Məhkəmə qərarları › İş №2-1(118)-348/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-348/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-348/2021 02.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat Şöbəsinə qarşı “Övladları xx.xx.2020-ci təvəllüdlü X1 “Allahyarov”dan “Mahirli”yə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçıların övladları Rəsulun soyadının “Mahirli”yə dəyişdirilməsi ilə bağlı Sumqayıt Cavabdeh Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Həmin şöbənin 05-Q/2395/15 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubu ilə onların müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Birgə nikahlarından üç övladı var: xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X8. Göründüyü kimi nikahlarından dünyaya gələn iki övladının, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X3 iddiaçının atasının adı ilə əlaqəli olaraq qeyd edilmişdir. İddiaçılar övladları xx.xx.2020-ci il təvəllüdlü X5 da “Mahirli” soyadını vermək istəyir. Bunun üçün cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək övladları xx.xx.2020-ci il təvəllüdlü X1 “Allahyarov” dan “Mahirli”yə dəyişdirilməsini xahiş etmişdirlər. Lakin xahişlərinin təmin olunmasından imtina olunmuş, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçılar hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə görə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 59.1-ci maddəsinə görə valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideyn soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən X1 dəyişdirilməsi ilə bağlı müraciətin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. AZ-İ 013334 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 və İddiaçı1 xx.xx.2004-cü ildə nikahkarını bağlamışdırlar. AZ-İİ 902944 nömrəli və AZ-İİİ 515667 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 “Mahirli” qeyd edilmişdir. Məhkəməyə yuxarıda adları qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Beləki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı2 və İddiaçı1 xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Birgə nikahlarından üç övladları, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X8 doğulmuşdur. İddiaçıların nikahlarından dünyaya gələn iki övladının, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X3 Mahirli olaraq qeyd edilmişdir. İddiaçılar övladları xx.xx.2020-ci il təvəllüdlü X5 da “Mahirli” soyadını vermək istəyir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qərarın təsviri hissəsində də qeyd edildiyi kimi iddiaçıların digər uşaqlarına “Mahirli” soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşaqların soyadları bir qayda olaraq valideyinlərin soyadları ilə müəyyən edilir. Qanunun mənasına görə uşağın valideyinlərin soyadını daşımasının istisnaları ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə hesab edir ki, uşağın mənafeyi nəzərə alınaraq, ailənin ilk uşaqlarının soyadı “Mahirli” kimi qeyd edildiyi üçün, xx.xx.2020-ci təvəllüdlü X4 da soyadı “Mahirli” kimi qeyd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları xx.xx.2020-ci təvəllüdlü X1 “Allahyarov”dan “Mahirli”yə dəyişdirilməsi vəzifəsi cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 övladları xx.xx.2020-ci təvəllüdlü X1 “Allahyarov”dan “Mahirli”yə dəyişdirilməsi vəzifəsi cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar