Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3487/2024 16.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə ona xx.xx.1985-xx.xx.1987-ci illər arasındakı dövrdə Əlcazir və Liviyada müəllim kimi fəaliyyət göstərdiyi dövrlərdəki əmək stajı nəzərə alınmaqla əmək pensiyasının 30 avqust 2004-cü il tarixdən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə ona xx.xx.1985-xx.xx.1987-ci illlər arasındakı dövrdə Əlcazir və liviyada müəllim kimi fəaliyyət gösdərdiyi dövrlərdəki əmək stajı nəzərə alınmaqla yenidən hesablanmış pensiya fərqinin 30 avqust 2004-cü ildən ona nəzər alınmaqla yenidən hesablanmış pensiya fərqinin 30 avqust 2004-cü ildən ona ödənilməivəzifəsinin cavabdehin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə ona xx.xx.1985xx.xx.1987-ci illər arasındakı dövrdə Əlcazir və Liviyada müəllim kimi fəaliyyət göstərdiyi dövrlərdəki əmək stajı nəzərə alınmaqla əmək pensiyasının 30 avqust 2004-cü il tarixdən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbini əsaslandıraraq izah etdi ki, iddiaçı xx.xx.1945-ci il təvəllüdlüdür. Onun xidmətləri və əmək stajı nəzərə alınaraq 30 avqust 2004-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunarkən xx.xx.1985-xx.xx.1987-ci illər arasındakı dövrdə Əlcəzair və Liviyada müəllim kimi fəaliyyəti nəzərə alınmamış və bu səbəbdən cavabdeh orqana müraciət edərək həmin dövrü nəzərə almaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan bu dəfə qeyd edilən dövrü nəzərə almaqla əmək pensiyasını yenidən hesablamaqla 452,70 manatdan 483,31 manata qaldırmışdır. Cavabdeh orqan iddiaçıya ünvanladığı məktubda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməlidir. Bu səbəbdən də, cavabdeh orqan keçmiş 3 il üçün ödənilməli olan 1016,86 manat vəsaitin oktyabr 2023-cü ildə kart hesabına köçürmüş, lakin əvvəlki illərin pensiya fərqini ödəməkdən imtina etmişdir. İddiaçı belə hesab edir ki, cavabdehin bu hesablaması düzgün olmamış və bu məbləğ fərqi iddiaçıya pensiya təyin olunan vaxtdan, yəni xx.xx.2004-cü il tarixdən heablanaraq ödənilməlidir. Belə ki, xarici ölkələrdə işləməsini təsdiq edən sə\nədlər DSMF tərəfindən itirilmişdir və vaxtında nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçıya 09 sentyabr 2004-cü il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 65%i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla lakin 90%-dən çox olmamaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. İddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən ümumi iş stajı 9 sentyabr 2004-cü il tarixədək 41 il 10 ay 17 gün təşkil edir. İddiaçının əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, tələb olunan 25 ildən artıq iş stajı 16 il olduğundan pensiyası orta aylıq əmək haqqının 90%-i miqdarında müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək pensiyası xx.xx.2004-cü il tarixə orta aylıq əmək haqqına uyğun hesablanaraq 229500 AZM müəyyənləşdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 1016,86 manat fərq məbləği hesablanmışdır. Həmin 1016,86 manat fərq məbləği cari ilin oktyabr ayında birdəfəlik olaraq iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. iddiaçı Səfərov X2 Filiala xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.1985 -xx.xx.1987-ci illərdə müəllim kimi fəaliyyət göstərdiyi dövr əsasında yenidən hesablanmasının xahiş etmişdir. İddiaçının müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-303544/2023 “əmək pensiyasının yenidən hesablanması haqqında” məktubu ilə bildirilmişdir ki, iddiaçının əmək pensiyası qeyd olunan dövrlər əsasında yenidən hesablanaraq birdəfəlik ödənilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş: - DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-112-5- 303544/2023 nömrəli məktubundan görünür ki, 30 avqust 2004-cü il tarixində Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2023-cü il tarixli müraciətinizə əsasən xx.xx.1985- xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Əlcəzair və Liviyada müəllim kimi fəaliyyət göstərdiyiniz dövrlər nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq -152,70 manatdan 483,31 manata artırılıb. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun Qanunun 32.1- 1 -ci maddəsinə əsasən "əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir". Əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ödənilməli olan 1016,86 manat fərq məbləği hesablanıb. Həmin 1016,86 manatfərq məbləği cari ilin oktyabr ayında birdəfəlik olaraq əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin mahiyyətini iddiaçının əmək pensiyasının xx.xx.2004-cü il tarixdən yenidən hesablanması təşkil edir. İddiaçının müvafiq müracəti araşdırıldıqdan sonra 2023-cü ilin oktyabr ayından son üç il üçün əmək pensiyasının yenidən hesablanması qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənil Maddə 37.7 (2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyada) keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının sosial sığorta stajı yoxlanılaraq son üç illik dövr əhatə edilməklə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3487/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3487/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver