Məhkəmə qərarları › İş №2-1(118)-349/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-349/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-349/2021 10.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə qarşı “iddianı mümkün sayaraq ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilin 3/2 hissəsi mülkiyyət hüququ ilə ona qalan hissə isə istifadə hüququ ilə keçmiş həyat yoldaşına məxsus olduğundan həmin hissənin özəlləşməsini Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə qarşı iddia qaldıraraq “iddianı mümkün sayaraq ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilin 3/2 hissəsi mülkiyyət hüququ ilə ona qalan hissə isə istifadə hüququ ilə keçmiş həyat yoldaşına məxsus olduğundan həmin hissənin özəlləşməsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(118)-349/2021 saylı qərardadı ilə X8 üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, hal-hazırda qeydiyyatda olduğu və yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon, 22 saylı evdə yerləşən 40 saylı mənzil 1972-ci il tarixdə Sovetlər dövründə növbə ilə iddiaçının atası X13 verilmişdir. Həmin mənzildə atası X17, anası X15, İddiaçı, X14, X3, X9 qeydiyyatda olmaqla yaşamışdırlar. Göstərilən mənzil 1990-cı ildə atasının adına özəlləşdirilərək onun mülkiyyətinə verilmişdir. 1989-cu ildə X10 ilə rəsmi nigaha girərək ailə həyatı qurmuşdurlar. Lakin sonradan ailə münasibətləri pisləşmiş və 1996-cı ildə nigahları məhkəmə qaydasında pozulmuşdur. Nigahları pozulduqdan sonra keçmiş həyat yoldaşı X10 1996-cı ildən evdən çıxıb getmişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 1997-ci il tarixli qətnaməsi ilə keçmiş həyat yoldaşı X4 iddiaçının qeydiyyatda olduğu və yaşadığı Sumqayıt şəhər 12- ci mikrorayon, 22 saylı evdə yerləşən 40 saylı mənzilinə köçürülməsi qət edilmişdir. X1 mənzilə köçüb yaşamamış, bu günə kimi də yaşamır və özünün Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində ayrıca mənzili vardır. Hal-hazırda orada yaşayır və buna görədə mənzilə ehtiyacı olmadığı səbəbdən məsələnin həllini müxtəlif bəhanələrlə yubadır. X10, 2003-cü ildə atası iddiaçının X17 və qeyrilərinə qarşı Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 12- ci mikrorayon, 22 saylı evdə yerləşən 40 saylı mənzilin 1990-cı ildə aparılmış özəlləşdirilmənin etibarsız hesab edilməsi, onun qızı ilə həmin mənzilə köçürülməsi və mənzilin bölünərək 19, 0 və 15, 0 kv.m. olan otaqların ona verilməsi, adına ayrıca kirayə müqaviləsinin bağlanmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2003- cü il tarixli qətnaməsi ilə X5 iddiaçının atası X17 və qeyrilərinə qarşı, özəlləşdirilmənin etibarsız hesab edilməsi, mənzilə köçürülmə və mənzilin bölünməsinə dair iddiası əsassız olduğundan yəni iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə görə rədd edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004- cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2003- cü il tarixli qətnaməsi ləğv edilərək, Sumqayıt şəhəri 12- ci mikrorayon, 22 saylı evdə yerləşən 40 saylı mənzilin özəlləşdirilməsi barədə xx xxxx 1990- cı il tarixli 20 saylı qərarının ləğv edilməsi, həmin mənzilə X11 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, X4 uşağı ilə birlikdə Sumqayıt şəhəri, 12- ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzilin sahəsi 15 kv.m. ayrı girişi olan otağına köçürülməsi, Sumqayıt şəhəri 12ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzilin sahəsi 15 kv.m. ayrı girişi olan otağına X2 adına ayrıca mənzil kirayə müqaviləsinin bağlanması Sumqayıt şəhər İcra Hakimiyyətinin 10 saylı Mənzil İstismar sahəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kpllegiyasının xx xxxxx 2004-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən X6 Sumqayıt şəhər 12-ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzilin 15,0 kv.m. sahəsi olan otağı tutmaq üçün xx xxxx 2004- cü il tarixli 90 saylı Order verilmişdir. Həmin Orderin verilməsinə əsas kimi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qətnaməsi göstərilmişdir. Lakin, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin üzərinə belə bir vəzifə qoyulmamışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004- cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhər 12- ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzilin sahəsi 15 kv.m. ayrı girişi olan otağına X4 adına mənzil kirayə müqaviləsinin bağlanması Sumqayıt şəhər İcra Hakimiyyətinin 10 saylı Mənzil İstismar sahəsinə həvalə edilmişdir. Bundan başqa, Sumqayıt şəhər 12- ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzilin texniki pasportundan görünür ki, həmin mənzildə 15,0 kv.m. ayrı girişi olan otaq yoxdur və naturada bölünməsidə mümkün deyil. Məhkəmə qətnamə əsasında, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən X7 Sumqayıt şəhər 12- ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzilin 15.0 kv.m. sahəsi olan otağı tutmaq üçün 19 mart 200- cü il tarixli 90 saylı Order verilsə də bu vaxta kimi göstərilən 15,0 kv.m. ayrı girişi olan otağa köçməmiş və otaqla onun hər hansısa bağlılığı yoxdur. X10 1996-ci il tarixindən 20 ildən çoxdur ki, ünvan 2 ünvanında yaşamır. Həmin otaq Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır. Ağayeva Raziyə 1996- cı ildən bu günə kimi, Sumqayıt şəhər 2- ci mikrorayon ərazisində yaşayır. Bununla əlaqədar iddiaçı həmin otağın özəlləşməsi xahişi ilə Sumqayıt şəhər İcra hakimiyyətinə müraciət etsə də onlar məhkəməyə müraciət etməyi məsləhət ediblər və bu səbəbdəndə iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14-cü maddəsinə əsasən, yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Mənzil Məcəlləsinin 14-cü maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsında yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya - gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Mənzil Məcəlləsinin 60- cı maddisinə əsasən, sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Lakin, qanunvericiliyin tələblərinə zidd çıxarılmış məhkəmə qətnaməsi əsasında X4 Sumqayıt şəhər 12-ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzilin 15,0 kv.m. sahəsi olan otağa hüququ tanınsa da göstərilən otaqdan 1996- cı il tarixdən çıxıb getmiş və 20 ildən çoxdur ki, həmin otaqdan istifadə etməmiş və orada yaşamamışdır. Mənzil Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti vəya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mənzil Məcəlləsinin 82.4.4-cü maddəsinə əsasən, yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilir. xx xxxxxxxx 2017-ci il tarixdə tərtib edilmiş və 10 saylı Mənzil İstismar sahəsi tərəfindən təsdiq edilmiş Akta əsasən, Sumqayıt şəhər 12- ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzildə qeydiyyatda olan X10 1996- cı ildən göstərilən ünvanda yaşamır. Belə olan halda, X10 ilə bağlanmış sahəsinin sosial kirayə müqaviləsi ləğv edilməlidir. İddiaçı dəfələrlə qarşı tərəfə kompensasiya təklif etsə də o bu təklifi rədd edir və iddiaçıdan 30 000 (otuz min ) manat məbləğində pul tələb edir. Və beləliklə sanki iddiaçıdan qisas alır çünki onun yaşamağa evi vardır və bu otağa onun ehtiyacı yoxdur. İddiaçı mülkiyyət sahibi olaraq 4 otaqlı mənzilə sərəncam verə bilmir və Konstitusion hüququ olan mülkiyyət hüquqları kobud şəkildə pozulur. Buna görədə iddiaçı hesab edir ki, istifadəsiz qalmış otaq özəlləşməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə ( hazırda Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsi) qarşı iddianı mümkün sayaraq ünvan 4, mənzil 40 ünvanda yerləşən 4 otaqlı mənzilin 3/2 hissəsi mülkiyyət hüququ ilə ona qalan hissə isə istifadə hüququ ilə keçmiş həyat yoldaşına məxsus olduğundan həmin hissənin özəlləşməsini Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması”na dair dair iddia ərizəsinə baxılmışdır. Müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil yaşayış sahəsi 62.0 kvadrat metr olmaqla 4 otaqdan ibarətdir. Mənzilin əsas kirayəçisi xx.xx.1972-cı iı tarixii 10/232 sayiı ordre əsasında. X17 (iddiaçının atası) olmuş, 1990-cı ildə mənzil onun adına özəlləşdirilmişdir. 1989-cu ildə İddiaçı X10 ilə rəsmi nikaha daxil olmuş, 1996-cı ildə bağlanmış nikah qeydi ləğv edilmişdir.1997-ci ildə X10 və xx.xx.1997-ci il təvəllüdlü qızı Aslanlı Fatimeyi- Zəhra mübahisəli mənzilə qeydiyyata düşmüşlər. 2004-cü ildə X2 (iddiaçının keçmiş arvadı) apellyasiya şikayəti təmin edilərək, AR Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə ünvan 5, mənzil 40 ünvanda yerləşən 4 otaqlı mənzilin özəlləşdirilməsi barədə xx.xx.2990-cı il tarixli 20 saylı qərarının ləğv edilməsi, həmin mənzilə X11 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, X4 uşağı ilə birlikdə ünvan 4 ünvanda yerləşən 40 saylı mənzilin sahəsi 15,0 kvm, ayrı girişi olan otağına köçürülməsi, ünvan 5 ünvanda yerləşən 40 saylı mənzilin sahəsi 15,0 kvm, ayrı girişi olan otağa dair X4 adına ayrıca mənzil kirayə müqaviləsinin bağlanması Sumqayıt şəhər İcra Hakimiyyətinin 10 saylı Mənzil İstismar Sahəsinə həvalə edilmişdir. X11 (iddiaçının atası) adına olan mənzilə dair özəlləşmə ləğv edildiyindən, mənzil fərdi yaşayış fondundan çıxarılaraq dövlət mənzil fonduna keçirilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən AR Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi əsas götürülərək ünvan 4 ünvanda yerləşən 40 saylı mənzilin sahəsi 15,0 kvm, olan otağına dair X4 adına xx.xx.2009-cu il tarixli 90 saylı order verilmişdir. xx.xx.2009-cu il tarixdə X17 vəfat etmişdir. xx.xx.2013-cü il tarixdə ünvan 5, mənzil 40 ünvanda yerləşən 4 otaqlı mənzilin sahəsi sahəsi 46,9 kvm olan 3 otağı iddiaçi İddiaçı adına özəlləşdirilmişdir. Cavabdeh bildirir ki, qaldırılan məsələ, ünvan 5, mənzil 40 ünvanda yerləşən 4 otaqlı mənzilin 3/2 hissəsi mülkiyyət hüququ ilə iddiaçıya, qalan hissə isə istifadə hüququ ilə keçmiş həyat yoldaşına məxsus olduğundan həmin hissənin özəlləşməsi Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinə baxılmasını məhkəmənin mülahizəsinə təqdim etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında üçüncü şəxs X8 iştirak etmiş, izahatında bildirmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən AR Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi əsas götürülərək ünvan 4 ünvanda yerləşən 40 saylı mənzilin sahəsi 15,0 kvm, olan otağına dair X2 adına xx.xx.2009-cu il tarixli 90 saylı order verilmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iclasında tərəflərə hüquqi yardım edilmiş və izah edilmişdir ki, hazırkı mübahisə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı digər bir şəxsə aid hüququn qeydiyyatını xahiş edir ki, digər bir şəxsə aid hüququn qeydiyyatı üçün subyaktiv hüquq olmalıdır. Bundan əlavə məhkəmədən xahiş olunan tələbə cavab verən orqanda Sumqayıt şəhər İcra Hakimiyyəti deyil. Qeyd edilənlər iddiaya baxılmasını mümkünsüz edir. Məhkəmə qeyd edir ki, mübahisənin yaranma əsası iddiaçı ilə üçüncü şəxs arasında olan mülki hüquq münasibətləridir. Ona görədə hüquq müdafiyəsi vasitəsi olaraq yalnız mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş vasitələrdən istifadə edilməsi məqsədəmüvafiq ola bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə qarşı “iddianı mümkün sayaraq ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilin 3/2 hissəsi mülkiyyət hüququ ilə ona qalan hissə isə istifadə hüququ ilə keçmiş həyat yoldaşına məxsus olduğundan həmin hissənin özəlləşməsini Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması”-na dair iddiası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar