Məhkəmə qərarları › İş №2-1(118)-347/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-347/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-347/2021 25.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunda vəkil işləyən, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 25, mənzil 47-də yaşayan) Cavabdehin nümayəndəsi X6 (DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, X14 iştirakçısı və əmək veteranı olmuş mərhum həyat yoldaşı X2 02 may 1995-ci il tarixdən 24 sentyabr 2010-cu il vəfat etdiyi tarixədək hesablanan, lakin ödənilməyən hər il verilən pensiya artımları və maddi yardımlarının və 24.09.2010-cu il tarixdən 2015-ci ilə kimi olan dövr ərzində onun həyat yoldaşı kimi iddiaçıya ödənilməyən pensiya artımları və birdəfəlik maddi yardımların indeksasiya nəzərə alınmaqla birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, X14 iştirakçısı və əmək veteranı olmuş mərhum həyat yoldaşı X2 02 may 1995-ci il tarixdən 24 sentyabr 2010-cu il vəfat etdiyi tarixədək hesablanan, lakin ödənilməyən hər il verilən pensiya artımları və maddi yardımlarının və 24.09.2010-cu il tarixdən 2015-ci ilə kimi olan dövr ərzində onun həyat yoldaşı kimi iddiaçıya ödənilməyən pensiya artımları və birdəfəlik maddi yardımların indeksasiya nəzərə alınmaqla birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı 1922-ci il il təvəllüdlü X1 Vətən Müharibəsi iştirakçısı və əmək veteranı olmuşdur. Mərhum həyat yoldaşı 24.09.2010-cu ildə vəfat edənə kimi cəmi 78 manat pensiya almışdır. O, özü də həmin illərə qədər 78 manat pensiya almışdır. Baxmayaraq ki, həyat yoldsaşının 50 il, onun isə 30 illik əmək stajı olmuşdur. Buna baxmayaraq pensiyaya çıxarkən pensiyaları düzgün hesablanmamış, hər birinə cəmi 78 manat olmaqla az miqdarda pensiya təyin olunmuşdur. Mərhum həyat yoldaşı 24.09.2010-cu ildə vəfat etdikdən sonra da həyat yoldaşına təyin olunmuş minumum pensiya 78 manat məbləğində iddiaçının adına keçirilərək ona verilməyə başlamış və hər il az miqdarda artırılaraq hazırda 238 manata çatdırılmışdır. Mərhum həyat yoldaşı ölən günə kimi onun pensiyası və ona nəzərdə tutulmuş maddi yardımlar ona ödənilməmişdir. Eyni zamanda Qələbənin ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 02 may 1995-ci il tarixli 323 saylı Fərmanı ilə 1941-1945-ci illər X14 iştirakçılarının həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına müəyyən edilmiş, hər il ödənilən 300-400-500 manat birdəfəlik maddi yardımlar və müavinətlər mərhum həyat yoldaşının sağlığında ona, vəfatından sonra isə iddiaçıya ödənilməmişdir. Bundan əlavə 1995-2000-ci illərdə həmin Fərmanla müəyyən edilmiş Fərmanın birnci hissəsində nəzərdə tutulmuş birdəfəlik minumum əmək haqqının 5 misli həcmində maddi yardım və həmin Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş pensiyasının üzərinə minumum əmək haqqının 2 misli həcmində aylıq müavinət əlavələr də ümumiyyətlə ödənilməmişdir. Son üç ildə ancaq Azərbaycan Respublikası Prezidentinin X14ndə Qələbənin ildönümü ilə əlaqədar hər il ödədiyi 400 manat birdəfəlik maddi yardımlar iddiaçıya verilmişdir. Bununla əlaqədar iddiaçı 1995-ci il tarixdən 2015-ci il tarixə kimi olan dövr ərzində mərhum həyat yoldaşına hesablanan, lakin ödənilməyən pensiya, maddi yardımlar və müavinətlər alınmadığı dövrlər üçün, o cümlədən onun ölümündən yəni 2010-ci il tarixdən sonra iddiaçıya ödənilməli olan, lakin ödənilməyən pensiya artımları və birdəfəlik maddi yardımlar indeksasiya nəzərə alınmaqla ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etmədi və izah etdi ki, lazımi sənədlər təqdim edildikdə bütün növ ödənişlər edilir. Dövlət başçısı tərəfindən verilən müvafiq Fərmana əsasən hər il mərhum M.İbrahimova ödənişlər edilmişdir. Bu illər ərzindəki təqaüdlərin vətəndaşa ödənilməməsi mümkün deyildir. Hal-hazırda iddiaçı ailə başçısını itirilməsinə görə pensiya və hər il Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təyin edilən birdəfəlik yardımları alır. DSMF-nin mövcud elektron bazasına əsasən iddiaçıya və onun mərhum həyat yoldaşına ödənişlərin həyata keçirilməsində hər hansı uyğunsuzluq yoxdur. İş materiallarında olan : - İ ИЕ № 097750 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X3 30.03.1961-ci ildə rəsmi nikaha daxil olmuşlar. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 108973 seriyalı 02.05.2006-cı il tarixli vəsiqədən görünür ki, X7 əmək veteranı olmuşdur. - AZ-İ №431417 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 24.09.2010-cu ildə vəfat etmişdir. - Məhkəmə sorğusuna əsasən tələb edilmiş X4 pensiya işinin materiallarından görünür ki, mərhum X7 vəfat etdikdən sonra onun həyat yoldaşı X3na birdəfəlik maddi yardım hər il üçün müvafiq olaraq ayrılmış büdcə vəsaiti hesabına ödənilmişdir. İddiaçı X12 iştirakçısı olmuş mərhum həyat yoldaşı X13 oglu 24 10.2010-cu il tarixdə vəfat etdikdən sonra, yəni 2011-ci il tarixdən hal-hazıradək (həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına) verilmiş birdəfəlik maddi yardım tərəfimizdən ödənilmişdir. Vətəndaşa ödənilən müavinət aşağıdakı tarixlərdə və göstərilən məbləğlərdə ödənilmişdir : -05.05.2011-ci il tarixə 200 manat; 04.05.2012- ci il tarixə 200 manat; 27.04.2013- cü il tarixə 300 manat; 03.05.2014- cü il tarixə 300 manat; 06.04.2015- ci il tarixə 400 manat; 29.04.2016- cı il tarixə 500 manat; 28.04.2017- ci il tarixə 500 manat; 30 04.2018- ci il tarixə 500 manat; 02.05.2019- cu il tarixə 500 manat; 05.05.2020- ci il tarixə 750 manat; 06.05.2021- ci il tarixə 750 manat X12 iştirakçısı olmuş mərhum X2 birdəfəlik maddi yardımı vəfat etdiyi tarixədək 2010-cu il də daxil olmaqla vətəndaşa ödənilmişdir - Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 10.03.2021-ci il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 aprel tarixli 1139 nömrəli Fərmanına əsasən yalnız 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən birdəfəlik maddi yardım hər il üçün müvafiq olaraq ayrılmış büdcə vəsaiti hesabına ödənilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasl Konstitusiyasının Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin “1941—1945-ci illər X14 iştirakçılarının həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” 02 may 1995-ci il tarixli 323 saylı Fərmanına əsasən müharibə iştirakçılarına, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşlara birdəfəlik maddi yardımın aşağıdakı qaydada edilməsi qərara alınmışdır: - X5 və Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif olunanlara—minimum əmək haqqının 10 misli həcmində; İ qrup əlillərə—minimum əmək haqqının 8 misli həcmində; İİ qrup əlillərə—minimum əmək haqqının 7 misli həcmində; İİİ qrup əlillərə—minimum əmək haqqının 6 misli həcmində; müharibə iştirakçılarına və həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına—minimum əmək haqqının 5 misli həcmində; müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşlara—minimum əmək haqqının 4 misli həcmində. Birdəfəlik maddi yardımların işləyən şəxslərə iş yerində, işləməyən pensiyaçılara isə onların pensiya aldıqları orqanlar tərəfindən verilməsi müəyyən edilmişdir. “1941-1945-ci illər X14 iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli Sərəncamı ilə X14 iştirakçılarına 500 manat məbləğində, X14ndə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilməsi qərara alınmışdır. 1941-1945-ci illər X14 iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 may 201-ci il tarixli Sərəncamı ilə 1941-1945-ci illərdə müharibə iştirakçılarına 500,0 (beş yüz) manat məbləğində, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, 1941-1945-ci illər X14 iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına birdəfəlik maddi yardımın əvvəlki illər üzrə ödənilməsi qaydaları qanunla müəyyən edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş pensiya işinin materiallarından və elektron sistemdən çıxarışdan görünür ki, iddiaçının mərhum yoldaşına və onun vəfatından sonra ödənilməmiş maddi yardım və müavinət qalmamışdır. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar