müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar