Məhkəmə qərarları › İş №2-1(118)-3486/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3486/2025

07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3486/2025 07.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (X8 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3176820Vəkil, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (X8 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarı və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasən X7 ayrılmış fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsinə dаir mülkiyyət hüquqlarının İddiaçı Теlmаn qızının adına (xüsusi mülkiyyətinə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata аlınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 17 fevral 2024-cü il tarixli ilkin müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989- cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmri ilə vətəndaş X7 ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsini almışdır. X2 arvadı X1 alqı-satqıya notarial qaydada razılığını vermişdir. xx.xx.2024-cü il tarixli, 7E- 2907 reyestr nömrəli etibarnaməyə əsasən xx.xx.2024-cü il tarixədək X8 tərəfindən İddiaçı Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmri ilə vətəndaş X7 ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinə dair müvafiq hərəkətləri etməyi etibar etmiş, X5 arvadı X1 alqı-satqıya notarial qaydada razılığını ifadə etmişdir. X2 Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmri ilə sonuncuya ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etməyə və hüquqlarının qeydiyyata alınmasına subyektiv hüququ yaranmışdır. Belə ki, sözügedən şəxsin (X5) Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmrinə etimad hüququ yaranışdır bu səbəbdən də onun Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsini legitim gözlənti hüququ qorunmalıdır. İddia tələbi isə İddiaçı 17 fevral 2024-cü il tarixli ilkin müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmri ilə vətəndaş X7 ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsini alması və MM-in 225.6-cı maddəsinin tələblərinə uyğun olaraq X5 arvadı X1 alqı-satqıya notarial qaydada razılığını ifadə etməsi əsasında sözügedən əmlaka dair mülkiyyət hüquqlarının öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 25, 29, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 146.2, 152.1, 152.5, 157.1, 225.6, 402.1, 646, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8.0.1, 12.1, 15, “Torpaq islahatı haqqında” Qanunun 9,10-cu maddələrinə, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1 və 39.1-ci maddələrinə istinad olunmuşdur.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3486/2025 nömrəli qərardadına əsasən X8 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə 10 may 2024-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron Rayonu Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrindən çıxarışla 0,08 ha torpaq sahəsinin X7 ayrıldığı və iddiaçının sözügedən torpaq sahəsi üzərində müraciət etmək səlahiyyətinin olmadığı müəyyən edilmişdir.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

10. Abşeron rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli, F-898 nömrəli arxiv çıxarışından görünür ki, Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarı ilə sovxoz əmək kollektivi şurası ilə həmkarlar komitəsinin birgə ümumi iclasının 23 nömrəli qərarına əsasən X7 0,08 ha torpaq sahəsi ayrılmışdır.

11. Abşeron rayon Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrindən çıxarışdan görünür ki, X7 fərdi yaşayış evi tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır.

12. X8 (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında xx.xx.2024-cü il tarixdə notarial ilkin müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər Azərbaycan Respublikası Nazirlər Sovetinin 26 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun xx.xx.1998-ci il tarixli 41 nömrəli əmri ilə birinci tərəfə ayrılmış Abşeron rayonu Donuzkokəltmə Sovxozunda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsini 112500 (yüz on iki min beş yüz) manata ikinci tərəfə satılması barədə və xx.xx.2074-cü il tarixinə kimi alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağladılar. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən birinci tərəf satılacaq torpaq sahəsini 112500 (yüz on iki min beş yüz) manata qiymətləndirir və torpaq sahəsini və üzərindəki tikilini həmin qiymətə ikinci tərəfə satmağı, ikinci tərəf isə həmin torpaq sahəsini 112500 (yüz on iki min beş yüz) manata almağı öhdəsinə götürür. İkinci tərəf satış məbləğini, yəni 112500 (yüz on iki min beş yüz) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə birinci tərəfə ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən birinci tərəf torpaq sahəsini xx.xx.2074-cü il tarixinə kimi özəlləşdirməyi və alqı-satqı müqaviləsini bağlamağı öhdəsinə götürür.

13. X5 xx.xx.2024-cü il tarixli notarial ərizəsində qeyd edilmişdir ki, adına qeydiyyatda olan ***-**-** telefon nömrəsinin İddiaçı adına keçirilməsinə etiraz etmir.

14. X8 (etibar edən) tərəfindən İddiaçı Теlmаn qızına (etibar edilən) verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, etibar edən tərəfindən etibar edilənə Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun xx.xx.1998-ci il tarixli 41 nömrəli əmrinə əsasən Abşeron rayonu, Donuzkökəltmə sovxozunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsini idarə etməyi, tikinti işlərini aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi, Asan Xidmət Mərkəzlərində, Bələdiyyədə, notariat ofislərində, Asan Kommunalda, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, BTRİB-də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində, X11 və X14 idarələrində, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri ve Reyestri Publik Hüquqi Şəxsində və onun bütün ərazi idarələrində nümayəndə olmağı, sənədləşmə işlərini aparmağı, texniki şərt almağı, sayğac quraşdırılması ilə əlaqədar bütün işləri görməyi, abunə kartı almağı, kommunal xərclərini ödəməyi çıxarış, plan sxem, texniki pasport almağı, kadastr planı almağı, forma №21 arayışı almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, buna dair müqaviləni imzalamağı, notariusun bankda olan depozit hesabından pulu götürməyi, vergiləri ödəməyi, ərizələr verməyi, imza etməyi, sənədləşmə işlərini aparmağı, bütün zəruri sənədləri imzalamağı, sənədləri təqdim etməyi və almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir.Etibarnamə 50 il müddətinə verilmişdir.

15. X3 xx.xx.2024-cü il tarixli notarial ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun xx.xx.1998-ci il tarixli 41 nömrəli əmrinə əsasən əri X5 adında olan Abşeron rayonu, Donuzkökəltmə sovxozunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin satılmasına etiraz etmir.

16. X3 xx.xx.2024-cü il tarixli notarial ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun xx.xx.1998-ci il tarixli 41 nömrəli əmrinə əsasən Abşeron rayonu, Donuzkökəltmə sovxozunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin X5 adına özəlləşdirilib və sənədləşdirilməsinə etiraz etmir.

17. İddiaçının nümayəndəsi və vəkili Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarı və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasən X7 ayrılmış fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsinə dаir mülkiyyət hüquqlarının İddiaçı Теlmаn qızının adına (xüsusi mülkiyyətinə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata аlınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli məktubla cavabdeh inzibati orqana müraciət etmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana çatdırılsa da, iddiaçı tərəfin müraciəti cavabsız saxlanılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

19. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən müraciətinin cavabsız saxlanılması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti cavabsız saxlamış, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

21. Məhkəmə iddiaçının subyektiv hüququnun olub-olmamasına münasibətdə qeyd edir ki, İddiaçı ilə üçüncü şəxs A.Ağayev arasında 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsinin satılmasına dair müqavilə imzalanmışdır. Həmin müqavilə ilkin müqavilə formasında bağlansa da, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş torpaq sahəsinin dəyəri olan 112500 manat məbləğində ödənişin edilməsi ilə bağlı öhdəlik tam formada icra olunmuşdur. Bu hal üçüncü şəxsin izahatında da öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin müqavilənin şərtləri tam şəkildə icra edildiyindən onun hazırkı iddianı qaldırmaqla bağlı subyektiv hüququ olmuşdur.

b) Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

23. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı: bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin siyahı: 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

29. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

30. Belə ki, Abşeron Rayonu Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasan 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxs X7 ayrılmışdır. Üçüncü şəxs həmin torpaq sahəsinin 0,03 ha hissəsini iddiaçıya satmış və bununla bağlı tərəflər arasında xx.xx.2024-cü il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən üçüncü şəxsə 112500 manat məbləğində ödəniş edilmişdir. Bundan sonra iddiaçı ona satılmış 0,03 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciəti cavabsız saxlanılmışdır.

31. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Cavabdehin iddiaya dair etirazında göstərilən imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçının həmin torpaq sahəsinin qeydiyyata alınaraq adına çıxarışın verilməsi ilə bağlı subyektiv hüququ mövcud olmuş, eyni zamanda torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, müqaviləyə əsasən 0,03 ha torpaq sahəsi iddiaçıya satılmış, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Torpaq sahəsinin ayrılmasına dair Abşeron Rayonu Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinin ləğv və ya etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir, həmin sənədlərin mötəbərsizliyinə dair dəlillər cavabdeh tərəfindən təqdim edilməmişdir. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir.

32. Məhkəmə qeyd edir ki, hazırkı işdə olan hüquq müəyyənedici sənədlər və üçüncü şəxslə iddiaçı arasında bağlanmış müqavilə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sübutu təşkil edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sənədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarı və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasən üçüncü şəxs X7 ayrılmış fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsinə dаir İddiaçı Теlmаn qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

34. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarı və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasən üçüncü şəxs X7 ayrılmış fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsinə dаir İddiaçı Теlmаn qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar