Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3464/2025 20.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) GİRİŞ HİSSƏ X18-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə mərhum X2 verilmiş 500 kv.m həyətyanı torpaq sahəsi üzərində hüququn həmin vəfat etmiş şəxsə (X2) məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçının nümayəndəsi və vəkil iddia tələbinə dəqiqləşmə verərək, Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzrə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli 57 nömrəli sərəncamı və Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə X2 verilmiş 500 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə (Müzəffərov azəhməd Həsənbala oğluna) məxsus olması haqqında elektron arayışın İddiaçı Qazəhməd qızına verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 07 aprel 1992-ci il tarixli qərarı ilə Dəvəçi (indiki Şabran) şəhərində fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşların tələbatını ödəmək və baş plan üzrə ictimai-sosial obyektlərin tikintisini aparmaq məqsədilə N.Nərimanov adına südçülük-tərəvəzçilik sovxozunun torpaqlarından 19,66 ha örüş, 80,0 ha əkin, cəmi 99,66 ha həyətyanı torpaq sahəsi ayrılmış və Dəvəçi (indiki Şabran) şəhərinin ictimai həyətyanı fonduna daxil edilmişdir. Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi şəhəri üzrə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli, 57 nömrəli sərəncamı ilə mərhum X2 Dəvəçi şəhərinin 14-cü məhəlləsindən, yerin nömrəsi 275 olmaqla, 0,05 ha həyətyanı torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə mərhum X2 Dəvəçi şəhərinin 14-cü məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün 275 nömrəli 500 kv.m həyətyanı torpaq sahəsi verilmiş və ona ayrılmış sahədə layihə əsasında fərdi yaşayış evinin tikintisini aparmaq üçün icazə verilmişdir. Məlumata görə, mərhum X4 25 sentyabr 2010-cu il tarixində vəfat etmişdir. Atanın adına həmin daşınmaz əmlaka dair ilkin hüquq müəyyənedici sənədlər mövcud olmasına baxmayaraq, sağlığında daşınmaz əmlaka dair dövlət qeydiyyatından çıxarış almamışdır. İddiaçı, qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və digər təsdiqedici sənədlərə əsaslanaraq mərhum atasının adına vərəsəlik işi açmışdır. Şabran rayon Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli məktubla müraciət olunaraq, göstərilən əmlaka dair çıxarışın vərəsə vasitəsilə Şabran rayon Notariat Ofisinə təqdim edilməsi xahiş edilmişdir, lakin qanunvericiliyə edilən dəyişikliyə əsasən, hazırda vəfat etmiş şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmir və hüququn ölmüş şəxsə məxsus olması barədə müvafiq elektron arayışın ərazi idarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş elektron imza ilə verilməsi nəzərdə tutulmuşdur. Buna əsasən, iddiaçı Şabran şəhəri ərazisində yerləşən torpaq sahəsinin mərhum X2 məxsus olması barədə elektron arayışın verilməsi üçün cavabdeh quruma xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilib ki, müraciət olunan torpaq sahəsi Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 57 nömrəli sərəncamı ilə ayrılmışdır. Məktubda qeyd olunur ki, torpaq sahəsinin ayrılması səlahiyyətləri icra nümayəndəliyinə verilmiş deyil və müvafiq icra hakimiyyəti qərarı təqdim edilməmişdir. Bu səbəbdən, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən, ərizənin icrasından imtina edilmişdir. İddiaçının məlumatına görə, cavabdeh qurumun qeyd etdiyi əsaslar əsassızdır. Atasına ayrılmış torpaq sahəsi vaxtı ilə yerində göstərilmiş və mərhum vəfat edənə qədər həmin sahə onun faktiki sahibliyində, istifadəsində və sərəncamında olmuşdur. Hal-hazırda isə torpaq sahəsi iddiaçının vərəsə olaraq sahibliyindədir. Şabran bələdiyyəsi və Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən torpaq sahəsinin müvafiq planları təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, torpaq sahəsi əvəzsiz olaraq mərhum X1 mülkiyyətinə verilmişdir. Həmçinin iddiaçı bu torpaq sahəsinə taktik mülkiyyətçi hüququ ilə 32 ildən artıq fasiləsiz və etirazsız sahiblik etmişdir. Beləliklə, cavabdeh qurum tərəfindən mərhum X2 məxsus olması barədə elektron arayışın verilməsi tələb olunur ki, iddiaçı gələcəkdə öz adına hüquqların dövlət qeydiyyatını əldə edə bilsin.
4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət etdiyiniz torpaq sahəsi Dəvəçi (indiki Şabran) RİH başçısının Dəvəçi şəhəri üzrə nümayəndəsinin xx.xx.1992-ci il tarixli 57 nömrəli sərəncamı ilə ayrılmışdır, qanunvericilikdə icra nümayyəndəliklərin torpaq ayırma səlahiyyətlərinə malik olması nəzərdə tutulmamışdır. Bundan əlavə, Dəvəçi (indiki Şabran) RİH-tı başçısının Şabran şəhəri üzrə nümayəndəsinə torpaq sahələrinin ayrılması səlahiyyətinin verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmişdir.
5. Məhkəmənin 17 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3464/2025 nömrəli qərardadı ilə iş üzrə X6 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında iştirakını təmin etməmişdir.
8. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
12. İddia tələbi torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
14. AZ-İ 438714 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, vətəndaş X5 xx.xx.2010cu ildə ölmüşdür
15. AZ-İİ 545193 saylı nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1988-ci ildə Xaçmaz şəhərində doğulmuş X17, xx.xx.1987-ci il tarixdə Dəvəçi şəhərində doğulmuş X7yla xx.xx.2023-cü ildə rəsmi nikaha daxil olmuşdur.
16. Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışından, 6 saylı, xx.xx.1992-ci il tarixli qərardan görünür ki, Rayon İcra Hakimiyyəti Daşçısının Dəvəçi şəhəri üzrə nümayəndəliyinin 1 aprel 1992-ci il tarixli, 89 saylı vəsatəti və N. Xərimanov adına südçülüktərəvəzçilik sovxozunun X13 3 aprel 1992-ci il tarixli, 01 saylı qərarı nəzərə alınsın. Məlumata görə, Dəvəçi şəhərində fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşların tələbatını ödəmək və baş plan üzrə ictimai-sosial obyektlərin tikintisini aparmaq məqsədilə N.Nərimanov adına südçülük-tərəvəzçilik sovxozunun torpaqlarından 19,66 hektar örüş, 80,0 hektar əkin, ümumilikdə 99,66 hektar həyətyanı torpaq sahəsi ayrılmış və Dəvəçi şəhərinin ictimai həyətyanı fonduna daxil edilmişdir.
17. Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışından, 57 saylı, xx.xx.1992-ci il tarixli sərəncamdan görünür ki, Dəvəçi rayon X19 X15 şəhərində fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması barədə 07 aprel 1992-ci il tarixli qərarı, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 19 may 1992-ci il tarixli 58- 9/290 saylı və Baş Yerquruluşu İdarəsinin 20 may 1992-ci il tarixli 58-5/296 saylı yazılı məktubları nəzərə alınsın. Dəvəçi şəhəri üzrə fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara, aşağıda qeyd olunan şəxslər üçün fərdi mənzil tikintisi məqsədilə həyətyanı torpaq sahəsi ayrılsın.
18. Abşeron Rayon Notariat Ofisinin 30 avqust 2022-ci il tarixli, 340 saylı məktubundan görünür ki, X3 müraciəti, qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və digər təsdiqedici sənədlər əsasında vəfat etmiş atası X1 adına vərəsəlik işi açılmışdır. Təqdim olunan sənədlərə əsasən, miras əmlak aşağıdakılardan ibarətdir: Şabran (keçmiş Dəvəçi) rayonu ərazisində yerləşən 0,05 ha torpaq sahəsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın ölüm tarixinə qədər malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəyə görə isə, miras ümumi mülkiyyətdən ölənə çatan paydan ibarətdir; əmlakın naturada bölünməsi mümkün olmadıqda, həmin əmlakın dəyəri nəzərə alınır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, eləcə də bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
19. Torpaq sahəsinin planından görünür ki, X2 məxsus 500 kv.m torpaq sahəsinə dair tərtib edilmişdir.
20. Məhkəmə sorğusuna cavab olaraq, Şabran rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 49 saylı məktubundan görünür ki, Dəvəçi (indiki Şabran) rayon icra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzrə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli 57 saylı sərəncamına baxış baxış keçirildi. Baxış zamanı aşkar olunan məktubda qeyd olunan X1 29 iyul 1992-ci il tarixli 57 saylı sərəncamının arxiv qaydasınca təsdiqlənmiş sürəti məhkəməyə göndərilmişdir.
21. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2- 12075/2025 saylı məktubunda müayinə aktından görünür ki, İddiaçı Qazəhməd qızının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə qeyd olunan Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli, 57 saylı sərəncamı ilə X2 ayrılmış 0.05 ha torpaq sahəsi naturada mövcuddur. Lakin torpaq sahəsi hal-hazırda X6 istifadəsindədir və naturada mövcuddur. Qeyd edək ki, X6 istifadəsində olan torpaq sahəsi 0.1584 ha təşkil edir. Həmin sahənin 0.05 ha hissəsinə xx.xx.2019-cu il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********21 olan çıxarış, plan və ölçü sənədi verilmişdir. Mübahisə predmeti olan hissə isə həmin çıxarışın zəbt hissəsi kimi göstərilmişdir. Torpaq sahəsinin üzərində kəskin mübahisə olduğuna görə İddiaçı iştirakı ilə ölçü işləri aparmaq mümkün olmamışdır. Həmin torpaq sahəsi X10 X16 (TEKUİS) məlumatlarına əsasən, torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə, kateqoriyası Yaşayış məntəqələrinin torpaqları, uqodiyası Fərdi yaşayış kimi göstərilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir.
22. Məhkəmə sorğusuna cavab olaraq, Şabran Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-74/2-1418/202 məktubundan görünür ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sözügedən sənədlərin Rayon İcra Hakimiyyətində saxlanma müddəti (5 il) bitdiyi üçün sənədlər Şabran rayon Dövlət Arxivinə təhvil verildiyindən Rayon Dövlət arxivinə müraciət etməyiniz Sizə tövsiyə olunur.
23. Məhkəmə sorğusuna cavab olaraq, Şabran rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 10 saylı məktubundan görünür ki, Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzrə nümayəndəliyinin sərəncamlarına baxış keçirildi. Baxış zamanı aşkar olunan məktubda qeyd olunan X1 29 iyul 1992-ci il tarixli 57 saylı sərəncamının arxiv qaydasınca təsdiqlənmiş sürətini məhkəməyə göndərilmişdir.
24. Məhkəmə sorğusuna cavab olaraq, Şabran Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-74/2-268/2025 saylı məktubundan görünür ki, məktubunuzda göstərilən məsələnin ətraflı və obyektiv araşdırılması məqsədilə Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Şabran Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən bildirilmişdir ki, 1992-ci ildən 1999-cu ilədək Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyəti başçısının Dəvəçi (indiki Şabran) şəhər üzrə nümayəndəliyi vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılmasına vəsadət (sərəncam) vermək səlahiyyəti olmuş, 1999-cu ildən etibarən isə respublika ərazisində bələdiyyələrin formalaşdırılması aparıldığından nümayəndəliyin fərdi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması səlahiyyətlərinə xitam verilmişdir.
25. Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-74-1/2- 888/2025 saylı məktubundan görünür ki, 1992-ci ildən 1999-cu ilədək Dəvəçi (indiki Şabran) Rayon icra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzrə nümayəndəliyi tərəfindən vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılmasına vəsadət (sərəncam) vermək səlahiyyəti olmuş, 1999-cu ildən etibarən isə respublika ərazisində bələdiyyələrin formalaşdırılması aparıldığından nümayəndəliyin fərdi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması səlahiyyətlərinə xitam verilmişdir.
IV. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
29. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
30. 01 yanvar 1971-ci il tarixdə qüvvəyə minmiş və 09 noyabr 1991-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən, kolxozlar, sovxozlar, digər müəssisələr, idarələr və təşkilatlar qanunla müəyyən edilmiş hallarda, onlara təhkim olunmuş torpaqlardan təkrar istifadə üçün torpaq sahələri ayıra bilərlər. Torpaqdan təkrar istifadə qaydası və şərtləri bu Məcəllənin 70-ci maddəsi, 84-cü maddəsinin birinci hissəsi, 137, 142-145 və 151-ci maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 20-ci maddəsinin üçüncü hissəsinə görə, şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Göstərilən Məcəllənin 80-ci maddəsinə görə, kənd təsərrüfatı ehtiyacları üçün sovxozun və ya digər dövlət kənd təsərrüfatı müəssisəsinin, idarəsinin, təşkilatının istifadəsinə verilən torpaqlardan təsdiq edilmiş təsərrüfatdaxili yerquruluşu layihəsinə uyğun surətdə, bu Məcəllənin 92-ci maddəsində müəyyən edilmiş normalar daxilində fəhlələrə və qulluqçulara həyətyanı torpaq sahələri verilməsi üçünn həyətyanı torpaqlar ayrılır və mərzlənir.
31. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
34. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1, 1.4-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar nəzərdə tutulmuşdur.
35. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
36. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəndində göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq.
38. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir.
39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ... Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
V. Məhkəmənin mövqeyi
41. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
42. Məhkəmə tərəfindən müəyyən edildi ki, Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 07 aprel 1992-ci il tarixli qərarı ilə Dəvəçi (indiki Şabran) şəhərində fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşların tələbatını ödəmək və baş plan üzrə ictimai-sosial obyektlərin tikintisini aparmaq məqsədilə N.Nərimanov adına südçülük-tərəvəzçilik sovxozunun torpaqlarından 19,66 ha örüş, 80,0 ha əkin, cəmi 99,66 ha həyətyanı torpaq sahəsi ayrılmış və Dəvəçi (indiki Şabran) şəhərinin ictimai həyətyanı fonduna daxil edilmişdir. Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi şəhəri üzrə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli, 57 nömrəli sərəncamı ilə mərhum X2 Dəvəçi şəhərinin 14-cü məhəlləsindən, yerin nömrəsi 275 olmaqla, 0,05 ha həyətyanı torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə mərhum X2 Dəvəçi şəhərinin 14-cü məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün 275 nömrəli 500 kv.m həyətyanı torpaq sahəsi verilmiş və ona ayrılmış sahədə layihə əsasında fərdi yaşayış evinin tikintisini aparmaq üçün icazə verilmişdir.
43. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli, 57 saylı sərəncamı ilə X2 ayrılmış 0.05 ha torpaq sahəsi naturada mövcuddur. Lakin torpaq sahəsi hal-hazırda X6 istifadəsindədir və naturada mövcuddur. Qeyd edək ki, X6 istifadəsində olan torpaq sahəsi 0,1584 ha təşkil edir. Həmin sahənin 0.05 ha hissəsinə xx.xx.2019-cu il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********21 olan çıxarış, plan və ölçü sənədi verilmişdir. Mübahisə predmeti olan hissə isə həmin çıxarışın zəbt hissəsi kimi göstərilmişdir. Torpaq sahəsinin üzərində kəskin mübahisə olduğuna görə İddiaçı iştirakı ilə ölçü işləri aparmaq mümkün olmamışdır. Həmin torpaq sahəsi X10 X16 (TEKUİS) məlumatlarına əsasən, torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə, kateqoriyası Yaşayış məntəqələrinin torpaqları, uqodiyası Fərdi yaşayış kimi göstərilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir.
44. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair qərar qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir.
45. Məhkəmə hesab edir ki, iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır.
46. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).
49. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanındavranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli 26 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.
51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
52. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzrə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli, 57 nömrəli sərəncamı və Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarına əsasən, Şabran şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X18-Abbaszadə