Məhkəmə qərarları › İş №2-1(118)-3477/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3477/2022

05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3477/2022 05.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Nuriyev Şahin İmanverdi oğlunun, X1, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü Nuriyev Yusif Şahin oğlunun ona məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanda yerləşən 22 saylı evin 33 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanda yerləşən 22 saylı evin 33 nömrəli mənzil onun mülkiyyətindədir. Oğlu Nuriyev Şahin İmanverdi oğlunun qalmağa yeri olmadığından həmin mənzili müvəqqəti yaşamaq üçün oğluna və onun ailə üzvlərinə vermişdir. Mənzildə oğlu Şahin Nuriyev, keçmiş həyat yoldaşı X4, birgə nikahlarından olan uşaqları:- xx.xx.2005-cil təvəllüdlü X8, 27,03.2007-ci il təvəllüdlü X7 və xx.xx.2016-cil təvəllüdlü Nuriyev Yusif Şahin oğlu yaşamağa başladılar. Mənzili alandan 3 il sonra cavabdeh X10 rayonundan qeydiyyatdan çıxaraq sözü gedən mənzilə qeydiyyata düşmüşdür.Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-6564/2021 - saylı qətnaməsi ilə cavabdeh X5 ilə və oğlu Nuriyev Şahin İmanverdi oğlu aralarındakı nikah pozulmuş, ondan sonra oğlu onun yaşadığı ünvana gəlib onunla birlikdə qalmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4241/2022ci il tarixli qətnamsi ilə cavabdeh X5, uşaqları:- X8, X7 və Nuriyev Yusif Şahin oğlu ilə birlikdə mülkiyyətində olan ünvan 2 ünvanından çıxartması barədə qənamə qəbul edilmişdir. Qətnamə qəbulunundan sonra onlar mənzili tərk edərək yaşamırlar. Sumqayıt şəhər Polis idarəsinə müraciət edərək 3-cü şəxsin müvafiq ünvanından pasport qeydiyyatından çıxarılmasını xahiş edib. Lakin cavabdeh həmin şəxsin mənzildən qeydiyyatdan çıxarmaqdan imtina edib. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, X1, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü Nuriyev Yusif Şahin oğlunun ona məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanda yerləşən 22 saylı evin 33 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cu şəxslərə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmədə iştirak edən 3-cü şəxsin atası qohumuq münasibətini müəyyən edən sənədini, o cümlədən nümayəndəlik üçün etibarnamənin əslini təqdim etmədiyinə görə məhkəmədə müşahidəçi qismində iştirak etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-400292N-3222 nömrəli, 12 oktyabr 2022-ci il tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********90-05101-093012 reyestr nömrəli çıxarışın surəti, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6564/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qətnaməsinin surəti, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4241/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsinin surəti, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4241/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanda yerləşən 22 saylı evin 33 nömrəli mənzilin mülkiyyətçisidir. X4, onun azyaşlı övladları xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü Nuriyev Yusif Şahin oğlu qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadırlar, Səbinə Nuriyeva iddiaçının keçmiş gəlinidir və faktiki olaraq başqa ünvanda yaşayır. İddia tələbi üzrə 3-cü şəxs Səbinə Nuriyeva ilə iddiaçının oğlu arasında olan nikaha Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6564/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə xitam verilmiş və iddiaçının keçmiş gəlini övladları ilə birlikdə faktiki olaraq başqa ünvanda yaşayırlar. Həmçinin , Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4241/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə 3-cü şəxslərin mənzildən çıxarılmışdılar. Nəzərə alınmalıdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4241/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə 3-cü şəxslərin mənzilə istifadə hüquqlarına xitam verildiyinə görə sözügedən mənzilə pasport qeydiyyatına düşməsi onların həmin mənzildə qeydiyyatda qalması iddiaçının qanunla qorunan mənafelərinə xələl yetirir. Ona görə də məhkəmə hesab edir ki, Səbinə Nuriyevanın və azyaşlı övladlarının mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hazırkı iddia tələbi üzrə 14 yaşına çatmayan övladların anasının daimi yaşayış yeri mübahisə predmeti olan mənzil olmadığı tədqirdə onların da mənzildən pasport qeydiyyatından çıxarılması təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər - X4, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü Nuriyev Yusif Şahin oğlu Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanda yerləşən 22 saylı evin 33 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü Nuriyev Yusif Şahin oğlunun İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanda yerləşən 22 saylı evin 33 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar