Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-346/2021 10.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Quba rayonu Zeyid kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 ( DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında aparıcı mütəxəssis işləyən, Bakı şəhəri, Binə qəsəbəsi, Xaqani küçəsi, döngə 1-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı xx xxxxxx 1993-cü ildən xx xxxxxxx 2005-ci il tarixədək keçmiş “Azərsutikinti” Konserninin 30 nömtəli Tikitni Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1993-cü ildən xx xxxxxxx 2005-ci il tarixədək keçmiş “Azərsutikinti” Konserninin 30 nömtəli Tikitni Quraşdırma İdarəsində işlədiyi dövrün sosial siğorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx xxxxxx 1955-ci il təvəllüdlüdür. xx xxxxxx 1974-ci ildən xx xxxxxx 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə xx xxxxxx 1972-ci il tarixdə başlamış və xx xxxxxxx 2005-ci il tarixədək müxtəlif yerlərdə işləmişdir. Müəssisə Quba rayonunda yerləşmişdir.1997-2005-ci illərdə idarənin fəaiyyəti dayandığından əmək haqqı verilməmişdir. Əmək pensiyasını almaq üçün yaş həddinə çatdığından ona əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialın amüraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Belə ki, cavabdeh hesab etmişdir ki, 1997-ci ildən 2005ci ilədək “Tikinti Quraşdırma İdarəsindən əmək haqqı almadığına görə həmin dövr onun ssial sığorta stajına daxil edilə bilməz. İzahatının sonunda iddiaçı iddianın təmin olunması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yetərli qədər sosial siğorta stajına malik olmaması və xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması aşkarlanmış və şəxsə imtina məktubu göndərilmişdir.Belə ki, iddiaçının iddia ərizəsində xx.xx.1972-ci il tarixdən “Tikinti Quraşdırma İdarəsi”ndə işləməyə başladığı və xx.xx.2005-cı il tarixədək orada işləməyə davam etdiyi bildirilsə də, əmək kitabçasına əsasən o həmin illərdə müxtəlif müəssisələrdə müvafiq vəzifələrdə çalışmışdır. Əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix (gün, ay, il) göstərilməmiş və bu məlumatlar işçi tərəfindən onun şəxsi imzası ilə təsdiq edilməmişdir. Eləcə də, əmək kitabçasının birinci səhifəsi ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. İddiaçının əmək kitabçasında xx.xx.1993-cü ildə üçüncü dərəcə üzrə betonçu vəzifəsinə qəbul olunduğu “Meliorator” kiçik müəssisədən işdən azad edilmə tarixi (gün, ay, il) göstərilməmişdir. Həmçinin əmək kitabçası 1993-cü illərdəki işə qəbul və işdən azad edilmə qeydləri kiril əlifbası ilə yazılmış, halbuki idarənin möhürü latın qrafikası ilə yazılmışdır. Bunlarla yanaşı, iddiaçının xx.xx.1993-xx.xx.2005-ci il tarixədək işlədiyi Azərsutikinti konserninin 30 nömrəli Təmir-Tikinti İdarəsinə işə qəbulolma və işdən azadedilmə tarixlərində bir sıra qanunsuz hallar aşkar edilmişdir. Belə ki, işə daxil olma tarixi göstərilsə də, bu qeydləri aparmağa əsas verən əmək müqaviləsi, əmr, sərəncam tarixi (gün, ay, il) göstərilməmişdir. Eləcə də işdən azad olunma tarixinin xx.xx.2005-ci il, yəni ilin sonlarına doğru olmasına baxmayaraq 1k nömrəli əmrlə qeyd edilməsi şübhə yaratmağa əsas verir. İşə əlavə olunmuş arxiv arayışında da 1993-2005-ci il tarixədək iddiaçının qazandığı əmək haqları öz əksini tapmışdır. Arayışdan da göründüyü kimi, şəxs yalnız 1993-cü ilin oktyabr, noyabr və dekabr aylarında, 1994, 1995-ci illərdə, 1996-cı ilin oktyabr, noyabr, dekabr ayları üzrə, 1997-ci ilin yanvar-iyun aylarında və 2003-cü illərdə əmək haqqı almışdır. Bütün bunlara əsasən iddiaçının kifayət sosial siğorta stajı mövcud olmadığından yaşa görə əmək pensiyası təyin edilməmişdir. İş materiallarında olan : -AZE 0******* seriaylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. -Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 779 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək Nizami adına qoyunçuluq sovxozunda, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Jdanov adına meyvəçilik sovxozunda, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək Quba Eksperimental Köməkçi Təsərrüfatında, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək 30 saylı Tikinti Quraşdırma İdarəsində işləmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 780 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1972-ci ilin dekabr ayından başlayaraq 1974-1976-cı və 1993, 1996-cı illər istisna olmaqla 1998-ci ilədək əmək haqqı almışdır.1998-2005-ci illərdə əmək haqqı alması barədə qrafalar boşdur. 2003-cü ilin dekabr ayında ümumi olaraq 177026 manat aldığı qeyd edilmişdir. - İddiaçı aid ИТ-İ № ******* əmək kitabçasından görünür ki, o, xx.xx.1972-ci ildə əmək fəaliyyətinə başlamış və xx.xx.2005-ci ilədək müxtəlif işlərdə və vəzifələrdə işləmişdir. - НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. - -Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının iş stajını təsdiq edən sənədlərdə 1993-cü ildən 2005-ci ilə kimi 30 nömrəli TQİ-də işləməsi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli 494 nömrəli arxiv arayışına əsasən isə onun 1997-ci ildən 2005-ci ilə kimi əmək haqqı almadığı müəyyən edilmiş, ona görə də həmin dövrün siğorta stajı kimi hesablamaq mümkün olmamışdır. Təqdim edilən iş stajını təsdiq edən sənədlərə əsasən 25 il siğorta stajı yaranmadığından yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaş həddinə çatmaq, kifayət qədər pensiya kapitalına və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. İddiaçı tələb olunan yaş həddinə çatsa da, onun 25 il sığorta stajına malik olması, yəni 1993-2005-cı illərdə həqiqətən də 30 saylı Tikinti-Quraşdırma İdarəsində işləməsi faktının yoxlanılması mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında aparılan qeudyyatdan görünür ki, onun xx.xx.1993-cü il tarixdə həmin müəssisəyə qəbul olunması barədə qeyd aparılsa da, 67 k N-li əmrin tarixi göstərilməmişdir. İşdən azad olunması barədə əmr xx.xx.2005-ci il tarixdə verilməsinə, yəni ilin başlanmasından 9 ay ötməsinə baxmayaraq əmr 1 K sıra nömrəsi ilə qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əməkm kitabşçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Bundan başqa iddiaçının 1993-2005-ci illərdə aldığı əmək haqqını əks etdirən arxiv arayışından görünür ki, o yalnız 1993-cü ilin oktyabr – dekabr aylarında, 1994, 1995-ci illərdə, 1996-cı ilin oktyabr – dekabr ayları üzrə, 1997-ci ilin yanvar-iyun aylarında və 2003-cü ildə əmək haqqı almışdır. İddiaçı öz izahatında da 1997-2005-ci illərdə müəssisənin fəaliyytinin dayandığını və əmək haqqını almadığını etiraf etdi. Beləliklə, iddiaçının həmin dövrdə əmək haqqı almadığı və nəticə etibarı ilə məcburi dövlət sosial sığorta haqlarının ödnilmədiyi müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-346/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-346/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver