Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3494/2025 03.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı ünvan 2qayıt Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 2 saylı ünvan 2qayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Xızı rayonu, Yeni Yaşına kəndində verilmiş, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın öhdəsinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 5 aprel 2013-cü il tarixində vəfat etmiş X2 miras qalmış, Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə hüquq müəyyənedici sənəd almaq üçün həmin sahə üzərində F.Salmanovanın mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdeh təşkilata müraciət etmişdir. Belə ki, X1 Yaşma bələdiyyəsinin 1 oktyabr 2005-ci il tarixli, 07 saylı qərarı və protokolundan çıxarışına əsasən, fərdi mənzil tikintisi məqsədilə 0,12 ha torpaq satın almış və buna görə torpaqların alqı-satqısına dair 26 dekabr 2005-ci il tarixində rayon torpaq şöbəsində 403 saylı nömrə ilə qeydiyyata alınmış olan aktdan da göründüyü kimi 23 dekabr 2005-ci il tarixində bələdiyyənin hesabına 660.00 manat haqq ödəmişdir. Həmin sahə Yeni Yaşma bələdiyyəsinin perspektiv inkişaf fonduna ayrılmış torpaq sahəsinə aid olmuşdur. Bunun üçün AR Dövlət Torpaq və XK-nin torpaq sahəsinin plan və ölçüsü sənədi və torpaq sahəsinin kadast göstəriciləri, torpaq sahəsinin qaiməsi (sertifikatı) tərtib olunmuş, əsas döngə nöqtələrinin koordinatları müəyyən olunmaqla baş plandan çıxarış da tərtib olunmuşdur. AR Dövlət və Torpaq və XK-də X6 kitabında sahənin plan və ölçüsü 25 avqust 2011-ci il tarixində 111 saylı AN 357239 nömrə ilə uçota alınmışdır. Lakin qanuni əsaslarla F.Salmanovaya verilən, miras əmlak kimi iddiaçıya aid olan sahəni indiyədək öz adına sənədləşdirə bilməmişdir. İddiaçı sahəyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh təşkilat olan AR ƏMDK DƏDRX-nin 2 saylı ünvan 2qayıt Ərazi İdarəsinə müraciət etmişdir. İdarə isə ona 29 oktyabr 2024-cü il tarixli məktubla rədd cavabı verərək yazmışdır ki, aparılan araşdırma nəticəsində bu torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilən koordinatlar üzrə olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən, **********42 reyestr nömrəli çıxarışla, 0,0312 ha hissəsi isə **********42 reyestr nömrəli qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunduğu üçün müraciətinin icrası mümkün deyil. Cavabdeh təşkilatın hərəkəti qanunsuzdur, çünki iddiaçının cavabdeh təşkilata təqdim eldiyi AR Dövlət Torpaq və XK-nin torpaq sahəsinin plan və ölçüsü sənədində aydın surətdə göstərilmişdir ki bu sahə fərdi yaşayış evi tikilməsi məqsədilə F.Salmanovaya verilmişdir.
3. Məhkəmənin 03 fevral 2025-ci il tarixli, 2-1(118)-3494/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə "xxxx" MMC-nin (zəruri cəlbetmə qaydasında üçüncü şəxs) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma nəticəsində ərizəyə əlavə edilmiş **********0180 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilən koordinatlar üzrə olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən **********42 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrasını təmin etmək mümkün olmamışdır.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İİ İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.), məruz qoyula bilər, amma ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanunqüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
13. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
İİ Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
15. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
16. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı 5 aprel 2013-cü il tarixində vəfat etmiş X2 miras qalmış, Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə hüquq müəyyənedici sənəd almaq üçün həmin sahə üzərində F.Salmanovanın mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh orqan 29 oktyabr 2024-cü il tarixli məktubla imtina cavabı verərək qeyd etmişdir ki, aparılan araşdırma nəticəsində bu torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilən koordinatlar üzrə olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən, **********42 reyestr nömrəli çıxarışla, 0,0312 ha hissəsi isə **********42 reyestr nömrəli qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunduğu üçün müraciətinin icrası mümkün olmamışdır.
17. Məhkəmə hesab edir ki, iddiaçı hazırda texniki və hüquqi cəhətdən yüklü olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması mümkün olmadığından hüquqi marağına çatmaq üçün çıxarışın hissəvi mübahisələndirilməsi barədə iddia qaldıra bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
19. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
20. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
21. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.
22. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir.
23. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 2qayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 ayrılmış 0,12 ha torpaq sahəsi bütövlükdə **********42 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür.
24. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 2qayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən "xxxx" MMC-nın adına verilmiş **********42 reyestr nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir.
25. Odur ki, iddiaçının qaldırdığı hazırki iddia iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu iddia sayıla bilməz. Ona görə də, iddiaçının hazırki iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz.
26. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında iddiaçı cavabdeh inzibati orqana çıxarışın ləğvi tələbi ilə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmiş, lakin belə bir sübutun olmadığını bildirmişdir. Bununla bağlı da iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin dəyişdirilərək həmin çıxarışın mübahisləndirilməsinə ehtiyac olmamışdır.
27. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı hüquqi marağına çatmaq üçün ilkin olaraq "xxxx" MMC-nın adına aparılmış qeydin aparılmasına əsas olmuş alqı-satqı müqaviləsinin etibarlılığını (əsaslılığını) mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər.
28. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
30. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X5-Abbaszadə