Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3487/2023 31.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı1, İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “övladları X2 təvəllüdünün “xx.xx.2007-ci il”dən “xx.xx.2005-ci il”ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, övladları xx.xx.2005-ci il təvəllüdlü X3 yeni şəkilli şəxsiyyət vəsiqəsi almaq fikrindədirlər. Lakin ona şəkilli şəxsiyyət vəsiqəsinin verilməsində problem yaranacağı onlara bildirilmişdir. Çünki qızı Gültəkin Cəbiyevanını doğum tarixinin “ili” 2005-ci il əvəzinə 2007-ci il yazılmışdır. Bu ərizəyə daxil edilmiş AZ-İİ N 017935 saylı, 24 dekabr 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X2, doğum tarixi 14-X-2007 yazılmışdır. Onun atası İddiaçı1, anası isə İddiaçı2dır. Bu ərizəyə daxil edilmiş V- DKT N 425011 nömrəli, 21 iyun 1991-ci il tarixli nikah şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, İddiaçı1 ilə X5 xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu nikah 17 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Cəbiyev, arvada Cəbiyeva soyadı verilmişdir. Etiraf edirlər ki, indiyədək övladı X1 doğum haqda şəhadətnaməsində onun doğum tarixinin xx.xx.2005ci il əvəzinə, xx.xx.2007-ci il yazılması onların diqqətini cəlb etməyib. Doğrusunu deyək ki, onlar ailəlikcə uzun illərdən bəri yaylaqda və qışlaqda yaşamış deyə heç vaxt övladı Gültəkin Cəbiyevanın sənədlərinə baxmamış və elə bu səbəbdən o, heç vaxt məktəbə getməyib. Bu məsələ ilə maraqlanmış və onun doğum şəhadətnaməsini də götürüb Cavabdehnə getmiş, onlara bildirmişlər ki, övladı guya xx.xx.2007-ci il təvəllüdlüdür deyə ona şəkilli şəxsiyyət vəsiqəsi 2025-ci ildə verilməlidir. Lakin övladının təvəllüdünün 2007-ci il yazılması səhvdir. Onların övladı Gültəkin Cəbiyeva xx.xx.2005-ci il təvəllüdlüdür. Buna dair çoxsaylı şahidləri var. Odur ki, övladı X2 doğum tarixindəki yanlışlığın, yəni onun doğum ilinin 2007 deyil, 2005-ci il olduğunu düzəltmək üçün Cavabdehnə ərizə ilə müraciət etmiş lakin, müraciətləri müsbət həll edilmədiyindən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhəkəmə prosesində iştirak edən iddiaçılar eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan məhkəməyə yazılı münasibət bildirməmişdir. Həmçinin, məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq, iddia tələbinə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15- 458/2023 nömrəli imtina məktubu, şəxsiyyət vəsiqələrinin, AZ-İİ №017935 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır, amma kifayət qədər sübutlar olmadığından əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların övladı X2 adına xx.xx.2007-ci il tarixdə Şamaxı rayon Quşçu kənd inzibati dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 117 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş və həmin akt qeydində doğum tarixi “xx.xx.2007-ci il” tarixi kimi qeyd edilmişdir.İddiaçılar tələbini həmin akt qeydində müvafiq tarixin sonradan bildiklərini ifadə etsələr də, övladlarının xx.xx.2005-ci il tarixində doğulması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Belə ki, iddiaçıların bildirdiyinə görə övladları fermada həkim nəzarətindən kənar dünyaya gəlib və hər hansı bir səhiyyə müəssisəsində uşağın doğumu qeydə alınmayıb. Ona görə də məhkəmə qeyd olunan iddia tələbi ilə bağlı lüzumsuz araşdırma aparmadan iddia tələbinin təmin edilməməsi qənaətinə gəldi. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “övladları X2 təvəllüdünün “xx.xx.2007-ci il”dən “xx.xx.2005-ci il”ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3487/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3487/2023
31.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver