Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-346/2022 22.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən,Sumqayhıt şəhəri, 2-ci mikrorayon, ev 38B/44 məznil 25-də yaşayan) və onun vəkili Vəkil (Sumqayıt 1 saylı Vəkil Bürosunda vəkil işləyən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48, mənzil 28-də yaşayan) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiaçının Sumqayıt Kommersiya Məhkəməsinin xxxx.2020-ci il tarixli e-2-2(119)-339/2020 saylı qətnaməsinə əsasən “ Bakı Hərrac Mərkəzi” tərəfindən açıq hərracdan Y-222/21 saylı 05 iyul 2021-ci il tarixli “Hərracın nəticələri haqqında“ yekun protokolu və 05 iyul 2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqavilə ilə əldə etdiyi “Sumqayıt Ağac Emalı“ ASC-yə məxsus sahəsi 13729,15 kv m olan 15 ədəd ofis və binalara (daş) dair mülkiyyət hüququnun qeydə alınması və müvafiqin çıxarışın verilməsi vəzifəsinin cavabdehiun üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəm iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı oddoa ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(119)-339/2020 saylı qətnaməsinə əsasən "xxxx" tərəfindən açıq hərracdan Y-222/21 saylı 05 iyul 2021-ci il tarixli “Hərracın nəticələri haqqında“ yekun protokolu və 05 iyul 2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə ilə əldə etdiyi “Sumqayıt Ağac Emalı“ ASC-yə məxsus sahəsi 13729,15 kv m olan 15 ədəd ofis və binalara (daş) dair mülkiyyət hüququnun qeydə alınması və müvafiqin çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" tərəfindən keçirilmiş hərracda "xxxx" MMC-yə məxsus 13729,15 kv m sahəsi olan 15 ədəd ofis və binaları 213.000 manat ödəyərək açıq hərracdan almışdır. Bu zaman Y-22\21 saylı xx.xx.2021-ci il tarixli «Hərracın nəticələri haqqında» yekun Protokol tərtib edilmiş və həmin Protokolda qeyd edilmişdir ki,bu protokol müqavilə qüvvəsinə malikdir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.2-ci maddəsinə əsasən, «qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol» daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin protokolu cavabdeh təşkilata təqdim edərək mülkiyyət hüquqlarının qeydə alınmasını və bunun əsasında çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə ərizənin icrasından imtina etmişdir. halbuki, həmin əmlaklar Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2-2(119)-339\2020 saylı qətanməsi əsasında hərraca çşıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minərək icra yönəlmiş və bu barədə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş və sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru Ramil babayev tərəfindən hərraca sifariş verilmiş və hərracdan da həmin əmlaklar mənə satılmışdır. Binaların satılması barədə sərəncamı (qətnaməni) məhkəmə vermiş,qətnamə icraya yönəlmiş,icra orqanı hərracı sifariş vermiş, hərrac orqanı da hərracı keçirmişdir. Cavabdeh məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən gəlməmişdir. Məhkəmə işə cavandehin ştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, hərrac vasitəsilə əldə olunmuş əmlak kompleksi kimi müəssisə ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı, dövlət reyestrində məlumat aşkar olunmamış, buna görə də yaranmış zərurətlə əlaqədar olaraq sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququ haqqında sənədin verilib-verilməməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən 13729.15 kv m-dən ibarət 15 ədəd ofis və binalarına dair "Sumqayıt Ağac Emalı” ASC-nin adına mülkiyyət hüququna dair şəhadətnamə verilmədiyi bildirilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Odur ki, sözügedən daşınmaz əmlak üzərində əvvəllər hüquqlar dövlət qeydiyyata alınmadığından, həmin daşınmaz əmlakla bağlı sərəncam verilməsi qanunvericiliyin tələblərinə ziddir. İş materiallarında olan: - Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(119)-339/2020 saylı qətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixinə DSMF-yə ödənilməmiş 207266,03 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" ASC-yə məxsus siyahıya alınmış cəmi 13729,15 kv m sahəsi olan 15 ofis və binaların ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. - Hərracın yekunları barədə Y-222/21 nömrəli protokoldan görünür ki, ipoteka predmetinin mülkiyyətçisi İddiaçı məxsus, dəyəri 355000 manat olan "xxxx" ASC-yə məxsus siyahıya alınmış 15 ofis və binalar Sumqayıt şəhər üzrə İcra və Probasiya Şöbəsinin 73/36 xx.xx.2021-ci il tarixli məktubuna və Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)339/2020 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən hərraca çıxarılmışdır. - “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 05 iyul 2021-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə sifarişçi Sumaqayıt şəhər İcra və Probasiya Şöbəsi hərracın təşkilatçısı "xxxx" MMC və alıcı İddiaçı arasında bağlanmışdır. - 13 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən auksion ödənişi olaraq 207432 manat vəsait ödənilmişdir. - Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2- 2(119)-339/2020 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmənin sorğusuna əsasən Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 202С^сЈ il tarixli e-2-2{119)-339/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, 07 fevral 2020-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 207266,03 (iki yüz yeddi min iki yüz altmış altı manat 03 qəpik) manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "Sumqayıt Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) məxsus siyahıya alınmış cəmi 13729,15 m2 sahəsi olan 15 (on beş) ədəd öfis və binaların (daş) ixtisaslaşdırılmış açıq hərracda satılması və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 10 (on) manat məbləğində döylət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsi 30 sentyabr 2020-ci ildə qanuni qüvvəsini aldıqdan sonra verilmiş 30 sentyabr 2020-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Həmin icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsində 28 oktyabr 2020-ci il tarixli qərarla icraata başlanmış və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən qəbul edilmiş 27 avqust 2021-ci il tarixli qərarla Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)- 339/2020 nömrəli qətnaməsi üzrə verilmiş 30 sentyabr 2020-ci tarixli icra sənədinin icraatına xitam verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İstinad olunan Qanunun 8-.0, 8.0.2-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin məhkəmə qeyd edir ki, hərrac keçirilən zaman borclu müəssisənin müljkiyyət hüququ həmin daşınmaz əmlaklar üzrənidə qeydə alınmamışdır və belə olan halda hərrac keçirilə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində əraziılər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı uçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırki iş üzrə məhkəmə inzibati məhkəmə icraatının çərçivəsində inzibati orqanın hərəkətlərinin qanuni və ya qeyri-qanuni olmasına qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qeyri-qanunilik müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-346/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-346/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver