Məhkəmə qərarları › İş №2-1(118)-346/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-346/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-346/2020 02.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Qusar şəhər Bələdiyyəsinə qarşı “Qusar şəhər Bələdiyyəsinin üzərinə Qusar şəhər X3 İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 60 nömrəli qərarına əsasən Qusar şəhəri Qusarçaykənarı ərazidən ayrılmış torpaq sahəsinə mülkiyyətə verilmiş torpaq sahəsinin planının (yerləşdiyi ərazinin cizgisi) verilməsi öhdəliyinin qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Qusar şəhər Bələdiyyəsinə qarşı “Qusar şəhər Bələdiyyəsinin üzərinə Qusar şəhər X3 İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 60 nömrəli qərarına əsasən Qusar şəhəri Qusarçaykənarı ərazidən ayrılmış torpaq sahəsinə mülkiyyətə verilmiş torpaq sahəsinin planının (yerləşdiyi ərazinin cizgisi) verilməsi öhdəliyinin qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Qusar şəhər X3 İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 9 nömrəli protokol, 60 saylı qərarına əsasən iddiaçının mərhum anası Hörmətova Nəhayət Ağamirzə qızına fərdi yaşayış evinin tikintisi üçün Qusar şəhəri Qusarçaykənarı ərazidən 400 kv.metr torpaq sahəsi ayrılmış və 309 nömrəli yer kimi qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixdə iddiaçının anası Hörmətova Nəhayət Ağamirzə qızı vəfat etmişdir. Anası sağlığında qeyd edilən torpaq sahəsini notarial qaydada vaxtında öz adına rəsmiləşdirə bilməmişdir. İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək istəyir. Lakin mərhum anasının mülkiyyətinə verilmiş torpaq sahəsinin planı (yerləşdiyi ərazinin cizgisi) olmadığından məhkəmədə iddia qaldıra bilmir. Həmin torpaq sahəsinin planının cizgisinin verilməsi ilə bağlı Qusar şəhər Bələdiyyəsinə rəsmi və şifahi qaydada dəfələrlə müraciət etsə də, sənədi ala bilməmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan məcburetmə haqqında iddiadır. İPM-in 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (33.2). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarının 1.1, 1.3, 2.1, 2.3cü bəndlərinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı məsələ ilə bağlı dəfələrə cavabdeh orqana müraciət etməsini göstərsə də, iş materiallarından onun məhz mövcud tələb ilə inziabati orqana müraciət etməsi təsdiqlənmir. Bundan başqa, məhkəmə cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını münasibətdə isə bildirir ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən normativhüquqi aktlarda bələdiyyələrin sələhiyyətləri göstərilmiş və həmin səlahiyyətlər içərisində bələdiyyənin başqa bir orqanın qərarı əsasında ayrılmış torpaq sahəsinə iddiaçının tələb etdiyi plan-çizgi sənədinin verilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə inzibati orqanın üzərinə qanunda onun səlahiyyətində olmayan hər hansı vəzifənin qoyulmasında səlahiyyətli deyil. İş materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi başqa bir şəxsin istifadəsindədir və əgər onun anasına ayrılmış torpaq sahəsi həqiqətən də digər şəxs tərəfindən istifadə edilən torpaq sahəsidirsə, iddiaçı başqa iddia ilə məhkəməyə müraciət etməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci, 35-ci və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qusar şəhər Bələdiyyəsinə qarşı “Qusar şəhər Bələdiyyəsinin üzərinə Qusar şəhər X3 İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 60 nömrəli qərarına əsasən Qusar şəhəri Qusarçaykənarı ərazidən ayrılmış torpaq sahəsinə mülkiyyətə verilmiş torpaq sahəsinin planının (yerləşdiyi ərazinin cizgisi) verilməsi öhdəliyinin qoyulması tələbinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar