Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3491/2023 27.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Abşeron rayon Pirəkəşkül icra nümayəndəliyində qeydə alınmış xx.xx.1993-cü il tarixdə tərtib edilmiş 06 nömrəli nikah haqqında akt qeydinin qadın bəndində evlənəndən sonrakı soyadı “Zeynalova”, adı “Gülşən”, atasının adı “İmamverdi”, doğum tarixi “xx.xx.1974” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü il tarixdə Laçın şəhərində doğulmuş, xx.xx.1993-cü il tarixdə Abşeron rayonu Pirəkəşkül icra nümayəndəliyində X3 ilə nikaha daxil olmuş, onlar 1993-cü il tarixdə nikaha düşərkən nikah haqqında şəhadətnaməsində kənd icra nümayəndəliyi yazını qaralamışdı. Sənədi dəyişib yenisinin verməsini tələb etdikdə, bildirmiş ki, düzəliş möhürü vurulub və heç bir problem yoxdur. O uzun illərdir ki, bu sənəddən istifadə etmiş, sonradan məlum olub ki, Pirəkəşkül kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1993-cü il tarixli 06 nömrəli nikah haqqında akt qeydində qadın bəndində ad səhvən “Xoşqədəm”, atasının adı “Rüstəm”, doğum tarixi “1963” qeyd edilmişdir. İddiaçı 1993-cü ildən X3 ilə nikahda dır və bu nikahdan onların 3 övladı var. Uşaqların doğum haqqında akt qeydlərində də, ata haqqında qeydin əsası xx.xx.1993-cü il tarixdə Pirəkəşkül icra nümayəndəliyində qeydə alınmış 06 nömrəli nikah haqqında akt qeydi göstərilmişdir.Uşaqların doğum haqqında akt qeydlərinin ana bəndi də, xx.xx.1974-cü il təvəllüdlü X1 qeyd edilmişdir. Həmin səhvlərin düzəldilməsi üçün Abşeon rayon qeydiyyat şöbəsinə müraciət etmiş və cavabdeh inzibati orqan onun müraciətini müsbət həll etməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı şöbəyə xx.xx.1993-cü il tarixdə 06 nömrəli aktla Abşeron rayon Pirəkəşkül icra nümayəndəliyində tərtib edilmiş nikah haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı müraciət etmişdir. Akt qeydinin qadın bəndində ad “Xoşqədəm”, atasının adı “Rüstəm”, doğum tarixi “1963” qeyd edilmişdir. Nikah haqqında akt qeydinin qadın bəndində ad, ata adı və doğum tarixinə düzəliş etmək üçün kifayət qədər əsas yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin seçdiyi qeydiyyat orqanı tərəfindən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 15-1219/2023 nömrəli imtina məktubu, Abşeron rayon Pirəkəşkül icra nümayəndəliyi tərəfindən verilmiş 06 nömrəli, xx.xx.1993-cü il tarixli nikahın bağlanması haqqında akt qeydinin təsdiqlənmiş surəti, şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surəti, doğum haqqında akt qeydlərinin təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Abşeron rayonu Pirəkəşkül kənd icra nümayəndəliyində X3 ilə rəsmi nikaha daxil olmuşlar. xx.xx.1993-cü il tarixdə kənd icra üzrə nümayəndəliyində tərtib edilmiş 06 saylı nikah haqqında akt qeydi tərtib edilmiş və həmin akt qeydində iddiaçının soyadı qaralanmış şəkildə “Zeynalova”, adının “Xoşqədəm”, ata adı “Rüstəm”, doğum tarixi 1963cü il kimi qeyd edilmişdir. Halbuki, iş materiallarında olan şəhadətnamələrdə, akt qeydlərində və digər sənədlərdə iddiaçının soyadı Zeynalova, adı Gülşən, ata adı İmamverdi və doğum tarixi xx.xx.1974-cü ildir. İddiaçı adına olan nikah haqqında akt qeydində uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Abşeron rayon Pirəkəşkül icra nümayəndəliyində qeydə alınmış xx.xx.1993-cü il tarixdə tərtib edilmiş 06 nömrəli nikah haqqında akt qeydində iddiaçıya aid müvafiq dəyişikliyin edilməsində istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayon Pirəkəşkül icra nümayəndəliyində qeydə alınmış xx.xx.1993-cü il tarixdə tərtib edilmiş 06 nömrəli nikah haqqında akt qeydinin qadın bəndində İddiaçı evlənəndən sonrakı soyadı “Zeynalova”, adı “Gülşən”, atasının adı “İmamverdi”, doğum tarixi “xx.xx.1974” kimi yazılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3491/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3491/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver