Məhkəmə qərarları › İş №2-1(118)-3459/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3459/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3459/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixində Sumqayıt şəhər 1 nömrəli doğum evində anadan olmuş uşaqlarının doğumu haqqında akt qeydi tərtib edilərkən atası haqqında məlumat qrafasında İddiaçı2 kimi qeyd olunması vəzifəsinin Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il tarixdə anadan olmuş övladlarının doğum haqqında ilkin şəhadətnaməsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan 07 oktyabr 2022-ci il tarixli 05/Q-345/15 saylı məktubla bildirmişdir ki, İddiaçı1 X4 ilə nikahının pozulması xx.xx.2021-ci ildə qeydə alındığından uşağın doğum haqqında akt qeydi tərtib edilərkən atası haqqında məlumat qrafasında İddiaçı2 deyil, X2 qeyd olunmalıdır. İddiaçılar cavabdehin imtina məktubu ilə razılaşmayaq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçılar 2021-ci ilin noyabr ayından faktiki olaraq nikah münasibətlərinə girərək ər-arvad kimi yaşamış və faktiki nikahlarından xx.xx.2022-ci il tarixində hamiləliyin 36-cı həftəsində Sumqayıt şəhər 1 nömrəli doğum evində bir qız övladı dünyaya gəlmişdir. Qız övladı dünyaya gəldikdən sonra övladına doğum haqqında şəhadətnamə alınması üçün Cavabdehnə rəsmi qayda da müraciət etsələr də, qeydiyyat şöbəsinin cavabında “X1 X6’mm 2.15-ci bəndinə əsas gətirərək (nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı nikah pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə valideynləri nikahdan olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır) bundan imtina etmiş və İddiaçı1 X4 ilə nikahın pozulması xx.xx.2021 -ci ildə qeydə alındığından uşağın doğumu haqqında akt qeydi tərtib edilərkən atası haqqında məlumat qrafasında İddiaçı2 deyil, X2 qeyd olunması qey etmişdir. İddiaçı1 əvvəlki həyat yoldaşı ilə faktiki olaraq 2021-ci ilin ortalarında ayrı yaşayıblar onlar aralarında olan nikahın pozulması üçün 2021-ci ilin ortalarında məhkəməyə müraciət ediblər və onların nikahı xx.xx.2021-ci il tarixdə rəsmi qaydada pozulmuş, qətnamə xx.xx.2021-ci il tarixində qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün qeydiyyat şöbəsinə göndərilmişdir. Yuxanda qeyd edilənlərdən də gösründüyü kimi İddiaçı1 ilə əvvəlki həyat yoldaşının ailə münasibətləri faktiki olaraq 2021-ci ilin avqust ayından ayrı yaşayırlar, onunla aralarında olan nikahın pozulması üçün isə 2021-ci ilin sentyabr ayında məhkəməyə müraciət edilmişdir. Lakin Cavabdeh bütün bunları nəzərə almadan uşağın doğum haqqında şəhasətnaməsində ata qrafasında İddiaçı2 qeyd etməkdən əsassız otaraq imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı şəxs Cavabdehnə qarşı 05 sentyabr 2022-ci ildə anadan olmuş uşaqlarının doğumu haqqında akt qeydi tərtib edilərkən atası haqqında məlumat qrafasında İddiaçı2 kimi qeyd olunması vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh aşağıda göstərilənlərə görə iddia tələbi ilə razılaşmır. Belə ki, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.15-ci bəndinə əsasən nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. İddiaçı1 X4 ilə nikahın pozulması xx.xx.2021-ci ildə qeydə alındığından uşağın doğumu haqqında akt qeydi tərtib edilərkən atası haqqında məlumat qrafasında İddiaçı2 deyil, X2 qeyd olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçılar xx.xx.2022-ci il tarixində Sumqayıt şəhər 1 nömrəli doğum evində anadan olmuş uşaqlarının doğumu haqqında akt qeydi tərtib edilərkən atası haqqında məlumat qrafasında İddiaçı2 kimi qeyd olunmasını istəyir. Cavabdeh isə qeyd edir ki, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.15-ci bəndinə əsasən nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. İddiaçı1 X4 ilə nikahın pozulması xx.xx.2021-ci ildə qeydə alındığından uşağın doğumu haqqında akt qeydi tərtib edilərkən atası haqqında məlumat qrafasında İddiaçı2 deyil, X2 qeyd olunmalıdır. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əsas Müddəaların 4-cü bəndinə əsasən:

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ..... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; Müddəaların 11-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 1.3-cü bəndində qeyd edilir ki, 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.” İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisə yoxdur və iş materialları ilə müəyyən edilir ki, uşaq rəsmi nigah dövründə ana bətninə düşməmişdir.

Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 ilə İddiaçı1 arasında nikaha xx.xx.2021-ci il tarixdə tərəflərin razılığı ilə xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TQS №103 doğum haqqında tibbi şəhadətnaməsində uşağın ata qrafasında İddiaçı2 olduğu, uşağın hamiləliyin 36-cı həftəsində doğulduğu qeyd edilmiş və uşaq xx.xx.2022-ci il saat 04:40 da doğulmuşdur. Göründüyü kimi uşaq İddiaçı1 ilkin nikah dövründə ana bətninə düşməmiş, nikah pozulduqdan sonra ana bətninə düşməmiş, hamiləliyin 36-cı həftəsində doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 170-ci maddəsinə əsasən Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğulmasının qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğulmasının qeydiyyatı qaydasında aparılır. Qanunvericiliyin qeyd edilən normasından görünürki, uşağın rəsmi nigahda olan şəxslərdən doğulması ilə bağlı qeydiyyatın əsas götürülməsi o zaman inzibati orqan üçün məcburi sayılır ki, ilkin şərt olaraq uşağın rəsmi nigah dövründə ana bətninə düşməsi müəyyən olsun. Lakin yuxarıdada qeyd edildiyi kimi rəsmi sənədlərlə müəyyən edilir ki, uşaq rəsmi nigah dövründə ana bətninə düşməmişdir. Məhkəmə hesab edir bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 170-ci maddəsi və Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.15-ci bəndi imtinaedici əsas kimi tətbiq edilməməli, nigahdan sonra ana bətninə düşmüş nigahdankənar doğulan uşağın qeydi əsasları nəzərə alınaraq qeydiyyat aparılmalıdır. Uşağın rəsmi nigah dövründən sonra ana bətninə düşməsi rəsmi sənədlərlə müəyyən edildiyi üçün məhkəmə X3 maraqlarına toxunan üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsini zəruri hesab etməmişdir. Tərəflər arasında mübahisə yarandığı zaman isə mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilməsi isə istisna edilmir. Hazırkı halda isə təqdim edilən sənədlər əsasında inzibati orqanın iddiaçıların istədikləri formada qeydiyyat aparması üçün qanunvericilikdən irəli gələn məhdudiyyət müəyyən edilmir. Ona görədə məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il tarixində Sumqayıt şəhər 1 nömrəli doğum evində anadan olmuş uşaqlarının doğumu haqqında akt qeydi tərtib edilərkən atası haqqında məlumat qrafasında “İddiaçı2” kimi qeyd olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar